“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

FHN-nin istefaya çıxan polkovnik-leytenantı deputatlığa namizəd oldu - FOTO + DOSYE

Tarix 01.08.24, 13:51

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabr ayında keçiriləcək növbədənkənar parlament seçkilərinə daha bir maraqlı sima qatılıb.

Qaynarinfo xəbər verir ki, həmin şəxs 88 saylı Şamaxı seçki dairəsindən namizədliyini irəli sürən Qurbanov Rauf Əfqan oğludur.

Əldə etdiyimiz məlumata görə, onun namizədliyi artıq qeydə alınıb.

Rauf Qurbanov əslən Şamaxı rayonundandır. O, ilk dəfədir ki, parlament seçkilərinə qatılır.

1984-cü ildə Şamaxı şəhərində doğulan Rauf Qurbanov 2001-ci ildə Bakı şəhərində Elşad Həmidov adına 267 saylı fizika-riyaziyyat təmayüllü lisey-məktəbi bitirib. Elə həmin ildə Azərbaycan İnşaat və Memarlıq Universiteti, "Mühəndis İqtisadiyyatı və İdarəetmə" fakültəsini fərqlənmə diplomu ilə başa vurub.2005-ci ildə Fövqəladə Hallar Naziriliyinin (FHN) "N" saylı hərbi hissəsində hərbi xidmət keçən Rauf Qurbanov 2006-2009-cu illərdə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində sub-bakalavriat təhsili alıb.2014-cü ildə Naxçıvan Dövlət Universitetinin "Hüquqşünaslıq" fakültəsinə daxil olub, 2020-ci ildə həmin universiteti bitirib.
2007-2011-ci illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Birinci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində "İnspektor" vəzifəsində işləyib. Rütbəsi daxili xidmət leytenantı olub.

2011-2018-ci illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Birinci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində "Baş İnspektor" vəzifəsində işləyib. Rütbəsi daxili xidmət mayoru olub.

2018-2020-ci illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Dördüncü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində "Şöbə rəisi" vəzifəsinə qədər yüksəlib. Rütbəsi polkovnik-leytenant olub.

2020-2021-ci illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Aran Regional (Kürdəmir, Ucar, Zərdab, Yevlax, Naftalan, Tərtər, Goranboy, Mingəçevir, Göyçay, Kəlbəcər) Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini icra edib. Rütbəsi polkovnik-leytenant olub.

2021-2023-cü illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Birinci Ərazi Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində işləyib. Rütbəsi polkovnik-leytenant olub.

2023-cü ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Ailəlidir, iki övladı var.



Xəbərin oxunma sayı : 709




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap