Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Dollar qalxmayacaq, manat “öləcək” - Bu necə olacaq?

Tarix 10.09.24, 20:17

Font ölçüsü : - / +
bitmap-img6


Son vaxtlar manatın devalivasiyası ilə bağlı iddialar artır. Bu isə cəmiyyətdə ciddi narahatlıq və təşvişə səbəb olur.

Azərbaycanda devalivasiya son dəfə 7 il öncə baş verib. Lakin müxtəlif məhsulların qiymət artımı uzun illərdir ki, davam edir. Bu isə devalivasiya olmasa belə, manatın alıcılıq qabiliyyətini aşağı salır.

Bəs görəsən, belə şəraitdə manatı hansı aqibət gözləyir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, devalivasiya o zaman baş verə bilər ki, ölkəyə kifayət qədər valyuta girməsin:

“Devalivasiya fiksə edilmiş valyutanın dəyərdən salınma prosesidir. Bizdə manat dollara fiks edilib. Məsələn, hazırda 1 dollar 1.70 manatdır. Əvvəllər isə, 1 dollar 0.78 manat və daha sonra 1.05 manata bərabər idi. Devalivasiya fiksə edilmiş məzənnə rejimində mümkündür. Misal üçün, Türkiyə valyutası da dəyərdən düşür, amma ona devalivasiya deyilmir. Çünki lirə üzən məzənnədədir, ucuzlaşa və bahalaşa bilər. İnfiliyasiya isə qiymət səviyyəsinin artmasıdır. Devalivasiya olmadan da qiymət səviyyəsi arta bilər. Necə ki, biz bunu hazırda görürük. Keçən il 8.8 faiz olan infiliyasiya ondan öncəki il 14.7 faiz idi. Onsuz da devalivasiya infiliyasiyanın qarşısını almır. Çünki dolların özü də dəyər itirir. Proses bu cür baş verir. Devalivasiya o zaman aktual olur ki, artıq ölkəyə kifayət qədər valyuta daxil omur və bu istiqamətdə valyuta tələbatı daha yüksək olur. Belə olan halda hökumət fiks rejimini saxlaya bilmir və idarə etmək üçün başqa bir səviyyəyə qaldırır. Ölkəmizdə 7 ildir devalivasiya yoxdur, amma bu müddət ərzində infiliyasiya olub. Devalivasiya olarsa, infiliyasiya daha da sürətlənəcək. Bu birmənalıdır”.

Ekspert qeyd edib ki, devalivasiyanın olması infiliyasiyanı daha da artırır:

“Devalivasiyaya o zaman ehtiyac yaranacaq ki, tədiyə balansında girən dollar çıxan dollardan az olacaq. Devalivasiya infiliyasiyaya gətirib çıxara bilər, amma bu o demək deyil ki, devalivasiya baş verməsə infiliyasiya olmayacaq. Biz götürüb manatı rubla, avroya da yapışdıra bilərik. Belə olan halda qeyd edilən valyutaların bahalaşması və ucuzlaşması zamanı manat da eyni dərəcədə dəyişəcək. Devalivasiya insanları ona görə narahat edir ki, bu infiliyasını artırır. İnsanlar məhz bu infiliyasiyadan narahatdır. Çünki əllərindəki pulun alıcılıq qabiliyyəti aşağı düşəcək”.



Xəbərin oxunma sayı : 1327




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap