“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək

Tarix 04.12.24, 11:43

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda fərdi yaşayış evlərinin çıxarışının olmaması bir çox sakinləri narahat edir. Bu məsələdə əsas problem torpağın təyinatından düzgün istifadə olunmamasıdır.

BAKU.WS-in məlumatına görə, qanunvericiliyə görə Azərbaycan Respublikasının torpaq fondu yeddi kateqoriyaya bölünür. Bunlardan yalnız birindi - yaşayış məntəqələri torpaqlarında fərdi evlərin tikilməsinə icazə var.

Lakin müxtəlif səbəblərdən vətəndaşlar digər təyinatlı torpaqlarda - kənd təsərrüfatı, meşə, sənayə və digər təyinatlı torpaqlarda evlər tikiblər. Həmin ərazilərdə inşa olunan fərdi yaşayış evləri məhz bu səbəbdən sənədləşdirilə bilmir. Eyi zamanda Xəzər dənizinin mühafiə zolağı, yüksək təzyiqli qaz xətləri və dəmir yollarının ərazilərində də həyət evlərinin tikilməsi halları baş verib. Bu evlərin də sənədləşdirilməsi vətəndaşlar üçün problemə çevrilib.

Digər tərəfdən qanunsuz əldə olunan torpaqlarda inşa edilən evləri də göstərmək olar. Heç bir hüquqi sənədi olmadan şifahi razılaşma ilə əldə olunan torpaqlarda inşa edilmiş bu evlərin də sənədləşdirilməsi açıq problem olaraq qalır.

"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov mövzu ilə bağlı bildirib ki, hazırda sənədsiz evlərlə bağlı dövlət xidmətində müəyyən işlər gedir və normativ tənzimləmə işləri görülür: "Həyat və sağlamlıq üçün təhlükəli olmayan, vətəndaşların müvafiq icazələr almaqdan yayınaraq əksər inşa etdikləri evlərin müəyyən prosedurlardan keçərək sənədləşdirilməsi istiqamətində iş aparılır və bununla bağlı normativ sənəd hazırlanır. Ədliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər qurumlarla birgə işçi qrup yaradılıb. İşlər artıq tamamlanmaq üzrədir və qarşıdakı il vətəndaşlar daha dəqiq məlumatlar alacaqlar".



Xəbərin oxunma sayı : 787




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap