|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Dövlət borcumuza baxış: daxili borclanma xarici borclanmanı üstələyir
Tarix 06.08.22, 12:52 |
|
İqtisadçı ekspert: “Düşünürəm ki, strategiyada nəzərdə tutulan hədəflərdən kənarlaşma olmayacaq”
Azərbaycanda xarici dövlət borcunun həcmi dünya üzrə təhlükəsiz hesab olunan orta həddən xeyli aşağıdır. Son illərdə xarici maliyyə-kredit təşkilatlarından dövlət zəmanəti ilə borclanma üzərində yaradılan sərt nəzarət nəticəsində birbaşa xarici borcumuz xeyli azalıb.
Maliyyə Nazirliyinin hesablamalarına əsasən Azərbaycanın dövlət borcu 2023-cü il yanvarın 1-nə 17 milyard 990 milyon manata (təxminən 10,6 milyard dollar) və ya ÜDM-in 15,6 faizinə bərabər. Əvvəllər xəbər verildiyi kimi, 2022-ci il yanvarın 1-nə Azərbaycanın dövlət borcu 16 milyard 899,1 milyon manat (9 milyard 940,6 milyon ABŞ dolları) və ya ÜDM-in 18,2 faizi səviyyəsində qiymətləndirilirdi. Bu isə o deməkdir ki, 2022-ci ildə ölkənin dövlət borcu 6,4 faiz artacaq.
Nazirliyin materiallarına görə, 2023-cü ilə qədər Azərbaycanın xarici borcu 8 milyard 239,3 milyon dollara (14 milyard 6,8 milyon manat), daxili borcu isə 3 milyard 983,2 milyon manata çatacaq. 2022-ci il yanvarın 1-nə xarici borc 8 milyard 135,7 milyon dollar (13 milyard 830,7 milyon manat), daxili borc 3 milyard 68,4 milyon manat təşkil edib. Buradan aydın olur ki, 2022-ci il ərzində xarici borc 1,3 faiz, daxili borc isə 29,8 faiz artacaq. 2022-ci ilin birinci yarısına dair məlumata əsasən altı ayda xarici borc 11,9 faiz, daxili borc 9,1 faiz azalıb. Lakin hökumət ilin sonunadək borclanmanı sürətləndirmək niyyətindədir.
Maliyyə Nazirliyinin dövlət büdcəsinin icrasına dair hesabatında qeyd edilir ki, cari il iyulun 1-i tarixinə ümumi dövlət borcumuz 16.928,5 miyon manat və ya ÜDM-in 14,7 faizini, o cümlədən xarici dövlət borcu 7.882.3 milyon ABŞ dolları və ya ÜDM-in 11,7 faizini, daxili dövlət borcu isə 3.528,5 milyon manat və ya ÜDM-in 3,0 faizini təşkil edib. Həmin tarixə xarici dövlət borcunun 7.167,1 milyon ABŞ dolları həcmində hissəsini və ya ÜDM-in 10,6 faizini birbaşa xarici dövlət borcu, 715,2 milyon ABŞ dolları həcmində hissəsini və ya ÜDM-in 1,1 faizini xarici borclara verilmiş dövlət zəmanəti üzrə şərti öhdəliklər təşkil edir. Xarici dövlət borcunun 45,2 faizi 10 ilədək, 49,0 faizi 10-20 il ərzində, 5,8 faizi isə 20 ildən artıq müddətə kreditorlara ödənilməlidir. Xarici dövlət borcu üzrə yeni cəlb olunan borc öhdəlikləri 10 ilədək müddətə müvafiq istinad dərəcəsi üstəgəl 0,65 faiz dərəcəsi ilə, 10-20 illik müddətə müvafiq istinad dərəcəsi üstəgəl 0,8 faiz dərəcəsi ilə, 20 ildən artıq müddətə isə müvafiq istinad dərəcəsi üstəgəl 0,9 faiz dərəcəsi ilə cəlb olunur.
İyulun 1-i tarixinə daxili dövlət borcunun 2.789,7 milyon manat həcmində hissəsini və ya ÜDM-in 2,4 faizini birbaşa daxili dövlət borcu, 738,8 milyon manat həcmində hissəsini və ya ÜDM-in 0,6 faizini daxili borclara verilmiş dövlət zəmanəti üzrə şərti öhdəliklər təşkil edib. Daxili dövlət borcunun 79,1 faizi daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarından ibarətdir. Hesabat dövründə dövriyyədə olan dövlət istiqrazlarının 0,8 faizi 1 illik, 73,1 faizi 2-3 illik, 23,6 faizi isə 5-7 illik olub. 2023-cü ilin 1 yanvarınadək daxili dövlət borcunun 81,4 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazları təşkil edəcək. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 3,1 faizi 1 illik, 67,9 faizi 2-3 illik, 29,0 faizi isə 5-7 illik istiqrazların payına düşəcək.
Bu il daxili borclanmanın əsas məqsədi dövlət büdcəsi kəsirinin örtülməsidir. Maliyyə Nazirliyi bildirir ki, 2022-ci il ərzində ümumilikdə 1736,0 milyon manat məbləğində borclanmalardan əldə olunacaq daxilolmalar hesabına dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi nəzərdə tutulur. Məlumat üçün qeyd edək ki, 2022-ci ilin yenidən baxılmış dövlət büdcəsinin kəsiri 43,0 milyon manat artımla 3106,0 milyon manat məbləğində və ya ÜDM-in 2,7 faizi həcmində proqnozlaşdırılır. Kəsirin artımının maliyyələşdirilməsi də daxili borclanmadan cəlb olunan vəsait hesabına təmin ediləcək.
Onu da qeyd edək ki, Hesablama Palatası hökumətin daxili borclanmanı sürətlə artırmasını düzgün yol hesab etmir. Qurumun 2021-ci ilin dövlət büdcəsinin icrasına verdiyi rəydən aydın olur ki, 2021-ci ildə emissiya edilmiş istiqrazlar üzrə yalnız yaranmış faiz borcunun məbləği 318,6 milyon manat təşkil edib ki, bu da dövlət büdcəsində növbəti illərdə faiz xərclərinin əhəmiyyətli artımına şərait yaradıb. 2021-ci il ərzində geri qaytarılmış istiqrazlar üzrə ödənilmiş faiz və diskont məbləği isə 158,5 milyon manat təşkil edib.
Hesablama Palatasında bu qənaətdədirlər ki, daxili dövlət borclanmasının əhəmiyyətli dərəcədə böyük olmasını və artım istiqamətinin davam etməsini nəzərə alaraq, emissiya ediləcək dövlət istiqrazlarının maliyyə planlaşdırılmasının dövlət büdcəsinin icrası ilə (əlavə dəyər yaradan sahələrə yönəltməklə) uyğunlaşdırılması zəruridir. Qurum xarici borcun 2021-ci ildən başlayaraq daxili borcla əvəzləşdirilməsini təqdirəlayiq hal kimi qiymətləndirsə də, qeyd edir ki, tədbirlər həyata keçirilərkən bir çox halda real bazar şərtləri, eyni zamanda xərc və risklərin təhlili nəzərə alınmayıb: “Belə ki, hesabat ilində daxili borclanma hesabına cəlb edilmiş 800 milyon manat vəsait orta hesabla 5-8,5 faiz dərəcəsi ilə cəlb edildiyi halda, onun hesabına bağlanan xarici borcun faiz dərəcəsi LİBOR +1,2 faiz, Euribor+2 faiz və 2,75 faiz həcmində olub ki, nəticədə yüksək faizli məbləğlə aşağı faizli məbləğ bağlanıb. Digər tərəfdən, xaricdən cəlb edilən kreditlər hesabına icrası nəzərdə tutulan 610 milyon manat ekvivalentində olan xərc 346,6 milyon manat icra edilib.
Qeyd edilənləri nəzərə alaraq bildirmək istərdik ki, sərbəst qalıq vəsaitinin 1106,7 milyon manatı, Təminat Fondunun isə 765 milyon manatının idarəetmədə olduğu, eyni zamanda Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə transfertin 850 milyon manat fərqlə icra edildiyi halda, büdcənin icrası ilə bağlı zərurət olmadığı halda 800 milyon manat (5-7,5 faizlə) həcmində əlavə daxili borclanmaya gedilməsi və bu məbləğin aşağı faizli olan xarici borcun azaldılmasına yönəlməsi, həmçinin əlavə büdcə xərclərinin (faiz xərclərinin) artırılması, müvafiq qanunvericilikdə konkretləşdirilməməsi fonunda faktiki sərbəst qalıq vəsaiti hesabına (Təminat Fonduna köçürülmədən) xarici borc həcminin azalmasının həyata keçirilməsi, borca xidmət xərclərində qənaətin yaranması (154,6 milyon manat) büdcə vəsaitlərinin düzgün idarəedilməməsi ilə yanaşı, maliyyə planlaşdırılmasının və hesabatlılığın gücləndirilməsiniə ehtiyac olduğunu deməyə əsas verir. Hesabat ilində daxili borcun həcminin artması, növbəti illərdə də büdcə kəsirinin örtülməsində daxili borclanmadan istifadə olunması əvvəlki borcların bağlanması məqsədilə həyata keçirilən yeni borclanmanın tədricən çətinləşməsinə və ya faiz artımına gətirib çıxara bilər".
İlin birinci yarısında daxili dövlət borcundakı azalmaya baxmayaraq, ikinci yarısı üçün borclanmada sürətlənmə qeydə alınmaqdadır. Belə ki, iyulun 5-də Maliyyə Nazirliyinin keçirdiyi hərracda 2027-ci ildə qaytarılacaq 12,4 milyon manatlıq (sifariş 46,2 milyon manat olub), iyulun 19-da 2024-cü ildə qaytarılmalı 20 milyon manatlıq (sifariş 78,8 milyon manat), iyulun 26-da 2025-ci ildə qaytarılmalı 40 milyon manatlıq (sifariş 131,5 milyon manat), avqustun 2-də 2027-ci ildə qaytarılmalı 18,9 milyon manatlıq (sifariş 31,2 milyon manat) istiqraz satışı baş tutub. Avqustun 9-da nazirlik əsas ödənişin 2025-ci ildə edilməsi şərtilə daha 30 milyon manatlıq istiqraz üçün hərrac elan edib. Hərrac yekunlarına nəzər saldıqda görünür ki, 2-3 illik müddəti olan istiqrazlara maraq daha yüksəkdir. Bu isə investorların manatın məzənnəsinə dair gözləntiləri ilə bağlıdır: onlar milli valyutanın məzənnəsinin uzun müddət sabit qalması ehtimalını çox aşağı qiymətləndirirlər.
Vüqar Bayramov
İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun “Yeni Müsavat”a dediyinə görə, yeni qəbul edilmiş strategiyada yalnız xarici borc deyil, bütövlükdə ümumi dövlət borcunun həcminin tənzimlənməsi və optimallaşdırılması hədəf kimi qarşıya qoyulub: “Ümumi borc daxili və xarici borcu nəzərdə tutur. Strategiyada ümumi dövlət borcunun ümumi daxili məhsula nisbətinin limitləşdirilməsi nəzərdə tutulur. Bu baxımdan, hökumət tərəfindən 2026-cı ilədək olan dövr üçün strateji yanaşmada xarici borcla yanaşı, daxili borcun da ÜDM-dəki payının tənzimlənməsi əsas hədəflər siyahısındadır. Nəzərdə tutulur ki, ümumi dövlət borcunun həcmi ÜDM-in 20 faizi, xarici dövlət borcunun həcmi isə 10 faiz ətrafında dəyişsin. Bu, MDB ölkələri arasında ən yaxşı göstəricidir”.
Ekspert qeyd edir ki, daxili və xarici borcun fərqli tərəfləri var: “Daxili borclanma milli valyuta ilə aparılır. Xarici borclanma isə xarici valyutada həyata keçirilir. Bu o deməkdir ki, milli valyutanın məzənnəsindəki dəyişikliklər xarici borc asılılığını daha da artırır. Daxili borclanmada belə təhlükə mövcud deyil. Bundan əlavə, daxili borclanma bir sıra sahələrdə aktivliyi artırır, qiymətli kağızlar bazarının inkişafına təkan verir. Bu gün bir sıra inkişaf etmiş ölkələrdə qiymətli kağızlar bazarının ilkin inkişafında daxili borclanma mühüm rol oynayıb. Daxili borclanma iqtisadiyyata xarici borclanma qədər risk yaratmadığı, ölkədə qiymətli kağızlar bazarının inkişafına töhfə verdiyi üçün hökumət buna gedir. Amma düşünürəm ki, bu zaman strategiyada nəzərdə tutulan hədəflərdən kənara çıxılmasına da yol verilməyəcək”.
Xəbərin oxunma sayı : 610
Sosial
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV