“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ermənilər başına 1 milyon qoydu, oğlunun ad günündə şəhid oldu - VİDEO

Tarix 12.06.24, 21:42

Font ölçüsü : - / +
bitmap-img6


Baku TV Vətən müharibəsi şəhidi polkovnik-leytenant Xeyrulla İbrahimov haqqında reportaj hazırlayıb.

Xeyrulla İbrahimov Birinci Qarabağ müharibəsi zamanı Laçının, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib.

1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə yaralanıb, ancaq bu barədə ailəsinə xəbər verməyib.

O, Vətən müharibəsi zamanı isə Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ermənistan Ordusunun rəhbərliyi tərəfindən döyüş meydanında "Kobra” ləqəbi ilə tanınan Xeyrulla İbrahimovun öldürülməsi üçün pul mükafatı belə təyin edilmişdi.

Şəhidin anası Xalidə Zeynalova oğlu haqqında danışarkən onunla söhbətlərini xatırlayıb: "Həmişə deyirdi ki, ana, mən artilleriyaçıyam, düşməndən 30 kilometr uzaqda oluram. Məni vura bilməzlər. O qədər arxayın idim ki, elə bilirdim, oğlumu heç kim vura bilməz”.

X.İbrahimov oğlunun doğum günündə – 2020-ci ilin oktyabrın 26-da şəhid olub.

"Günorta saat 12 idi. Öz-özümə deyirdim ki, Xeyrulla heç oğlunu zəng vurub, təbrik etmir. Axşam saat 9 olanda başa düşdüm ki, o yoxdur. Qızıma dedim ki, Xeyrulla çox diqqətcil idi. Anara zəng etmədisə, deməli, şəhid olub”, – deyə şəhidin anası söyləyib.




Xəbərin oxunma sayı : 982




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap