“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Daha 150-dək müharibə əlilinin birdəfəlik ödəməni almaq hüququ təsdiqlənib - FOTO

Tarix 04.08.22, 18:55

Font ölçüsü : - / +
bitmap-img6


Artıq 11 minədək müharibə əlilinə proaktiv qaydada müavinət təyin olunaraq ümumilikdə 66,5 milyon manatadək vəsait onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, hesablarına vəsait köçürülmüş Birinci Qarabağ müharibəsi əlillərinin bir qismi bu gün də onlara təyin edilmiş ödənişləri əldə ediblər.

Onlar birdəfəlik ödəmələrin verilməsinin Prezident İlham Əliyevin qazilərə göstərdiyi diqqətin növbəti təzahürü olduğunu vurğulayıblar, ölkəmizdə həyata keçirilən sosial dəstək tədbirlərindən razılıqlarını bildiriblər.

Eləcə də, sənədləri e-sistemlərdə və arxivlərdə olmayan müharibə əlillərinin müvafiq hərbi-həkim komissiyalarına müraciətləri əsasında daha 150-dək şəxsin birdəfəlik ödəməni almaq hüququ təsdiqlənib və yaxın günlərdə onların da bank hesablarına ödəniş köçürüləcək. Bu barədə hər birinə SMS göndəriləcək.

Qeyd edək ki, e-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün birdəfəlik ödəmə təyin edilməmiş şəxslər, habelə birdəfəlik ödəməni almaq hüququ olan şəxs vəfat etdiyi hallarda onların vərəsələri birdəfəlik ödəməni almaq üçün müvafiq sənədləri linkdə https://sosial.gov.az/post_576347 qeyd edilən qaydada təqdim etməlidirlər.






Xəbərin oxunma sayı : 361




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap