![]() |
|














Bu qorxulu virusu dünyaya kim yaydı? - Çinin Uhanı, yoxsa ABŞ-ın “Fort-Detrik“i?...
Tarix 04.08.21, 15:00 |
|

Çin səhiyyə nazirinin müavini Zenq Yiksin koronavirusun Çindəki laboratoriyadan sızaraq dünyaya yayılması fikrini bir daha qəti şəkildə rədd edib. Onun bu bəyanatı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Covid-19” virusunun mənşəyinin aşkarlanmasının ikinci fazasına başlanması planı barədə məlumat verdiyi vaxt səslənib. Zenq Yiksin deyib ki, bu planlardan “şoka düşüb”.
Bu virusun mənşəyi artıq mühüm siyasi mövzuya çevrilib. Belə ki, əksər mütəxəssislər virusun təbii yolla meydana gəldiyini, yəni heyvandan insana keçdiyini (hansı heyvandan, bəlli deyil) iddia etsələr də, ABŞ kəskin şəkildə bu nəzəriyyəyə qarşı çıxaraq, virusun laboratoriyada yaradılıb-yaradılmadığını aydınlaşdırmaq üçün dəqiq araşdırma aparılmasında israr edir. Yeri gəlmişkən onu da bildirək ki, elə ABŞ-ın özü də həmin laboratoriya ilə əməkdaşlıq edib və ona görə də vəziyyət çox dolaşıqdır.
Zenq Yiksin iddia irəli sürüb ki, Uhan laboratoriyasında insanı yoluxdura biləcək elə bir virus yoxdur. O, deyib ki, ÇİN həmin laboratoriyada araşdırma aparılmasına qarşı çıxdığını bir neçə dəfə ÜST-ə bildirib. Əlbəttə, Çinin bu mövqeyi onun nəyisə gizlətdiyinə dair şübhələri artırır.
Son dövrlər Çin diqqətləri öz rəqibi ABŞ-a doğru yönəltməyə çalışır. Pekin Amerikanın Merilend ştatında yerləşən “Fort-Detrik” hərbi bazası yaxınlığında yerləşən “Yoluxucu Xəstəliklərin Araşdırılması İnstitutu”nda yoxlama aparılmasına dair çağırışlar edir. Sözügüdən hərbi bazadan Vaşinqtona kimi məsafəni avtomobillə bir saata qət etmək olar. Lap əvvəldən orada ABŞ bioloji hərbi proqramlar mərkəzi vardı. Əksər amerikalı yəqin ki, heç “Fort-Detrik” barədə eşitməyib, lakin çinlilər “Covid-19” virusunun məhz orada meydana gəldiyinə israrla eyham vururlar.
Çin Səhiyyə Nazirliyinin nümayəndəsi Xua Çunin keçən ay bəyan etmişdi ki, 2019-cu ilin iyulunda məhz ABŞ-da “Covid-19” simptomlarına oxşar əlamətləri olan xəstəlik meydana gəlib. Əlbəttə, Qərb KİV-ləri Çinin mövqeyini nadir halda işıqlandırırlar, amma Çin hakimiyyəti ABŞ-ın “Fort-Detrik” hərbi bazasında araşdırma aparılmasına 33 dəfə çağırış edib.
Deyə bilərik ki, ABŞ-ın Uhan laboratoriyasına ünvanladığı ittihamlarına qarşı Çin “Fort Detrik” “əks hipotezi”ni işə salıb. Ancaq əksəriyyətin Uhandakı institutdan şübhələnməsi artıq təəcüb doğurmur.
Birincisi, ilk yoluxma halı məhz oradakı şəhər bazarında qeydə alınıb (əgər bazardan başqa əvvələr digər episentrin olması sübüt edilmirsə).
İkincisi, Uhandakı virusoloji institut koronavirusun təhqiqi, xüsusən də yarasalar sahəsi üzrə dünyanın ən qabaqcıl laboratoriyalarından biridir (yarasalar dedikdə, burada söhbət “Covid-19”-u meydana gətirən patogen qrupdan gedir).
“Fort-Detrik”i ittiham etməklə çinlilər “ən yaxşı müdafiə hücumdur” formulundanmı istifadə edirlər? Ola bilər. Çinli diplomatların necə qətiyyətlə bu əks-arqument üzərində durmaları çoxlarını təəccübləndirib. Hələ bu yaxınlara kimi çinlilər çox zəif xarici siyasət yürüdürdülər, hətta çox vaxt onlara edilən hücumlara əhəmiyyət vermirdilər. Lakin görünür ki, “Covid-19” hadisəsi vəziyyəti kökündən dəyişdirib. Çinin əlində ABŞ-a qarşı hansısa konkret sübut varmı? Yəqin ki, bu sübutlar da elə təxminən amerikalıların “əsaslı” sübutlarına bənzəyir.
“Covid-19” yenicə meydana gələndə xeyli sayda mütəxəssis virusun heyvandan insana keçməsi ehtimalı üzərində dayandı, çünki əvvələr də belə olmuşdu. Məsələn, 2003-cü ildə baş qaldıran “SARS” koronavirusunda da belə olmuşdu.
ABŞ-da öncə Tramp administrasiyası, sonra isə Baydenin hakimiyyətindəki siyasətçilərin əksəriyyəti və həmçinin də amerikalı bir çox ekspert virusun alternativ mənşəyini müzakirə edirlər. Yəni demək istəyirlər ki, bu virusu Çindəki laboratoriyada yaradıblar. Əlbəttə, əgər bu sübut olunarsa, onda Çinin nüfuzu tapdalanar və o, dünyadakı mövqeyini itirər. Axı, çinliləri ehtiyatsızlıq üzündən (ən pisi isə, qəsdən) bütün dünyanı yoluxdurmaqda və həm də milyonlarla insanın ölümündə ittiham edərlər.
Aydındır ki, bu versiyaların heç birini öncədən hesabdan silmək olmaz. Ancaq yada salmaq lazımdır ki, iki rəqib olan ABŞ və Çin siyasi baxımdan bir-birini günahlandırmaqda maraqlıdırlar, siyasət isə elmi faktlardan uzaqdır.
Beləliklə, ABŞ Uhan İnstitutunda əlavə təhqiqat aparılmasında ciddi israr edir, digər yandan isə “Covid-19”-un ilk dəfə məhz “Koronavirus Araşdırmaları İnstitutu”nun yerləşdiyi Uhan şəhərində ortaya çıxması faktını təkzib etmək çətindir. Amma indi gəlin Amerikanın “Fort-Detrik” bazasından və eləcə də Çinin “əks-arqumentlər” indən danışaq.
“Fort-Detrik” Amerikanın hərbi bioloji proqramlarının mərkəzi olaraq öz işinə 1943-cü ildə başlayıb və 1969-cu ilə kimi fəaliyyət göstərib. İndi orada nə var? Hazırda orada yoluxucu xəstəliklərin araşdırılması üzrə hərbi -elmi institut yerləşir, yəni ABŞ bioloji müdafiə agentliyi.
Orada başqa nələrsə varmı? Bəlkə də var. Amerikanın xəstəliklərin profilaktikasına nəzarət edən dövlət mərkəzi 2019-cu ilin iyulunda ən məxfi “BSL-4” laboratoriyasını "zərərli materialların utilizasiyası sahəsində təhlükəsizlik qaydalarını pozduğuna görə” bağlamışdı. “BSL-4” laboratoriyası yenidən 2020-ci ilin aprelində açılıb. Bu il Çinin sosial şəbəkələrində koronavirusun Amerikadakı laboratoriyada meydana gəlməsi barədə məlumatlar yayıldı və sonradan Çin hakimiyyəti bu məlumatları götürüb, ondan geniş şəkildə istifadəyə başladı. Çinin “Weibo” sosial şəbəkəsində deyilir ki, amerikalılar orada bioloji silah gizlədir və təhlükəli virusları öyrənirlər. Sonradan bu barədə Çinin “Global Times”, ”Peoples Daily” və “China Daily” kimi dövlət KİV-lərində yazmağa başladılar və nəticədə “Fort-Detrik” barədə yüzdən artıq məqalə çıxdı. Bəs, nəyə görə biz bu haqda az eşitmişik? Səbəblərdən biri ondan ibarətdir ki, məlumatlar əsasən Çin “internet bazarına”, yəni Çin auditoriyasına yönəlib. Hətta bütün dünya Uhanda əlavə araşdırma aparılmasını tələb etsə də, Çin hakimiyyəti heç bir vəchlə istəməz ki, çinlilər bu variant barədə düşünsünlər. Bəlkə də elə bu səbəbdən onlar “Fort-Detrik”-in ünvanına sərt ittihamlar səsləndirirlər.
Donald Tramp “Covid-19”-u “Çin virusu” və ya “Çin taunu” adlandırırdı. O zaman çinlilər də amerikalılara qarşı oxşar ittihamlar irəli sürürdülər. Lakin 2019-cu ilin iyulunda baş verən insidentdən başqa “Covid-19”-un “Fort-Detrik”-də yaradıla biləcəyinin heç bir sübutu yoxdur.
Bəs görəsən, “Covid-19” haradan meydana çıxıb? Yəqin ki, iki güclü təbliğatın toqquşması şəraitində biz həqiqəti heç vaxt öyrənə bilməyəcəyik.
“Advance” – (Xorvatiya)
Tərcümə: “AzPolitika.info”
Xəbərin oxunma sayı : 484
Dünya
Xəbərlər
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
“Qumar kralı”nın adamları azadlığa çıxdı -8 illik hökm ləğv edildi
-
Azərbaycanda yeni peyvəndin tətbiqi müzakirə edilir - VİDEO
-
Binalarda fərdi istilik sistemlərinin quraşdırılmasına imkan verilməyəcək - VİDEO
-
“Melissa park” tikinti şirkəti ilə sakinlər arasında münaqişə yaşanır - Kim haqlıdır?
-
Ağdamda beşinci yaşayış kompleksinin tikintisinə başlanır - VİDEO
-
“Vaşinqton Suriyaya qarşı sanksiyaların ləğvinə davam edəcək“ - Mayk Uolts
-
Bu rayonun 21 kəndində qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub - FOTO
-
Meyvə götürüb tanışlığa gedib - Əməliyyata gedən şəxs xəstələri və işçiləri aldadıb
-
Bakıda zibili eşşək arabası ilə daşıyırlar: “Beş manatdan pul yığırıq“ (VİDEO)
-
Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? - FOTOLAR
-
“Qızıl top”un favoritləri açıqlandı - Yeni siyahı
-
Attestat qiymətləri əla, nəticə sıfır: Valideyn-müəllim anlaşması olub?
-
Bu il banklar nə qədər pul qazanıblar? - SİYAHI
-
Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu - ŞOK TƏFƏRRÜAT
-
“Çin rəhbərliyi Rusiyaya dəstəyini daha da gücləndirəcəyini bəyan edib“ - “The Telegraph“
-
Bu şəxslərin maaşından vergi tutulacaq - Tarix bəlli oldu
-
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb - 239 min ayrıldı
-
Zərərçəkənlər ifadə verdi - Vardanyanın məhkəməsi+Fotolar
-
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
-
“Xalq artisti adını sənə sponsorun da verdirə bilir“ - VİDEO
-
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
-
15 iyulda xalqın mübarizəsi həm də işğalın qarşısını aldı - Ərdoğan
-
“Tramp NATO və Aİ-nin nalayiq təzyiqi altındadır“ - Lavrov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bəzi rayonlarda 40 dərəcə isti var, bəzilərində yağış yağır - FAKTİKİ HAVA
-
Vətəndaşların şəxsi məlumatlarını xaricə ötürən ötürən qrupu aşkarlandı - Saxlanılan var
-
ABŞ silahları Ukraynaya illərlə gecikə bilər - Şok xəbərdarlıq
-
“Qafqaznet“ kondisioner də satırmış - Nazirə məxsus olduğu deyilən şirkətlə daha bir müqavilə
-
İnam Kərimov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfər edəcək - Bu tarixdə
-
Tramp Zelenskidən niyə Moskvanı vurmadıqlarını soruşub - “The Washington Post”
-
Azərbaycanda buğda istehsalı niyə azalır - Araşdırma
-
Sədrin şikayətçi olduğu şəxs məhkəmə zalında həbs edildi - SƏBƏB
-
Ukraynaya göndərilən silahların sayı açıqlanmayacaq - Nazirlər razılıq əldə edib
-
Xalq torpaq amnistiyası gözləyir - Kupça əlçatan olacaq?
-
Sabah 40 dərəcə isti olacaq: Çimərliklər üçün tempratur...
-
Kamran Əliyev üç rayona prokuror təyin etdi - FOTO
-
Avropa İttifaqından Gürcüstana ultimatum: vizasız rejim dayandırıla bilər
-
Ruben Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmiş şəxslər ifadə veriblər
-
Piyadanın öldüyü qəza ilə bağlı hökm - Sürücülük vəsiqəsi yox imiş
-
İlham Əliyev Ərdoğana məktub göndərib: “Əziz qardaşım...“
-
Azərbaycan Premyer Liqası: Yayın ən bahalı futbolçusunu kim transfer edib?
-
Deputatların yay tətili başladı - 41 günlük sükut dövründə nə qədər qazanacaqlar?
-
Bu ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə - Müraciət
-
Şirkətlərin “Premium Bank“a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
-
Masallıda arı təsərrüfatları tələf oldu - Sahibkarlar ziyanda (VİDEO)
-
Probleminlə bağlı polis rəisinə müraciət et - DİN nəzarət edir + Video
-
Səbail rayonunda bina yararsız vəziyyətdə - VİDEO
-
Bu ölkədə azərbaycanlı deputat seçiciyə çaynik atdı - VİDEO
-
Xatirə İslamın dəniz istirahəti - FOTOLAR
-
Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır - Viktor Orban
-
Bu dərmanlara boşuna pul xərcləməyin - Dövlət pulsuz verir
-
Zaqatalada ağaclar kəsilib - Sakinlərdən ŞİKAYƏT
-
“Almaniya və Norveç Ukrayna üçün “Patriot“ alacaq“ - Zelenski
-
Sürücülərin maşında gəzdirdiyi, amma istifadə etmədiyi “apteçka” - ARAŞDIRMA
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“ABŞ Ukraynada əbədi sülhü təmin etmək istəyir“ - Tramp
-
“İşgəncələr nəticəsində övladımın adını da yadımdan çıxartmışdım” - MƏHKƏMƏ
-
“ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib“ - Tramp
-
Pensiya kartına görə anasını döyərək öldürdü - TƏFƏRRÜATLAR
-
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
-
Bakıda “abadlıq işi“ elanından sonra ərazidə obyekt tikildi - FOTOFAKT
-
Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkələr - SİYAHI
-
“Çox güman ki, Azərbaycan-Ermənistan dialoqu uğurla nəticələnəcək“ - Tramp
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
TOP 10
ARXİV