![]() |
|














Deputatdan sərt və sensasion açıqlamalar: “Kasıb insanların lənətini qazanmış hökumət üzvləri...”
Tarix 04.03.23, 22:24 |
|

“Hökumətin içində də güclü hakimiyyəti vəzifələri üçün təhlükə sayanlar var”
“Bu, tamah məqsədilə törədilmiş qəsdən adamöldürmə cinayəti də ola bilər, ictimai təhlükəsizliyi pozmaq təhdidi ilə siyasi qərarların qəbuluna nail olmaq üçün törədilən terror aktı da”
AzFakt.com xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin aktual mövzuları ətrafında Moderator.az-ın bir neçə sualını cavablandırıb:
- Qüdrət bəy, dövlət və ictimai təhlükəsizliyə cavabdeh olan şəxslərə qarşı aparılan gözdənsalma kampaniyası ilə BRAVO supermarketdə baş vermiş qətl hadisəsi arasında hansısa əlaqənin ola biləcəyi barədə sosial şəbəkələrdə yayılan informasiyaların həqiqət payı nə qədər ola bilər?
- Mən basqın zamanı qətlə yetirilmiş Rüfət Həşimova Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verir, yaralananlara şəfa deləyirəm. Cinayət işinin istintaqı zamanı heç bir fərziyyə diqqətdən kənarda saxlanılmamalııdr. Bu, qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən tamah məqsədilə törədilmiş qəsdən adamöldürmə cinayəti də ola bilər, ictimai təhlükəsizliyi pozmaq təhdidi ilə siyasi qərarların qəbuluna nail olmaq üçün törədilən terror aktı (terrorçuluq) da. Cinayətin digər motivlərlə törədilməsi fərziyyələri də istisna olunmamalı və araşdırılmalıdır. Ümid edirəm hüquq-mühafizə orqanları tezliklə, isti izlərlə cinayətin üstünü açacaq və biz əsl həqiqətin nə olduğunu biləcəyik.
- İranda səfirliyimizə avtomat silahla basqın hər birimizi hiddətləndirmiş və çoxlu suallar doğurmuşdu. Həmin suallardan biri də bu idi ki, qatil silahı necə əldə edib? Eyni sual indi bizim özümüzə ünvanlana bilərmi?
- Ola bilsin həmin sualın bizə də ünvanlanması üçün bu qətl törədilib. Bunu yeri gəlmişkən, bir fərziyyə kimi dedim. Silah qaçaqmalçılıq yolu ilə də ölkəyə gətirilə bilər. O da nəzərə alınmalıdır ki, 1988-1995-ci illərdə, dövlət hakimiyyətinin zəif olduğu vaxtlarda, Qarabağ uğrunda döyüşlər zamanı özünümüdafiə batalyonlarının üzvlərinin bir çoxu atəşkəs dövründə silahları təhvil verməmişdi. Sonralar hüquq-mühafizə orqanlarının ciddi səyləri nəticəsində həmin silahlar əhalidən yığıldı, amma həmin silahlardan hələ də əllərdə qalma ehtimalı var.
- Dövlət və ictimai təhlükəsizliyə görə cavabdeh olan şəxslərin hədəfə gətirilməsi hansı maraqlardan doğa bilər?
- Fikir versəniz, görərsiniz ki, kim daha çox hədəfə gəlir, Prezident, Birinci vitse-prezident, DİN və DTX. Çünki ölkəmizin qarşısında duran problemlərin həlli üçün siyasi qərarları birinci iki şəxs qəbul edir, sonuncu iki strukturun rəhbəri isə dövlət və ictimai təhlükəsizliyi təmin etməklə həmin siyasətin həyata keçirilməsinə şərait yaradır. Baxın, kasıb insanların lənətini qazanmış hökumət üzvlərini hədəfə gətirən var?! Prezident bəyan edib ki, 2023-cü il Qarabağ üzərində dövlət suverenliyinin bərpası üçün həlledici il olacaq. Ona görə düşmənlər, münaqişəni qoruyub saxlamaq istəyənlər bütün istiqamətlərdə canlanıb. Xaricdən fit çalınıb və bəlli qrup hərəkətə keçib. Hökumətin içində də güclü hakimiyyəti vəzifələri üçün təhlükə sayanlar var. Bunun üstünə daxili intriqaları da gəlsək, real mənzərinin səbəbləri bəlli olar.
- Bəlli dairələr bəlli kontingentdən istifadə etməklə nəyəsə nail ola bilərmi?
- İstifadə olunan material o qədər dəyərsizdi ki, onlar yalnız daha çox nifrət qazana bilərlər. Daxili İşlər Nazirinin üstünə birini buraxmışdılar, bəzi həqiqətlər üzə çıxandan sonra insanlar onun adını çəkməyi belə öz ləyaqətlərinə sığışdırmırlar. Eləcə də digərlərinin. Nobel mükafatı laureatı Bernard Şou deyirdi ki, mən donuzlarla mübarizə aparmamağı çoxdan öyrənmişəm, çünki əksi olursa donuzların çirkabı sənə bulaşar, bu da onların xoşuna gələr. Biz də bunu öyrənməliyik.
- Sonda bir məsələyə də münasibət bildirməyinizi istərdik. Türkiyədə Meral Akşener niyə Millət İttifaqından çıxdı? Namizədin kim olması bu qədərmi önəmli idi? Axı, onun adını çəkdiyi şəxslər belə Kılıçdaroğlunun partiyasındandır və onu müdafiə edir.
- O bunu təmsil olunduğu Millət İttifaqının seçkilərdə uğur qazana bilməyəcəyinə əmin olduğu üçün AKP ilə işbirliyinə gedib CHP daxilində təfriqə yaratmaq məqsədilə edə bilər. Xatırlayırsınızsa, bizdə 2003-cü il prezident seçkiləri zamanı Əli Kərimli də iqtidarla iş birliyinə gedib onunla birgə hakimiyyətdə təmsil olunmuş İsa Qəmbərin xeyrinə yox, onun səslərini parçalamaq üçün Elçibəyi hakimiyyətdən devirmiş qiyamçılara dəstək verməsinə görə itiham etdiyi Etibar Məmmədovun xeyirinə namizədliyini geri götürdü.
Meral Akşener 5 il sonra haqqında da nələrsə düşünüb belə qərar verə bilər. Amma o Kılıçdaroğlunu müdafiə etsəydi belə, Millət İttifaqının uğur qazanacağına ümid yox idi, çünki Türkiyənin dünyada hər kəsin hesablaşdığı xarizmatik lider olan Ərdoğana daha 5 il ehtiyacı var.
Xəbərin oxunma sayı : 367
Müsahibə
Xəbərlər
-
Mərkəzi Bankın gizlətdiyi məlumatı Neft Fondu açıqladı - Dollara tələb kəskin artıb
-
Nazirin “Azdrama“ya gedişinin detalları bilindi - Aktyorları dinlədi və...
-
“Beş-altı ay idi evlənmişdilər” - Yasamaldakı qətlin detalları+Video
-
Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Bu il ÇL-də hansı klub nə qədər qazanıb? - SİYAHI
-
Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli görüşü müsbət atmosferdə keçib - BİRGƏ MƏLUMAT
-
Deputatlar bu tarixdə toplanır - Hansı qanunlar dəyişəcək?
-
Polkovnikin cəzası açıqlandı - Xidmət rəisi də zalda həbs olundu
-
“Azərkosmos“da yeyinti - Palata nələri aşkarlayıb?
-
“Mobi Home” mağazasında dava - Döyülən satıcı 2 min tələb edib
-
Bakının 2 rayonunda söküntü işləri başlayır - ÜNVANLAR
-
Elm və Təhsil Nazirliyində yoxlama: nələr ortaya çıxdı?
-
Prezident hərbi qeydiyyatdan yayınanlarla bağlı qanunu təsdiqlədi - Cəzalanacaqlar
-
Rusiyadan gözlənilməz addım - “Taliban”a yaşıl işıq
-
Taksi sürücüsü olmaq istəyənlər imtahan verdi - 1470 nəfərdən 1210-u uğur qazanıb
-
DSMF-də maliyyə nöqsanları üzə çıxdı - Palatanın yoxlaması ilə
-
Bu Bakı məktəbliləri maksimum bal toplayıb - FOTO
-
“Fransa Cənubi Qafqazda sabitliyi hər vasitə ilə pozmağa çalışır“ - Zaxarova
-
Nazirə iki yeni müavin təyin olundu - Prezident sərəncamlar imzalayıb + DOSYELƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Ermənistanla Azərbaycan arasında müharibəni unudun“ - Nikol Paşinyan
-
Aqil Ələsgər Şimali Kipr mediasına: “Prezident İlham Əliyevin mövqeyi Türk dünyasına açıq mesajdır“
-
Orduxan da prokurorluğa çağırıldı - Barəsində həbs qərarı var
-
“İçərişəhər“də yoxlama: ciddi maliyyə pozuntuları aşkarlanıb
-
Daha 20 şagird 300 bal topladı - SİYAHI
-
Mikayıl İsmayılovun oğlu atalıqla bağlı qərardan narazıdır - Aliment vermir
-
25 yaşlı Aygünün dəhşətli qətli: Falçı ilə yazışmaları üzə çıxdı
-
Bu qida markalarında at və eşşək əti aşkarlandı - SİYAHI
-
Əvəz Zeynallı azadlığa buraxılacaq? - Məhkəmə bu tarixdə başlayır
-
Şəhidin övladı Sidneydə keçirilən olimpiadada qızıl medal qazandı - Fotolar
-
“Zülfəli İsmayılov dedi ki, içəridə ola-ola evini sökəcəm, səni də içində öldürəcəm” - ŞİKAYƏT
-
“Nazirlik bizə dəstək olmalıdır” - Lamiyə ərindən danışdı
-
“Şərur MTK“nın mənzilərini su basdı - Çilçıraqdan su axır (VİDEO)
-
Bu tarixədək hesabında 1 manat olanlar da pensiya alacaq - 25 il staj, kapital lazım deyil
-
Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi - FOTOLAR
-
Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Adlar + FOTO
-
Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar - Tam siyahı
-
Sevgilisini yataqdakı fotoları ilə şantaj etdi - Nişan pozuldu, 7 il 6 ay cəza aldı
-
Ödənişli yol da su altında qalıb - VİDEO
-
Bakıya gətirilən bahalı avtomobil yolda yandı - VİDEO
-
Azərbaycanda 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - RƏSMİ
-
“Melissa Park“ın atdığı addım etik və praktik deyil - Azərbaycan Sahibkarlar Konfederasiyası
-
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başladı - FOTOLAR
-
Qəbul imtahanları nə vaxt keçiriləcək? - Tarix açıqlandı
-
Ağdam, Füzuli və Xocavəndin neçə faizi minadan təmizlənib? - Açıqlama
-
“Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
-
Azərbaycanlı boksçuya ağır cəza - 48 ay diskvalifikasiya olundu
-
Mallar su altında qaldı, ziyan ödəniləcək? - VİDEO
-
Avropa İttifaqı Cənubi Qafqazda nə qazandı, nə itirdi? - Tərəfkeş siyasət bölgədə gərginliyi artırır
-
Vətəndaşların bank kartlarından yenə pul oğurlandı -15040 manat
-
Beyləqanda “Mintonasiya” adlı stand-up konserti keçirildi - Fotolar
-
Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - VİDEO
-
“ABŞ İsrailin mayda İrana zərbə endirmək planını dəstəkləməyib“ - NYT
-
Pərviz onları seldən xilas etmək istəyərkən həlak olub - Video
-
İstədiyi qızı vermədilər, bacısını qaçırdı: 20 yaşlı qız başına gətirilən dəhşəti danışıb
-
Tramp Ukraynaya silahı pulla da satmaq istəmir - Bild
-
Video zənglərdə yenilik - “WhatsApp” görüntünü dəyişdi
-
“Başqasının ərindən uşaq dünyaya gətirirsiz...“ - Lalə Məmmədova
-
ABŞ bəzi Çin məhsullarına 245 % rüsum tətbiq edə bilər - Ağ Ev
-
Ər arvadını öldürüb özünü binanın 14-cü mərtəbəsindən atdı - Bakıda
-
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək? - VİDEO
-
“Azərbaycana səfər mənim üçün vacib idi” - Kavelaşvili
-
“İran nüvə silahı yaratmağa yaxındır“ - Qrossi
-
Sel Şabranda evi yerlə bir etdi - VİDEO
-
Prezident Kavelaşvili ilə görüşündən görüntülər paylaşdı - Video
-
Azərbaycanla Çin arasında vizasız gediş-gəlişi haqqında SAZİŞ
-
Rayonlarda yağıntının miqdarı normanı ötüb, bəzi çaylardan sel keçib - Faktiki hava
-
“O, Azərbaycanın dostu idi” - Prezidentdən başsağlığı
-
Kavelaşvilinin Azərbaycana səfəri başa çatdı - Fotolar
-
Dövlət qurum “Pub 008“ obyektində yoxlama apardı - Bu tekila və viskilər saxta imiş
-
“Qarabağ” ev oyunlarını “Azərsun Arena”da keçirəcək - Bu tarixdən
-
Azərbaycan və Çin arasında İnvestisiya əməkdaşlığı üzrə İşçi Qrup yaradılıb - Fotolar
-
Sabunçu tunelində vəziyyət nə yerdədir? - VİDEO
-
Gürcüstan Prezidenti Milli Məclisdə olub - Fotolar
-
253 min manata avtomobil alan məmur kimdir? - FOTO
-
Sel avtomobil yolunu yararsız hala saldı - FOTO
-
“50 yaşım olacaq, “Avroviziya”da nə işim var?” - VİDEO
-
Bacısının başına yumuruq vurdu - Elektron qolbaqda gəzəcək
-
İki yeni nazir müavini təyin edildi - ƏSMN-də təynatlar
-
Prezident Təşkilat Komitəsində dəyişiklik etdi - Sərəncam
-
Mircəlal Kazımi ifadə verməkçün məhkəməyə gəldi - 1 milyonluq dələduzluq işi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Xınalıqda qarın hündürlüyü 71 sm-ə çatıb – FAKTİKİ HAVA
-
Mehman Əliyev junalistikadan getdi - Açıqlama
-
Təcili yardım maşını da suda batdı - VİDEO
-
“Azərlotereya“nın cəmi 118 min manatlıq sponsorluq oyunu...
-
İşğaldan azad olunan rayonlarda nə qədər mal-qara var? - Siyahı
-
Sabunçu tunelini su basdı - FHN əməkdaşları ərazidə (VİDEO)
-
Pərvin Abıyeva peşmandır: “Kaş ki, aktrisa yox, müğənni olardım“
-
Əvəz Zeynallı həbsdən buraxılacaq? - Məhkəmə baxşı olacaq
-
Bu il Azərbaycanın daha 5 rayonunda donuzların kökü kəsilib - Tam siyahı
-
Ağsuda ekskavatora sığınanları sel apardı - Ölən var
-
Fərhad Əhmədovun lüks maşınlarına həbs qoyulub - Siyahı+ Foto
-
Zərurət yoxdursa, evdən çıxmayın! -Müraciət
-
Prezidentlər mətbuata bəyanatla çıxış etdi - FOTOLAR
-
“Landmark“ Biznes Mərkəzi satıldı - Ofislər bağlandı
-
MEDİA II Mərkəzi Asiya Media Forumunda iştirak edir - FOTO
-
DİN əlavə polis naryadları cəlb etdi - VİDEO
-
Havaya görə bu sahədə işlər dayandırılmalıdır! - Rəsmi
-
Vətəndaşın 20 min manatını alıb geri qaytarmır - Makler dələduz Sərdar kimdir?
-
Azərbaycanın Türkiyədəki qüruru - Aygün Attar Həşimzadə
-
Külli miqdarda vergi borcu olan şirkət müflis oldu, bağlanır
-
“Yeni Konstitusiyada Müstəqillik bəyannaməsinə istinad olmamalıdır“ - Paşinyan
-
“Sədərək” Ticarət Mərkəzini su basdı - VİDEO
-
DSMF-yə yeni sədr təyin edildi - DOSYE
-
Prezident Kavelaşvili ilə təkbətək görüşdü - FOTO
-
92 marşrut avtobusu gecikir - RƏSMİ
-
Güclü külək paytaxtda 55 ağacı sındırdı - Fotolar
-
Banklar POS-terminallara görə ildə bu qədər qazanır - MƏBLƏĞ
-
Trampın hələlik Ukraynaya səfəri planlaşdırılmır - Ağ Ev
-
Su basmış yerlərdə uşaqlar belə təxliyə edildi - VİDEO
-
Bakıda bu əraziləri yenə su basdı - Yağıntılı hava şəraiti fəsadlara yol açıb
-
Azərbaycanda sərnişin avtobusu qəzaya uğradı - Çox sayda yaralı var
-
“Ukraynanın NATO-ya daxil olması geri dönməz prosesdir“ - Rutte
-
Bu gün Yer kürəsini maqnit qasırğaları bürüyəcək - Xəbərdarlıq
-
Fransa və Əlcəzair arasında gərginlik - 12 diplomat ölkədən çıxarılır
-
Yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb - FHN
-
Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu - Sürücülərin diqqətinə!
-
Çempionlar Liqası:“Barselona“ və PSJ yarımfinala məğlubiyyətlə yüksəldi
TOP 10
ARXİV