Nigar Camal hovuzdan görüntüsünü paylaşdı - VİDEO Aygün Kazımova modellə dodaq-dodağa öpüşdü - VİDEO Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO
Axtar
 
  • / Maqazin / — 30 İyun 2022

    Nigar Camal hovuzdan görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 27 İyun 2022

    Aygün Kazımova modellə dodaq-dodağa öpüşdü - VİDEO

  • / Maqazin / — 25 İyun 2022

    Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO

  • / Maqazin / — 18 İyun 2022

    Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 13 İyun 2022

    Röya da aktrisalıq edəcək - VİDEO

  • / Maqazin / — 12 İyun 2022

    Səmarının Dubay tətili - FOTOLAR

Dövlət Gömrük Komitəsində həbslər...- “Meyvəli” terminalının rəisi və daha 3 nəfərin saxlanıldığı bildirilir

Tarix 15.02.22, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Gömrük Komitəsi ilə bağlı redaksiyamıza ilginc məlumat daxil olub.

Məlumatı cumhuriyyet.az-a ötürən mənbənin sözlərinə görə, DGK-nin sədri Səfər Mehdiyevin bacısının yoldaşının əmisi nəvəsi, bir müddət əvvəl “Meyvəli” gömrük gömrük postuna rəisi təyin olunan gömrük polkovnik-leytenantı, özünü “Meyvəli” gömrük terminalının allahı adlandıran Cəfərov Davud Cabbar oğlu və 3 nəfər şəxs DGK-nin Əməliyyat idarəsi əməkdaşları tərəfindən rüşvət alarkən tutulub.

Baş vermiş olayla bağlı mənbənin məlumatında daha bir maraqlı məqam rüşvət pullarınln ötürülməsi ilə bağlıdır. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata gprə, fevral ayının 9-da Əməliyyat idarəsi əməkdaşlarının apardığı operativ tədbirlər nəticəsində Meyvəli gömrük postunda xadimə işləyən qadından külli miqdarda pul vəsaiti götürülüb: “Qadını ilkin dindirmə zamanı bundan əvvəl də rüşvət kimi ona verilən pulların hamısının Davud Cəfərova verdiyini bildirib. Bunun müqabilində isə Davud postda olduğu müddətdə onun burada işləyəcəyi və əlavə güzəştlər olunacağını bildirib. Hal-hazırda tutulan şəxslər sərəncama alınıb. Digər şəxslərin adları hələlik məlum olmasa da onların birbaşa post rəsinin tapçırığı ilə hərəkət etdiyi bilinir”.

Əldə olunan məlumata görə Davud Cəfərov gömrük generalının bacısı oğlu Gömrük Komitəsində Audit Baş idarəsinin rəis müavini Cəfərov Asimanla biznes şərikidir. Generalın bacısı oğlunun nüfuzundən istifadə edərək o, indiyə kimi milyonlarla dövlət büdcəsinə getməli olan pul vəsaitlərini özü mənimsəyərək cinayət əməli törədib. Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata , genaralın bacısının yoldaşı Cəfərov Cəlilin bu məsələdən çox narahat olduğu və bu səbəbdən də generalla münasibətlərinin pisləşdiyi bildirilir. Araşdırmaların prokurorluq orqanlarına verilmədiyi və daxildə aparılması qeyd olunan şəxsin sərbəst buraxılması ehtimalını artırır. Əgər iş prokurorluq orqanlarına verilərsə Davud Cəfərovu 10 ildən 15 ilədək həbs cəzası gözləyir.



Xəbərin oxunma sayı : 2224

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap