“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bunları ölkəyə gətirməyin! - XƏBƏRDARLIQ

Tarix 03.08.21, 22:52

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda ölkədə bitki viruslarının yayılımasının əsas səbəbi idxal olunan toxumlardır.

AzFakt.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev deyib.

Onun sözlərinə görə, xüsusən gömrük yoxlamasından keçməyən toxumlar təhlükə mənbəyidir: “AQTA ölkəyə rəsmi yollarla, gömrük nəzarətindən keçən toxumları yoxlayır, lobarator müayinə aparılır və ondan sonra həmin toxumların istifadəsinə icazə verilir. Təəssüflə qeyd etməliyik ki, ölkəyə qeyri-qanuni yollarla, əl yüklərində, poçt göndərişləri ilə və avtomobillərin yük yerlərində dövlət nəzarətindən keçmədən əkin-səpin materialları daxil olur. Bunlar AQTA-nın laboratoriyalarında müayinəyə cəlb edilmədiyindən, ölkəyə xəstəliyin daxil olmasına şərait yaranır. Müraciətlərimizdə müvafiq qurumlara bildirmişik ki, təcili bu sahədə nəzarət tədbirləri gücləndirilməlidir. Əks təqdirdə, ölkəmiz digər ölkələrdə baş verən təhlükələrdən sığortalanmayıb. Bu yaxınlarda Azərbaycana İspaniyadan pomidor toxumları idxal olunmuşdu. Aparılan müayinələr zamanı qonur qırışıqlığı virusu aşkarlandı və dərhal həmin toxum partiyası xüsusi yollarla zərərsizləşdirildi. İspaniyanın müvafiq qurumuna bu barədə bildiriş də göndərildi. Orada da ekspertizalar təşkil edildi və virusun olması təsdiqini tapdı. Buna görə bizə təşəkkür məktubu da göndərdilər”.

Sədr müavini vətəndaşlara xaricdən toxum gətirilməsi ilə bağlı xəbərdarlıq da edib: “Sahibkarlara, əhaliyə müraciət olunub ki, belə toxumları ölkəyə gətirib ondan istifadə etməsinlər. Hətta belə toxumlar olarsa, AQTA-ya dərhal məlumat versinlər. Biz demirik ki, həmin toxumların hamısı virusa yoluxub, amma müayinədən keçirildikdən sonra istifadə edilməsi məqsədəuyğundur. Hətta qanunauyğundur, əks halda, bu qanun pozuntusudur”.



Xəbərin oxunma sayı : 1072




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap