“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Cəlilabaddakı yanğının dəhşətli təfərrüatı: telefon zaryatkada olarkən partlayıb

Tarix 19.11.23, 19:53

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Cəlilabad rayonunun Buravar kəndində fərdi yaşayış evində iki nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsinin səbəbi məlum olub

İqtisadiyyat.az yanğınla bağlı bəzi təfərrüatları əldə edib. 

Belə ki, araşdırmalarla məlum olub ki, yanğına fərdi yaşayış evində otaqlardan birində enerjiyə qoşulan telefonun anidən partlaması səbəb olub.

Enerjiyə qoşulu olan telefonun yükləyicisində (adapter) qısaqapanma yaranıb və bu zaman cihaz alışıb. Nəticədə yanğın otaqdakı parça əşyalara keçib. 

Həmin evdə yaşayan 1991-ci il təvəllüdlü Tacəddin Cəfərov və qardaşı, 1993-cü il təvəllüdlü Saməddin Cəfərov yanğını söndürməyə çalışarkən xəsarət alıblar.

Hər iki qardaş əl, üz, boyun və baş nahiyəsindən yanıq xəsarətləri diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Xəbərin oxunma sayı : 640




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap