![]() |
|














Fransızların həyasızlığı, rusların biganəliyi... - Əcnəbi hüquq müdafiəçilərinin Xankəndidə nə işi var?
Tarix 26.09.21, 0:12 |
|

Ötən 30 ilə yaxın müddətdə Azərbaycan ərazisinin 20 faizini Ermənistan işğal altında saxlayıb. Bu zaman kəsiyində ermənilər azərbaycanlılara məxsus mülkləri talayıb, maddi-mədəniyyət abidələrimizi məhv edib, sərvətlərimizi talayıblar. Rəsmi Bakı bu barədə beynəlxalq təşkilatlar, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri qarşısında dəfələrlə məsələ qaldırsa da, səsimizə səs verən tapılmayıb.
“Kaspi” qəzetində Ermənistanın işğalçı siyasətinə, BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrinə göz yuman beynəlxalq ictimaiyyətin bu kimi məsələlərdə də seyrçi mövqe sərgiləməsi ilə bağlı geniş yazı çap olunub. Həmin yazını çap edirik:
Nəticədə, Azərbaycan öz ordusunun gücünə arxalanaraq ərazi bütövlüyünü bərpa edib, BMT qətnamələrini təkbaşına yerinə yetirib. Bununla da 30 illik işğala son qoyulub, Dağlıq Qarabağ münaqişəsi birdəfəlik həllini tapıb. İşğaldan azad olunan ərazilərdə hazırda genişmiqyaslı quruculuq, abadlıq, bərpa işləri həyata keçirilir.
44 günlük Vətən Müharibəsində məğlub olan Ermənistan mövcud reallıqla barışmaq, qonşularının ərazi bütövlüyünə hörmətlə yanaşmaq əvəzinə, yenidən müxtəlif təxribatlara əl atmaqdadır. Hər belə cəhddə burnu ovulan, yerinə oturdulan ermənilər, indi də xarici ölkə vətəndaşlarından təxribatçı məqsədlər naminə yararlanmağa, onlar üzərindən beynəlxalq aləmdə yanlış ictimai rəy formalaşdırmağa çalışırlar. Bir neçə gün bundan öncə Fransanın "L`Œuvre d`Orient” təşkilatının nümayəndələrinin Qarabağa qanunsuz səfəri bu qəbildəndir. Fransalı hüquq müdafiəçiləri Azərbaycan hökumətini səfər barədə məlumatlandırmadan Xankəndinə yollanıblar. Burada onlara azərbaycanlıların guya ermənilərə məxsus maddi-mənəvi irsə ziyan vurması barədə "faktlar” təqdim olunub. Xankəndindəki ermənilərin üzləşdiyi çətinliklər, humanitar problemlər də fransalı hüquq müdafiəçilərinin diqqətinə çatdırılıb.
Eşitdiklərindən xeyli pərişan olan fransızların, nədənsə 30 illik Ermənistan işğalı zamanı 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, mülkiyyət və yaşamaq hüquqlarından məhrum edilməsi, zəbt edilən ərazilərdə törədilən vandalizm aktları yadlarına düşməyib.
Fransalı hüquq müdafiəçilərinin Qarabağa qanunsuz səfərində diqqət çəkən başqa bir məqam onların məhz Laçın dəhlizindən keçməklə rusiyalı sülhməramlıların məsuliyyətində olan zonaya – Xankəndinə yollanmasıdır. Sülhməramlıların bu qanunsuz səfərə göz yumması 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan, Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin birgə imzaladığı Üçtərəfli Bəyanatın tələblərinə ziddir. Rusiyalı sülhməramlıların missiyası Xankəndində yaşayan az sayda erməninin təhlükəsiz şəkildə Ermənistana və ya əksinə gediş-gəlişinə nəzarət etməkdir.
Nəinki Ermənistanın rəsmi şəxsləri, eləcə də digər xarici ölkə nümayəndələri Qarabağa səfər etmək üçün əvvəlcə Azərbaycan hökumətindən icazə almalıdırlar. Fransalı hüquq müdafiəçiləri də yalnız rəsmi Bakının icazəsindən sonra Laçın dəhlizi vasitəsilə yox, Bakıdan Qarabağa yollanmalı idilər. Belə olmadığı halda, sülhməramlılar fransızların Qarabağa girişinə göz yummalı deyildilər.
Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, millət vəkili Elman Məmmədov mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında deyib ki, indiyə qədər yalnız fransızlar deyil, bir neçə ölkə nümayəndələrinin Qarabağa qanunsuz səfərləri olub.
Deputatın sözlərinə görə, rəsmi Bakının icazəsi olmadan hər hansı əcnəbinin Azərbaycan sərhədini keçməsi qanunsuzdur və buna görə hüquqi məsuliyyət var: "30 ilə yaxın davam edən işğal nəticəsində ABŞ, Fransa, Rusiya, Ermənistan vətəndaşlarının dəfələrlə Qarabağa qanunsuz səfərləri olub. Təəssüf ki, indi də Ermənistan və Fransa vətəndaşlarının Laçın dəhlizindən keçməklə rusiyalı sülhməramlıların nəzarətində olan, hüquqi baxımdan Azərbaycan ərazisi sayılan Xankəndiyə səfəri reallaşıb. İlk növbədə onu qeyd etmək yerinə düşər ki, sülhməramlılıq missiyasına sərhədçilik xidməti aid deyil. Sülhməramlının missiyası Laçın dəhlizində gediş-gəlişin təhlükəsizliyini təmin etməkdir”.
Deputat qeyd edib ki, sərhədlərimizdə Azərbaycan sərhədçisi dayanmalıdır: "Necə ki, qonşu ölkələrlə sərhəddə Dövlət Sərhəd Xidmətinin əməkdaşları dayanır, xidmət edirlər, eləcə də, Laçın dəhlizinin Azərbaycan-Ermənistan dövlət sərhədində əsgərlərimiz dayanmalı və keşik çəkməlidirlər. Orada sərhəd buraxılış məntəqəmiz, həmçinin digər strukturlarımız olmalıdır. Elə etməliyik ki, bizim icazəmiz olmadan Azərbaycan ərazisinə kimsə daxil ola və çıxa bilməsin. Bu təmin edilməyənə qədər arzuolunmaz proseslər davam edəcək. Azərbaycan ərazisinə qanunsuz daxil olan, rəsmi Bakının icazəsi olmadan Qarabağa səfər edən xarici ölkə nümayəndələrini Xarici İşlər Nazirliyi "qara siyahı”ya salır. Beləliklə, onların Azərbaycana girişinə qadağa qoyulur. Ermənistanla, Qarabağdakı separatçılarla əməkdaşlıq edən əcnəbilər, cinayətkarlar da bəyan edirlər ki, bizim Azərbaycana gəlmək niyyətimiz yoxdur. Bu kimi hallar yaşanmasın deyə Ermənistanla sərhədimizdə öz sərhədçilərimiz dayanmalıdır. Arzuolunmaz proseslərin qarşısını almağın yeganə yolu budur”.
Xəbərin oxunma sayı : 925
Siyasət
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV