Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Dərmanların qiymətində 350 faizlik fərq - Ağlasığmaz rəqəmlər üzə çıxdı

Tarix 27.06.22, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycandakı apteklərdə satışa çıxarılan dərmanların qiymətləri qonşu Türkiyə və İrandakı preparatlardan bahadır.

Xezerxeber.az-ın məlumatına görə, eyni dərmanların kəskin fərqlə baha satılması vətəndaşları narazı salır.  

Məsələn: Ölkəmizdə 75 manata satılan "Qalusmet" preparatı qonşu ölkələrdə 25 manata, 51 manata satılan "Dostinek" 20 manata, 28 manata satılan "Tripliksam" 10 manata, 56 manata satılan "Skin kap aerazol" 20 manata, 193 manata satılan "Zoladeks" isə 58 manata təklif olunur. Göründüyü kimi, buradakı qiymət fərqi 10-15 faizlə deyil, 200-350 faizlə ölçülür. Üstəlik, bu dərmanlar ölkəmizdə tez-tez rast gəlinən şəkər, təzyiq, ürək və digər xəstəliklərin müalicəsi üçün nəzərdə tutulduğundan, qiymət fərqindən yaranan ödənişlər vətəndaşların büdcəsində ciddi yer tutur.

Əczaçılar da tez-tez vətəndaşların bu qəbildən olan şikayətləri ilə qarşılaşdıqlarını deyirlər. Onlar qiymətlər arasında bu qədər fərqin olmasını isə logistika xərcləri ilə izah edirlər.

Mövzuya münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov hesab edir ki, dərmanların qiymətləri arasındakı bu qədər fərqin olmasının ən başlıca səbəbi adıçəkilən xarici ölkələrin özlərinin dərman istehsalı ilə məşğul olmalarıdır.

Deputatın fikrincə, qiymət fərqindən irəli gələn problemləri həll etmək üçün xüsusi qurum olmalıdır. Bu qurum dərmanların sertifikatlarının alınmasından tutmuş onun qiymətinin tənzimlənməsinə qədər bütün proseslərə nəzarət etməlidir.

Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, idxal edilən dərmanların ölkəmizdəki satış qiymətləri ölkəyə daxil olarkən sahibkarın üzərinə düşən xərcdən 14-40 faiz arasında yuxarı ola bilər. Yəni 5 manata başa gələn dərman maksimim 40 faiz, 100 manatdan baha başa gələn dərman isə 14 faiz baha satıla bilər.






Xəbərin oxunma sayı : 823




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap