![]() |
|














Dünyada 3,3 milyondan çox insan koronavirusun qurbanı olub - Ölkələrdə koronavirusla bağlı son vəziyyət
Tarix 14.05.21, 14:16 |
|

ABŞ-da bu günə qədər 33,6 milyon insan koronavirusa yoluxub, 599 minə yaxın insan isə virusun qurbanı olub. Səlahiyyətli şəxslər ölkədə böyük sürətlə vaksinasiya prosesi keçirməyə çalışır. Artıq tam vaksin olunan şəxslər üçün müəyyən qadağalar da aradan qaldırılır. ABŞ Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzi (CDC), ölkədə koronavirusa qarşı tam vaksin olunan şəxslərin müəyyən şərtlər xaricində evdə və açıq havada maska taxmaq və sosial məsafələr qaydalarına riayət etməsinə ehtiyac olmadığı haqda qərar verib. Mərkəzin mütəxəsisi Roçelle Valenski Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib:
"Tam vaksin olduqdan sonra pandemiyadan əvvəlki həyatınıza başlaya bilərsiniz.
Hər birimiz həyatımızın əvvəlki vəziyyətinə geri dönəcəyini uzun müddət gözlədik".
Daha bir maraqlı məlumat - ABŞ-da artıq 12-15 yaş arası uşaqlar da vaksin olunacaq. Belə ki, ABŞ Qida və Dərman İdarəsi (FDA) Amerikanın “Pfizer” və Almaniyanın “BioNTech” şirkəti tərəfindən 12-15 yaş arası uşaqlar üçün istehsal olunan koronavirus peyvəndinin istifadəsini təsdiqləyib. Bu barədə FDA komissarı vəzifəsini icra edən Dr. Canet Vudkok qeyd edib:
“Peyvənd yaşının genişlənməsi epidemiyanı sona çatdıracaq və bizi normal həyata qayıtmağa yaxınlaşdıracaq".
Hələ bir müddət əvvəl ABŞ-da 12-15 yaş arasında 2 260 nəfər üzərində “Pfizer/BioNTech" şirkətlərinin istehsal etdiyi vaksinlə sınaqlar aparılmışdı. Sınaqların nəticəsi olaraq, vaksinin 100 faiz effektiv olduğu açıqlamışdı.
Hindistanda isə koronavirus özünün ən dəhşətli mənzərələrini yaratmaqda davam edir. Dünya mətbuatında Hindistanda səhiyyə sisteminin çökdüyü, insanların xəstəxana qarşısında növbə gözləyərkən öldüyü, koronavirusun qurbanlarının dəfn olunması üçün məzarlıq, yandırılmağa yer tapılmadığı haqda tez-tez məlumatlar yayılır.
Son iki ayda ölkədə virusa yoluxanların və ölənlərin sayı rekord həddədir. Bu günə qədər ölkədə 24 milyondan çox insan koronavirusa yoluxub, 262 mindən çox insan isə virusun qurbanı olub. Bununla da Hindistan koronavirusa yoluxanların ümumi sayına görə dünyada ikinci (ABŞ-dan sonra), infeksiya səbəbilə ölənlərin sayına görə isə üçüncü yerdədir. (ABŞ və Braziliyadan sonra).
Hindistanın bir çox məşhur ulduzları, tanınmışları ABŞ və digər ölkələrdən vaksin yardımı istəyib.
Braziliyada isə vəziyyət daha gərgindir. Cənubi Amerika ölkəsi Braziliyanın 210 milyon əhalisinin 15,4 milyon nəfəri koronavirusa yoluxub, 430 mindən çox insanı isə virusun qurbanı olub. Bununla da Braziliya koronavirusdan ölənlərin sayına görə dünyada ABŞ-dan sonra ikinci sıradadır.
Ölkədə gündəlik virusa yoluxanların sayı rekord həddədir. Təkcə son 24 saat ərzində 75 141 yeni yoluxma faktı qeydə alınıb.
Digər ölkələr kimi Braziliya da sürətli vaksinasiya prosesi aparmağa çalışır. Lakin vaksinlərlə bağlı yayılan xəbərlər insanların ümidini sarsıtmağa başlayıb. Ötən gün Braziliya Səhiyyə Nazirliyi Braziliyada hamilə və yeni ana olan qadınlarln koronavirusa qarşı "Oxford-AstraZeneca" şirkətləri tərəfindən hazırlanan vaksinlə peyvənd olunmasını dayandırıldığını elan edib. Səbəb isə mayın 7-də "AstraZeneca" vaksini ilə peyvənd olunan hamilə qadının ölməsi olub.
Səlahiyyətli şəxslər hazırda qadının ölüm səbəbinin peyvəndlə əlaqəli olub-olmadığını araşdırırır. Son dövrlərdə Braziliyada koronavirusdan ölən hamilə qadınların sayı artdığı üçün doğuşdan əvvəl onların peyvənd olunması ilə bağlı qərar verilmişdi. Mütəxəssislər qeyd edir ki, bu qərarın faydaları risklərindən daha çoxdur.
Avropada isə bir sıra ölkələr məhdudiyyətlərdən çıxmağa başlayıb. İsrail artıq mayın sonundan etibarən tamamilə məhdudiyyətlərdən azad olacağını açıqlayıb. Ölkənin baş naziri Benyamin Netanyahu bütün məhdudlaşdırıcı tədbirləri ləğv edib, ölkəni normal vəziyyətə geri qaytarmağa ümidvar olduğunu bildirib:
“Bütün dünyada insanlar vaksin gözləyir, ancaq İsraildə peyvənd insanları gözləyir. Bunu dəyişdirməliyik”.
Netanyahu həmçinin qeyd edib ki, ölkədə 16 yaşdan yuxarı bir milyondan çox insanın koronavirus vaksinasiyasından keçməyib. O vurğulayıb ki, bu proses mayın sonunda tamamlanacaq. Bundan sonra isə ölkədə pandemiya ilə bağlı vəziyyət normallaşacaq.
Asiyanın cənub-şərqində yerləşən Malaziya isə mayın 12-dən sərt məhdudlaşdırıcı tədbirlərə keçib. Hökumət bəyan edib ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınmasına nəzarəti gücləndirmək məqsədilə iyunun 7-dək sərt məhdudlaşdırıcı tədbirlər tətbiq olunacaq. Bununla da ölkə ərazisində fövqəladə hallar və yük, tədarük və təcili yardım maşınlarının hərəkəti istisna olmaqla, ölkənin vilayətləri arasında bütün hərəkətlər qadağandır.
Ramazan bayramı günü reallaşan digər vilayətlərdə yaşayan qohumları ziyarət etmək də bu il qadağan edildi. Ölkənin bütün təhsil müəssisələri, xarici universitetlərə qəbul üçün beynəlxalq imtahanların orada keçirildiyi hallar istisna olmaqla, göstərilən dövrdə bağlı olacaq.
Qeyd edək ki, Malayziyada son günlərdə koronavirusa yoluxma sayında gündəlik üç min və ya daha artım müşahidə edilir.
Qonşu Gürcüstanda isə ptən gündən başlayaraq, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan bəzi məhdudiyyətlər ləğv olunub. Ölkədə məktəblər və uşaq bağçaları öz fəaliyyətlərini bərpa ediblər.
Bundan başqa, daxili ictimai nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər də ləğv edilib. Ölkənin bir sıra dövlət əhəmiyyətli idarələrində elan edilən tətil də bu gün bitib və fəaliyyətlər bərpa olunub. Lakin keçən il noyabrın 28-dən tətbiq olunan “komendant saatı” qüvvədə qalır. Hökumət rəsmiləri “komendant saatı”nın mayın sonunda yüngülləşdirilə biləcəyini istisna etmirlər.
Musavat.com
Xəbərin oxunma sayı : 862
Dünya
Xəbərlər
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Azərbaycanda yeni peyvəndin tətbiqi müzakirə edilir - VİDEO
-
Binalarda fərdi istilik sistemlərinin quraşdırılmasına imkan verilməyəcək - VİDEO
-
“Melissa park” tikinti şirkəti ilə sakinlər arasında münaqişə yaşanır - Kim haqlıdır?
-
Ağdamda beşinci yaşayış kompleksinin tikintisinə başlanır - VİDEO
-
“Vaşinqton Suriyaya qarşı sanksiyaların ləğvinə davam edəcək“ - Mayk Uolts
-
Bu rayonun 21 kəndində qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub - FOTO
-
Meyvə götürüb tanışlığa gedib - Əməliyyata gedən şəxs xəstələri və işçiləri aldadıb
-
Bakıda zibili eşşək arabası ilə daşıyırlar: “Beş manatdan pul yığırıq“ (VİDEO)
-
Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? - FOTOLAR
-
“Qızıl top”un favoritləri açıqlandı - Yeni siyahı
-
Attestat qiymətləri əla, nəticə sıfır: Valideyn-müəllim anlaşması olub?
-
Bu il banklar nə qədər pul qazanıblar? - SİYAHI
-
Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu - ŞOK TƏFƏRRÜAT
-
“Çin rəhbərliyi Rusiyaya dəstəyini daha da gücləndirəcəyini bəyan edib“ - “The Telegraph“
-
Bu şəxslərin maaşından vergi tutulacaq - Tarix bəlli oldu
-
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb - 239 min ayrıldı
-
Zərərçəkənlər ifadə verdi - Vardanyanın məhkəməsi+Fotolar
-
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
-
“Xalq artisti adını sənə sponsorun da verdirə bilir“ - VİDEO
-
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
-
15 iyulda xalqın mübarizəsi həm də işğalın qarşısını aldı - Ərdoğan
-
“Tramp NATO və Aİ-nin nalayiq təzyiqi altındadır“ - Lavrov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bəzi rayonlarda 40 dərəcə isti var, bəzilərində yağış yağır - FAKTİKİ HAVA
-
Vətəndaşların şəxsi məlumatlarını xaricə ötürən ötürən qrupu aşkarlandı - Saxlanılan var
-
ABŞ silahları Ukraynaya illərlə gecikə bilər - Şok xəbərdarlıq
-
“Qafqaznet“ kondisioner də satırmış - Nazirə məxsus olduğu deyilən şirkətlə daha bir müqavilə
-
İnam Kərimov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfər edəcək - Bu tarixdə
-
Tramp Zelenskidən niyə Moskvanı vurmadıqlarını soruşub - “The Washington Post”
-
Azərbaycanda buğda istehsalı niyə azalır - Araşdırma
-
Sədrin şikayətçi olduğu şəxs məhkəmə zalında həbs edildi - SƏBƏB
-
Ukraynaya göndərilən silahların sayı açıqlanmayacaq - Nazirlər razılıq əldə edib
-
Xalq torpaq amnistiyası gözləyir - Kupça əlçatan olacaq?
-
Sabah 40 dərəcə isti olacaq: Çimərliklər üçün tempratur...
-
Kamran Əliyev üç rayona prokuror təyin etdi - FOTO
-
Avropa İttifaqından Gürcüstana ultimatum: vizasız rejim dayandırıla bilər
-
Ruben Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmiş şəxslər ifadə veriblər
-
Piyadanın öldüyü qəza ilə bağlı hökm - Sürücülük vəsiqəsi yox imiş
-
İlham Əliyev Ərdoğana məktub göndərib: “Əziz qardaşım...“
-
Azərbaycan Premyer Liqası: Yayın ən bahalı futbolçusunu kim transfer edib?
-
Deputatların yay tətili başladı - 41 günlük sükut dövründə nə qədər qazanacaqlar?
-
Bu ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə - Müraciət
-
Şirkətlərin “Premium Bank“a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
-
Masallıda arı təsərrüfatları tələf oldu - Sahibkarlar ziyanda (VİDEO)
-
Probleminlə bağlı polis rəisinə müraciət et - DİN nəzarət edir + Video
-
Səbail rayonunda bina yararsız vəziyyətdə - VİDEO
-
Bu ölkədə azərbaycanlı deputat seçiciyə çaynik atdı - VİDEO
-
Xatirə İslamın dəniz istirahəti - FOTOLAR
-
Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır - Viktor Orban
-
Bu dərmanlara boşuna pul xərcləməyin - Dövlət pulsuz verir
-
Zaqatalada ağaclar kəsilib - Sakinlərdən ŞİKAYƏT
-
“Almaniya və Norveç Ukrayna üçün “Patriot“ alacaq“ - Zelenski
-
Sürücülərin maşında gəzdirdiyi, amma istifadə etmədiyi “apteçka” - ARAŞDIRMA
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“ABŞ Ukraynada əbədi sülhü təmin etmək istəyir“ - Tramp
-
“İşgəncələr nəticəsində övladımın adını da yadımdan çıxartmışdım” - MƏHKƏMƏ
-
“ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib“ - Tramp
-
Pensiya kartına görə anasını döyərək öldürdü - TƏFƏRRÜATLAR
-
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
-
Bakıda “abadlıq işi“ elanından sonra ərazidə obyekt tikildi - FOTOFAKT
-
Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkələr - SİYAHI
-
“Çox güman ki, Azərbaycan-Ermənistan dialoqu uğurla nəticələnəcək“ - Tramp
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
TOP 10
ARXİV