Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Canni De Byazi: “Biz artıq öz oyunumuzu tapmışıq”

Tarix 18.11.23, 22:37

Font ölçüsü : - / +
bitmap-img6


“Sabah əlimizə düşən imkanlardan yararlanmalıyıq”.

“Report”un Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belçikaya qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis əvvəlki bütün qarşılaşmalarda tam güclərini qoyduğunu bildirib: “Güclü kollektivlə oynayacağıq. Çox inkişaf etmişik, amma daha çox çalışmalıyıq. Biz artıq öz oyunumuzu tapmışıq. Astriya və Belçika ilə evdəki görüşlərdə də yaxşı çıxış etmişdik. Buna baxmayaraq imkanlardan yararlana bilmədik. İsveçlə ev qarşılaşmasında isə bunu bacardıq. Sabah eyni intensivliyi davam etdirməli və imkanlarımızdan yararlanmalıyıq. Birinci matçda bunu bacarmadıq. Amma evdə rəqibimizdən çəkinmədik”.

İtaliyalı baş məşqçi müqaviləsinin başa çatmasına da toxunub: “Bu, hazırda məni maraqlandırmır. Bu barədə danışmaq istəmirəm”.
De Byazi start heyəti sabah müəyyənləşdiricəyini sözlərinə əlavə edib. O, Qazaxıstanın Sloveniyanı məğlub etməsi durumunda AVRO-2024-də pley-off şanslarının yaranmasına da münasibət bildirib: “Biz əlimizdən gələni etməliyik. Çətin məsələdir, amma həyatda heç nəyi bilmək olmaz”.

Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.



Xəbərin oxunma sayı : 829




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap