“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Ceyhun Bayramov iranlı həmkarı ilə görüşüb - FOTO

Tarix 25.09.24, 8:51

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə görüşüb.

AzFakt.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan və İran arasında mədəni və dini ortaqlıqların ölkələrimiz arasında əlaqələrin inkişafı üçün əsas amillərdən biri olduğuna dair həmfikirlik bildirilib, ikitərəfli münasibətlərimizin davamlılığı baxımından iki ölkənin müvafiq qurumları, eləcə də rəsmi şəxsləri arasında müntəzəm təmasların əhəmiyyəti vurğulanıb.

Azərbaycan-İran əlaqələrinin inkişafı naminə hər iki tərəfdən güclü siyasi iradənin mövcudluğu təməl olmaqla, Azərbaycanın mehriban qonşuluq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əməkdaşlığa tam şəkildə sadiqliyi diqqətə çatdırılıb və ölkəmizin bu əməkdaşlığın davam və daha da inkişaf etdirilməsi istiqamətində səylərin əhəmiyyəti vurğulanıb.

Azərbaycan və İran arasında müxtəlif istiqamətlər, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat və kommunikasiyalar sahələri üzrə əməkdaşlığın intensivləşdirilməsi, qarşılıqlı maraq doğuran layihələrin aşkar edilməsi işində Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycan-İran əməkdaşlığı üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb. Ermənistan-Azərbaycan münasibətlərinin normalaşdırılması prosesi barədə qarşı tərəf ətraflı şəkildə məlumatlandırılıb.

Yekun sülh sazişinin bağlanmasına ən ciddi maneənin isə başda Ermənistan konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğu vurğulanıb. Ermənistanda davam edən revanşist meyliləri fonunda Ermənistanın sürətli hərbiləşdirilməsi və müxtəlif dövlətlər tərəfindən Ermənistana hərbi dəstəyin artırılmasının regionda təhlükəsizlik və sabitliyin bərqərar edilməsi səylərimizə zərər vurduğu diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







Xəbərin oxunma sayı : 1351




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap