“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Depressiya və narahatlıq yaradır – Gec yatanların nəzərinə!

Tarix 07.06.25, 10:21

Font ölçüsü : - / +
bitmap-img6


Yuta Universitetinin amerikalı alimləri müəyyən ediblər ki, müntəzəm olaraq yatmağı gecikdirənlər depressiya və narahatlıq əlamətlərinə daha çox meyllidirlər.

Bu barədə “Sleep” elmi jurnalında dərc olunan məqalədə deyilir.

Təcrübədə orta yaş həddi 24 olan 390 gənc iştirak edib. İştirakçılar iki həftə ərzində ciddi bir səbəb olmadan yatmağı nə qədər gecikdirdiklərini qeyd edərək yuxu gündəlikləri saxlayıblar.

Nəticələr gec yatmaq və emosional vəziyyət arasında aydın əlaqə olduğunu üzə çıxarıb. Uzun müddət oyaq qalmağa meylli olan insanlarda yüksək nevrotiklik əlamətləri müşahidə olunub.

“Biz aşkar etdik ki, yatmağı gecikdirənlər axşam saatlarında zövq verən fəaliyyətlər axtarmağa daha az meyllidirlər. Bunun əvəzinə onlar depressiyaya xas olan mənfi emosiyalar yaşadıqlarını bildirdilər”, - tədqiqatın baş müəllif Stiven Karlson deyib.

Amerika Yuxu Tibb Akademiyasının məlumatlarına görə, müntəzəm yuxusuzluq sağlamlıq risklərini artırır. Yetkinlərə gecə ən azı yeddi saat yatmaq tövsiyə olunur.
“Bizim məlumatlarımız emosional tənzimləmənin yuxu gecikməsi problemini həll etmək üçün açar ola biləcəyini göstərir”, - deyə Karlson bildirib.



Xəbərin oxunma sayı : 1153




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap