Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Ermənistanın bu təbliğatı sülhə xidmət etmir, təhlükəlidir - XİN

Tarix 15.01.25, 23:10

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın hazırkı Xarici İşlər Nazirliyi öz sələflərinin təcrübəsini davam etdirərək, uydurma açıqlamaların verilməsi ilə məşğuldur.

AzFakt.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in bəyanatı ilə bağlı şərhində deyilir.

"Ermənistan Xarici İşlər Nazirliyinin guya 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız bəyanatı bu ölkənin Azərbaycana qarşı sistematik etnik nifrət və dözümsüzlük siyasətinin hələ də davam etdirildiyini göstərir.

Ermənistan XİN-ə xatırladırıq ki, etnik təmizləmə və kütləvi qırğın siyasəti məhz Ermənistana və ermənilərə xas xüsusiyyətdir.

20-ci əsrin əvvəllərindən 1920-ci illərin əvvəllərinə qədər azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğınlardan və sürgünlərdən əlavə, 1948-1953-cü illərdə və 1987-ci ildən başlayaraq Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından ümumilikdə 450 min nəfərdən çox azərbaycanlının kütləvi surətdə qəddarcasına deportasiya edilməsi faktları Ermənistan tərəfinə yaxşı məlumdur.

Ermənistan XİN-i bu kimi uydurma təbliğat xarakterli məlumatlar yaymaqla tarixən Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini, 30 ilə yaxın müddət ərzində bir milyondan çox Azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını gizlətmək məqsədini güdür.

Ermənilərin saxta propaqandasının tərkib hissəsi olan uydurma "Sumqayıt qırğınları"nın Azərbaycanlıların deportasiyası və kütləvi şəkildə qətlə yetirilməsinə haqq qazandırmaq üçün ermənilərin düşünüb hazırladığı və Eduard Qriqoryan vasitəsilə icra olunan bir plan olduğunu bütün dünya bilir.

Bakı nefti və Azərbaycanın zənginliklərinin hesabına varlanan və qazandıqları vəsaitləri azərbaycanlıların qırğınına və tarixi abidələrinin məhvinə xərcləyən ermənilərin kompensasiya almaq hüququnun olduğunun iddia olunması isə absurd təfəkkürdən xəbər verir.

Ermənistan tərəfindən tarixi kütləvi şəkildə saxtalaşdıran təbliğat sülhə xidmət etmir və təhlükəlidir", - A.Hacızadə qeyd edib



Xəbərin oxunma sayı : 1696




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap