Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Daha bir “patı” əməliyyatı: Saxlanılanlar var

Tarix 19.07.21, 13:08

Font ölçüsü : - / +
bitmap-img6


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və "patı”, şüşə kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzFakt.com-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rövşən Mirzəyev Liman şəhəri ərazisində narkotik vasitə heroini satarkən saxlanılıb və üzərindən əlavə olaraq 4 bükümdə psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə R.Mirzəyevə həmin psixotrop maddəni Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Ələsgər Kəlbizadənin satdığı müəyyən olunub. Ə.Kəlbizadənin yaşadığı evin zirzəmisindən 1 kiloqram 43 qram heroin, 512 qram "patı”, "şüşə” kimi tanınan metamfetamin aşkarlanaraq götürülüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Rakif Əliyev və Vaqif Mirzəyev saxlanılıblar. Onların üzərindən satış məqsədilə saxladıqları ümumilikdə 14 bükümdə heroin və metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.



Xəbərin oxunma sayı : 400




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap