“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Fransa ordusunu Çaddan geri çəkməyə başlayıb - AFP

Tarix 10.12.24, 20:09

Font ölçüsü : - / +
bitmap-img6


Fransız döyüşçüləri Çad Respublikasını tərk etməyə başlayıblar.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Ajans Frans Press” agentliyi mənbəyə istinadla məlumat yayıb.
Agentlik bildirib ki, onilliklər ərzində Çadda yerləşən təyyarələr çərşənbə axşamı Ndjamenadan havaya qalxıb.
Mənbələrdən biri qeyd edib ki, iki “Mirage 2000D” qırıcısı bir tanker təyyarəsinin müşayiəti ilə yerli vaxtla 13:30 (Bakı vaxtı ilə saat 16:30) radələrində havaya qalxıb.
“Müdafiə müqaviləsi pozulduqdan sonra bu dəstənin orada olması üçün heç bir səbəb yoxdur”, - agentlik başqa bir mənbəyə istinadla bildirib.
Qeyd edək ki, noyabrın 29-da Çad Xarici İşlər Nazirliyi Fransa ilə müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv etmək qərarını açıqlayıb. Dekabrın 5-də Çadın baş naziri Allamay Halina Fransa ilə hərbi əməkdaşlıqdan imtina barədə qərarın icrası üçün komissiyanın üzvlərini rəsmən təyin edib. Komissiyaya 21 nəfər daxil olub. Onlar hərbi əlaqələrin kəsilməsinin bütün hüquqi, maddi-texniki və digər aspektlərini işləyib hazırlamalı olacaqlar.



Xəbərin oxunma sayı : 916




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap