Xalq artisti bikinidə belə poz verdi - FOTO “Yerimdə başqa insan olsaydı, indi villaları vardı“ - Nura Suri Nigar Camal hovuzdan görüntüsünü paylaşdı - VİDEO Aygün Kazımova modellə dodaq-dodağa öpüşdü - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 Avqust 2022

    Xalq artisti bikinidə belə poz verdi - FOTO

  • / Maqazin / — 01 İyul 2022

    “Yerimdə başqa insan olsaydı, indi villaları vardı“ - Nura Suri

  • / Maqazin / — 30 İyun 2022

    Nigar Camal hovuzdan görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 27 İyun 2022

    Aygün Kazımova modellə dodaq-dodağa öpüşdü - VİDEO

  • / Maqazin / — 25 İyun 2022

    Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO

  • / Maqazin / — 18 İyun 2022

    Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO

Dövlət Agentliyi inhisarçılığa xidmət edir? - Agentliyin qanunsuz fəaliyyəti aşkarlanıb

Tarix 09.09.21, 16:02

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda bəzi dövlət qurumlarının məlum maraqlardan çıxış edərək, ölkədə inhisarçılığa şərait yaratdığı, azad rəqabət mühitinin yaranmasına imkan vermədiyi heç kimə sirr deyil. Bunun nəticəsi olaraq, ölkədə azad, müasir dünya standartlarına cavab verən biznes mühitinin formalaşması heç cür baş tutmur.

İnhisarçılıqla mübarizə sahəsində dövlət siyasətini reallaşdırmalı olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti son zamanlar bir qədər ləng də olsa, müəyyən addımlar atmaqdadır. Bir müddət əvvəl sözügedən Dövlət Xidməti sement və klinker bazarında aparılan araşdırmalar nəticəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə "Norm" ASC-yə qarşı iş qaldırmışdı. Sement bazarındakı inhisarçılardan olan bu şirkətlə bağlı qeyd olunurdu ki, “Norm” bazardakı hökmran mövqeyindən istifadə edərək, sahibkarlara qarşı qanunsuzluqlara, belə demək mümkünsə, manipulyasiyalara yol verir.

Bu dəfə isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti icbari tibbi sığorta xidmətləri sahəsində rəqabətin məhdudlaşdırılması hallarını aşkarlayıb.

Açıklama yok.

“AzPolitika.info” xəbər verir ki, xidmətin rəsmi məlumatına görə, məqsəd təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən hallarının qarşısının alınmasıdır: “Araşdırmalar “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs tərəfindən Dövlət Xidmətinə təqdim edilən bir sıra sənəd və məlumatlara əsasən, özəl tibb müəssisələrinin icbari tibbi xidmətlər göstərməsinə hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulması və həmin xidmətlər bazarına yeni iştirakçıların daxil olmasına süni maneələrin yaradılması ilə sahibkarların və istehlakçıların mənafelərinin pozulmasına, rəqabətin məhdudlaşdırılmasına, yaxud aradan qaldırılmasına gətirib çıxara bilən hərəkətlərin əlamətləri üzrə aparılır.”

Göründüyü kimi, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” rəsmən inhisarçılığa şərait yaratmaqda, icbari tibbi sığorta xidməti bazarına burada adı çəkilməyən hansısa özəl tibb müəssisələrinin daxil olmasına imkan verməməkdə günahlandırılır. Bu isə açıq şəkildə sözügedən agentliyin kimlərinsə xeyrinə icbari tibbi sığorta xidməti bazarında azad rəqabətin yaranmasına imkan verməməsi deməkdir.

Agentlik rəhbərliyinin bununla kimlərin “əlinə oynadığı” barədə hər hansı məlumat verilmir. Təbii ki, bununla da hansısa tibb müəssisələri böyük gəlirlər etdiyi halda, digərləri bu imkanlardan məhrum edilir. Rəqabət mühitinin olmaması isə eyni zamanda bu sahədə vətəndaşlara tibbi xidmətin də səviyyəsini aşağı salmış olur.

Hər halda, ümid edək ki, bu araşdırma məntiqi nəticəsini verəcək və bu sahədə agentliyin qanunsuz fəaliyyətilə bağlı daha detallı məlumat veriləcək.

Xatırladaq ki, ölkə başçısının 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevdir.



Xəbərin oxunma sayı : 1459

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap