“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Dağıstan Azərbaycana quru sərhədləri açmağı təklif edir – Məclis sədri Bakıda açıqlamalar verdi

Tarix 03.09.24, 18:09

Font ölçüsü : - / +
bitmap-img6


Dağıstan və Azərbaycan parlamentləri arasında yeni əməkdaşlıq sazişi imzalana bilər. 

AzFakt.com xəbər verir ki, Bunu Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Əsgərov “Sputnik Azərbaycan”-a müsahibəsində deyib.

Spiker ölkədə parlament seçkilərinin gedişini müşahidə etmək üçün MDB-dən olan beynəlxalq müşahidəçilər missiyasının tərkibində Azərbaycanda olub. Əsgərov qeyd edib ki, onlar Azərbaycanın çiçəklənməsində, burada sülh və əmin-amanlığın hökm sürməsində maraqlıdırlar.

"Ölkənizdə parlament seçkiləri demokratik şəraitdə keçdi, xalq öz iradəsini bildirdi, heç bir qanun pozuntusuna yol verilmədi, Dağıstan Xalq Məclisi Azərbaycan parlamenti ilə sıx əməkdaşlıq edir, o cümlədən, mövcud razılaşma çərçivəsində çox güman ki, biz yeni seçilmiş Azərbaycan Respublikasının parlamenti ilə yeni sazişə imza atacağıq", - Xalq Məclisinin sədri bildirib.

Xalq Məclisinin sədri onu da bildirib ki, o, Bakıda olarkən azərbaycanlı həmkarları ilə də mühüm məsələlərdən birini - quru sərhədinin açılmasını müzakirə edib. O qeyd edib ki, Azərbaycanla Dağıstan arasında böyük mədəni, tarixi və ticarət əlaqələri mövcuddur, ona görə də sərhədlərin bağlı olması əlaqələrin daha da inkişafına mane olur.

"Biz bu məsələni həll etmək üçün imkanlar axtarırıq. Bunlar çarter avtobusları və ya dəmir yolu xətləri ola bilər. Bu gün təyyarələr Mahaçqaladan Bakıya uçur, bu da vətəndaşlarımızın ölkənizə və əksinə səfər etməsinə şərait yaradır", - Əsgərov deyib.

Dağıstan rəsmisi əlavə edib ki, iki ölkə parlamentarilərinin iştirakı ilə işgüzar görüş və ya dəyirmi masa keçirmək planlaşdırılır.



Xəbərin oxunma sayı : 913




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap