“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Cavid Sumqayıtlı niyə həbs olundu? - TƏFƏRRÜAT

Tarix 18.10.21, 20:28

Font ölçüsü : - / +
bitmap-img6


Tanınmış meyxanaçı Cavid Sumqayıtlının Sumqayıt Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılıb.

AzFakt.com xəbər verir ki, Cavid Sumqayıtlının saxlanılması yeni xəbər kimi təqdim edilsə də, o, bir neçə ay əvvəl polisə aparılıb. Əldə etdiyimiz məlumata görə, meyxanaçı saxlanılarkən üzərində külli miqdarda narkotik maddə aşkarlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda törədildikdə) cinayət işi başlanıb. Məlumata görə, artıq istintaq başa çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.


Daxili İşlər Nazirliyinin yaydığı açıqlama da bu məlumatı təsdiqləyir. Açıqlamada deyilir ki, Sumqayıt şəhər sakini Cavid Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün 15 may 2021-il tarixində Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Meyxanaçının üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib: "Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxs barəsində istintaq araşdırmaları sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.



Xəbərin oxunma sayı : 577




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap