![]() |
|














Bu qədim kənd yoxa çıxır: nə yol var, nə qaz, nə də həkim... - Foto, Video
Tarix 27.07.21, 14:39 |
|
27.jpg)
Ucqar dağ kəndində böyüyən 8 yaşlı Yağmurun arzuları böyükdür. O, böyüyəndə özünün dediyi kimi, can həkimi, yəni terapevt olmaq istəyir. Bunun üçün kəndinin verə bildiyi imkanlar daxilində, bacardığı qədər oxumağa çalışır. Onun arzuları kəndlərində həkimin yoxluğundan, xəstə nənəsinin həkimə daim yaranan ehtiyacından doğub. Balaca Gülər isə bank işçisi olmaq arzusundadır. Bu il birinci sinfə gedəcək Gülər artıq sinif yoldaşlarını da adbaad tanıyır. Deyir ki, onun cəmi 3 sinif yoldaşı olacaq... Yəni bir kənddən cəmi 4 nəfər bu il birinci sinfə gedəcək. Əgər sentyabradək həmin uşaqlardan birinin ailəsi kəndi tərk etməzsə...
Son dövrlərdə balaca Yağmur və Gülərin kəndinə - Qubanın Yerfi kəndinə daimi yaşamaq üçün gələnlər olmayıb, amma hər il ailə və ya ailələr buradan köçüb gedir: kəndin əhalisi hər il bir qədər də azalır.
Tanınmışların kəndi
Babadağın ətəyində, rayon mərkəzindən təxminən 40 km-lik məsafədə, dəniz səviyyəsindən 1500 metr hündürdə yerləşən Qubanın Yerfi kəndi həm də bir sıra tanınmış şəxslərin vətəni sayılır. Bir tərəfdən hündür qaya, digər tərəfdən dağlarla əhatələnmiş bu ucqar ərazi tanınmış həkim, tibb elmləri doktoru Cabbar Hacıyevin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq rəis müavini, ədliyyə general-mayoru Hüseynağa Əlixanovun, nasir, Penitensiar Xidmətdə işləmiş ilk yazıçı, ədliyyə mayoru Rövşən Yerfinin (Həsənli Rövşən), dramaturq, tərcüməçi Vaqif Əlixanlının doğma kəndidir.
Azərbaycanın ən qədim yaşayış yerlərindən biri olmasına baxmayaraq, çox az öyrənilən, amma zəngin tədqiqat yeri olan Yerfinin yaranma tarixi barədə yalnız ehtimallar irəli sürülür. Bu kəndin tarixi yer adları, qəbiristanlıqlarda üzə çıxmış sümüklər, kənd sakinlərinin qazıntı apardıqları zaman tapdığı nümunələrə əsasən müəyyən edilir. Son dəfə belə bir tapıntı kənd sakinlərindən biri həyətyanı ərazisində ayaqyolu üçün yer qazarkən tapılıb. Həmin yerdən 12-ci əsrə aid pulların tapıldığı bildirilir. Türkdilli əhalinin yaşadığı Yerfi ərazisində təkcə fars deyil, ərəb mənşəli yer adlarına da rast gəlinir. Bu da kəndin tarixinin min ildən çox olduğuna deməyə əsas verir.
Kənddə qazıntı-tikinti zamanı məktəb ərazisində iki metr dərinlikdə ocaq və insan sümükləri, başqa bir həyətdə VII əsrə aid mis pulların tapılması ərazinin qədim tarixə sahib olduğunu bir daha təsdiqləyir. Yerfi kəndində - Kələva baba adlı zirvəyə yaxın yerdə qədim tikililər var ki, onlar barədə də məlum olanlar bu tikililərin müdafiə xarakteri daşımasıdır.
Bu kənddə maldarlıq hər zaman əhalinin məşğuliyyəti olub. Hələ xanlıq dövründə aid olan zamanlarda kəndin kənarında süd tuneli olub ki, həmin ərazidə inəklərdən sağılan südlər tunel vasitəsilə kəndə daşınıb. İndi həmin tunelin keçdiyi əraziləri qazılarkən oradan bunun qalıqları tapılır.
Yerfidə dəmirçilik də qədim sənət növlərindən biri olub. Hələ Quba xanlığı dövründə Yerfi kəndində qılınc, xəncər və s. silahlar hazırlanıb.
Kənd dağlarla əhatələndiyindən buranın tufan tutmadığı da deyilir. Ancaq dağlarla əhatələnməsi bu kənddə sel hadisələrinin tez-tez təkrarlanmasına səbəb olur. Güclü sellər olduğu zaman əhalinin təsərrüfatına ziyan dəyir.
Kəndi tərk edən ailələr buraya geri dönmək istəmir
Yerfi bir vaxtlar bu rayonun ən böyük ərazi vahidlərindən biri olub. Bura uzun müddət əhalisinin sayına görə qonşu kəndlərdən üstün olub, bəzən dini, bəzən idarəçilik baxımından mərkəz rolunu oynayıb. Sovet dövründə bu rayonda təxminən 2000 nəfərin yaşadığı bildirilsə də, indi burada yaşayanların sayı heç 400-ü də ötmür. Lakin bu rəqəm də rəsmi qeydiyyatda olan kənd sakinlərinin sayıdır. Əslində, indi bu kənddə çox az sayda əhali yaşayır. Bir zamanlar 500-600 evin olduğu Yerfidə indi cəmi 80-90 ev var, onların da təxminən 60-da yaşayış var. Bu hesabla götürdükdə bu gün kənddə real yaşayanların sayı heç 200-ə gəlib çatmır. Kənddəki şəraitsizlik və işsizlik burada yaşayanların çörək dalınca başqa rayonlara, şəhərlərə getməsinə səbəb olub.
Sakinlərin sözlərinə görə, qazlaşdırmanın olmaması kənddə xüsusilə qış aylarında yaşayış üçün ciddi problemlər yaradır. Dağlıq ərazidə yerləşdiyi üçün yayı sərin, qışı sərt keçən Yerfidə insanlar soyuq aylarda evlərini qızdırmaq üçün oduna olan ehtiyacları artır. Lakin meşələrin qorunması üçün görülən ciddi tədbirlərə görə onların odun əldə etməsi çətin olur. Nə odundan, nə də təbii qazdan istifadə edə bilməyən kənd camaatı təzəklərdən istifadə etmək məcburiyyətində qalırlar.
Kənddə güclü külək əsən zaman elektrik enerjisi ilə təminat, ildırım caxan isə internet kəsilir. Sakinlərin tibbi xidmətlərlə təminatı da sıfır səviyyəsindədir. Kənddə adi iynə vurdurmaq üçün belə tibb bacısı yoxdur. Buna görə də yerfililər müalicə olunmaq üçün Qubanın mərkəzində və ona yaxın ərazilərdə yaşayan qohumlarının yanına getməyə, müalicələrini kənddən kənarda etməyə məcbur olurlar.
Bu yaxınlara qədər Yerfinin əsas probemlərindən biri içməli su ilə bağlı olsa da, kəndin keçmiş imkanlı sakinlərindən birinin maliyyə vəsaiti hesabına su xəttinin çəkilib. Lakin yolla bağlı problem hələ də qalmaqdadır. Quba-Yerfi yolununun Qonaqkəndə qədər olan hissəsinin asfaltlanmasına baxmayaraq, yolun qalan hissəsinin daşlı-kəsəkli olması maşınların hərəkətini çətinləşir. Buna görə əksər maşınlar, xüsusilə yola nabələd olanlar yolun həmin dik hissəsi ilə üzüyuxarı hərəkət edə bilmirlər.
Bir sinifdə fərqli yaşlı uşaqlar dərs keçir
Kəndin bir zamanlar şagird səs-küyü ilə dolu olan həyətində də son illər ərzində sakitlik hökm sürür. Dərs dövründə məktəbdə oxuyan şagirdlərin sayı təxminən 60-70 nəfər olur. Şagird sayı az olduğundan bir sinifdə yalnız eyni yaşda olanlar oxumurlar. Məsələn, 2-ci sinifdə 7 nəfər şagird oxuyur ki, onlarıın da yalnız üçü 2-ci sinif şagirdidir. Qalanlar 4-cü sinif şagirdi olduğundan müəllim fərqli yaşda olan uşaqlara eyni zamanda fərqli mövzuda olan dərslər keçmək məcburiyyətində qalır. Təbii ki, bu halda dərsin keyfiyyətli keçməsindən və uşaqların mövzuları yaxşı mənimsəməsindən söhbət gedə bilməz. Məktəb ucqar kənddə yerləşdiyindən burada müəllim çatışmazlığı da müşahidə edilir. Müəllim olmadığından kənd uşaqları rus və ingilis dilini öyrənə bilmirlər. 1990-cı illərin sonuna kimi 11 illik olan Yerfi kənd məktəbi indi 9 illik olduğu üçün uşaqlar burada tam orta təhsillərini ala bilmirlər. Bir qədər imkanı olanlar və övladının təhsilini davam etdirməsini istəyənlər öz uşaqlarını 11 illik məktəbin olduğu digər rayonlarda, kəndlərdə yaşayan qohumlarının yanına göndərirlər. Buna imkanı çatmayanlar isə uşaqlarının 9 illik təhsil alması ilə kifayətlənirlər. Belə problemlərə görə kəndi tərk edən ailələr də artıq buraya geri dönmək istəmirlər. Bu səbəbdəndir ki, kənd evləri getdikcə boşalır, yiyəsiz qalan evlər isə dağılır. Qubanın bir zamanlar ən qaynar kəndlərindən olan Yerfidə indi dağılmış və boşalmış evlərin sayı getdikcə artır.(bakupost)
Xəbərin oxunma sayı : 574
Sosial
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV