Xalq artistindən cazibədar paylaşım - FOTO Röya imicini dəyişdi - FOTO Damla yeni rəngarəng obrazlarıyla heyran etdi - VİDEO Natavan Həbibi çəhrayıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 05 Dekabr 2022

    Xalq artistindən cazibədar paylaşım - FOTO

  • / Maqazin / — 28 Noyabr 2022

    Röya imicini dəyişdi - FOTO

  • / Maqazin / — 25 Noyabr 2022

    Damla yeni rəngarəng obrazlarıyla heyran etdi - VİDEO

  • / Maqazin / — 14 Noyabr 2022

    Natavan Həbibi çəhrayıya büründü - Fotolar

  • / Maqazin / — 04 Noyabr 2022

    Aygün Kazımova qırmızıya büründü - FOTO

  • / Maqazin / — 01 Noyabr 2022

    Tünzalə Ağayeva geyimi ilə yenə diqqət mərkəzində - FOTO

Dostu Rasim Məmmədovu ifşa edən faktları açıqladı - İş adamı isə milyonları hara göndərdiyini dedi

Tarix 04.10.22, 15:47

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə “Baku Steel Company” MMC-nin (Poladəritmə zavodu) sənədlər üzrə Müşahidə Şurasının sədri olmuş Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Məhkəmə prosesində “Baku Steel Company” MMC - poladəritmə zavodunun iki ilə yaxındır həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədovla şirkətdə onun birinci müavini olmuş Çingiz Həsənov bir-birini ittiham edir.

Onlar orta məktəbdə birlikdə təhsil alıblar, dost olublar, 2009-cu ildən də “Baku Steel Company”də birlikdə işləyiblər. Həsənov öncə şirkətdə maliyyə direktoru, sonradan birinci müavin olub.

"AzPolitika.info" "Azadlıq" radiosunun məhkəmədən hazırladığı reportaja istinadən xəbər verir ki, yeyinti nəticəsində “Baku Steel Company”ə 185 milyon manat ziyan vurmaqda ittiham olunanan Məmmədovdan sonra Həsənovu da həbs ediblər. O 8 ay Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlansa da, sonradan azadlığa buraxılıb. Amma barəsində cinayət təqibi davam edir.

Həsənovun istintaqa ifadəsində “Baku Steel Company”də armatur satışı, metal alışı zamanı qiymətlərin şişirdilməsi, qeyri-rəsmi xərcləmələr haqda fikirlər yer alıb. O bildirib ki, bütün bunlar Məmmədovun rəhbərliyi və göstərişiylə həyata keçirilirdi. Ondan icazəsiz heç bir əməliyyat aparılmırdı.

Həsənov məhkəmədə də “Baku Steel Company”də 13 milyon manatlıq kəsirə görə Məmmədovu ittiham edib:“Sənə 50 dəfə demişdim ki, bu kəsir məsələsini həll elə, başımız ağrıyacaq... Sən dost olsaydın, qoymazdın ki, nə dostların düşsün həbsxanaya, nə də özün...”

Həsənov iddia edib ki, şirkətdən Məmmədova qeyri-rəsmi şəkildə verilən milyonlarla vəsait onun zavodlar, evlər almasına və başqa xərclərinə yönəlib.

Keçmiş dostu və birinci müavininin danışıq tərzi Məmmədovu narazı salıb. O bildirib ki, onun adına yazılan milyonların əslində hara, kimlərə getdiyi məlumdur. Sadəcə, o adamın adını çəkmirlər:“Mən elə bilirdim ki, biz dost olmuşuq, sən demə, dost olmamışıq. Düzdür, o vəsaitlər mənim adıma yazılıb, amma mən götürməmişəm. Biz indi o adamların adlarını çəkmirik. O pullar göndərilib. Şirkətdə aşağıda polislər vardı, pulu aparıb təhvil verirdi. Zəng gəlirdi ki, “aldım”, ondan sonra öz dəftərçəmdə qeyd eləmişəm. Yəni o pullar hara lazımdırsa, gedib çatıb...”


Bu cavabdan sonra Həsənov ona təklif edib ki, pulları verdiyi şəxs hər kimdirsə, ona xəbər göndərsin, gətirib qaytarsın. Bu təklifə Məmmədovun cavabı belə olub:“O adam elə səviyyədədir ki, ona bu sözü demək olmur da...”

Məmmədov vurğulayıb ki, başqasına göndərilən vəsaitləri onun ayağına mənimsəmə kimi yazıblar. Onun sözlərinə görə, özünə aidiyyəti olmayan mənimsəməyə görə istintaq dövründə bir sıra əmlakları satılıb, 22 milyon ödənilib.

Şahid Həsənovun sözlərinə görə, Məmmədov “Baku Steel Company”nin rəhbəri ola-ola onun üç şirkəti vardı. “Baku Steel Company”nin istehsal etdiyi armaturlar bu şirkətlərə endirimli qiymətlə verilir, həmin şirkətlər də onu bazar qiymətinə satıb. O, əlavə edib ki, xarici ölkələrə satış üçün Məmmədovun ofşor şirkətləri vardı, onların vasitəsilə əməliyyatlar həyata keçirilirdi.

Məhkəmədə o da məlum olub ki, keçmiş zavod rəhbərinin Azərbaycandakı daşınmaz əmlaklarıyla yanaşı, Türkiyədə də evləri var. Bu iş üzrə ilk məhkəmə iclasında təqsirləndirilən Məmmədov bildirmişdi ki, 2011-ci ildə “Baku Steel Company” ilə bağlı Prezident Administrasiyasının o zamankı rəhbəri Ramiz Mehdiyev və daha bir nəfərlə aralarında razılaşma olub. O, razılaşmanın detallarını açıqlamamışdı.

O, zavoddan maaş alıb-almaması haqda sualı cavablandırarkən isə bildirmişdi ki, onun konkret maaşı olmayıb. Gəlirlər üç nəfər arasında bölünüb, o da öz payını götürüb.cı il təvəllüdlü Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur.

Açıklama yok.

Qeyd edək ki, R. Məmmədov ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, sabiq deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb.Onlar ərizələrində bildiriblər ki, Rasim Məmmədov birinin 4 milyon, digərinin isə 3,5 milyon dollar vəsaitini mənimsəyib.Cinayət işindəisə söhbət 185 milyon manatlıq mənimsəmə və israfetmədən gedir

Xatırladaq ki, Rasim Məmmədov və Mehdiyevlər ailəsi biznes ortağı, əsasən “Baku Steel Company”də birgə pay sahibi olublar. R.Məmmədov daha çox Ramiz Mehdiyevin yaxın adamı kimi tanınıb.

Vaxtilə Ramiz Mehdiyevi himaayəsində fəaliyyət göstərən Rasim Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələrilə ittiham verilib. Bu maddələr üzrə cinayət qanunvericiliyində 14 ilə qədər həbs cəzası nəzərdə tutulub. O, özünü təqsirli bilmir.



Xəbərin oxunma sayı : 616

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap