Aygün Kazımova imicini dəyişdi - FOTO Röyadan açıq-saçıq paylaşım – FOTO “Səhvlərimə görə bu yerə çatmışam“ - Aygün Kazımova Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 15 İyun 2021

    Aygün Kazımova imicini dəyişdi - FOTO

  • / Maqazin / — 07 İyun 2021

    Röyadan açıq-saçıq paylaşım – FOTO

  • / Maqazin / — 13 May 2021

    “Səhvlərimə görə bu yerə çatmışam“ - Aygün Kazımova

  • / Maqazin / — 09 May 2021

    Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - VİDEO

  • / Maqazin / — 01 May 2021

    “İndi evlərdə məclislər təşkil olunur“ - Xuraman Şuşalı

  • / Maqazin / — 24 Aprel 2021

    “Anarı hələ də sevirəm” - Röya ağladı

Cəlilabadda iki məmur qətli Türkiyə vətəndaşları ilə birgə törədib - TƏFƏRRÜAT

Tarix 23.04.21, 11:34

Font ölçüsü : - / +
bitmap-img6


Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərləri Cəlilabada rayonunda baş verən qətllə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

18 aprel 2021-ci il tarixdə Cəlilabad rayon sakini 1963-cü il təvəllüdlü Abdullayev Əflatun İltifat oğlunun avtomobili ilə evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı Cəlilabad rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilmişdir.

Araşdırmalarla Cəlilabad rayon İcra Hakimiyyətinin Təklə kəndi üzrə nümayəndəsi Mahmudov Famil Əzizağa oğlu, Seyidbazar kəndi üzrə nümayəndəsi İsmayılov Zeydulla İsmayıl oğlu və Türkiyə Respublikasının vətəndaşı Kurtoğlu Mehmet Ali İsmet oğlunun Əflatun Abdullayevi qəsdən öldürmələrinə və meyitini Sabirabad rayonu ərazisindəki su kanalının kolluq hissəsinə atmalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Famil Mahmudov, Zeydulla İsmayılov və Mehmet Ali Kurtoğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişlər.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayətin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri və intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Xəbərin oxunma sayı : 1291

loading...

Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda