“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Fuad Xəlilova vəzifə verildi - Aparat rəhbəri təyin olunub + DOSYE

Tarix 20.05.25, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edilib.

Belə ki, qurumun İdarə Heyətinin sədri Rüfət Mahmudovun müvafiq əmri ilə sözügedən vəzifəyə Fuad Xəlilov gətirilib.

Qeyd edək ki, bundan əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin  İntiqam Babayev vəzifəsindən azad olunaraq, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsin müdiri təyin edilib.

"Bakupost.az"-ın məlumatına görə,Fuad Xəlilo  peşəkar karyerasına 2000-ci ildə NIKOIL Bank-da girov bölməsi üzrə mütəxəssis kimi başlayıb, sonrakı illərdə Bank Standard Azerbaijan-da müxtəlif vəzifələrdə fəaliyyət göstərib. O, burada 11 ildən artıq müddətdə filial direktoru, pərakəndə kreditlər şöbəsinin müdiri və kreditlər şöbəsinin baş mütəxəssis kimi çalışıb.

2016-cı ildə sığorta sektoruna keçid edən Xəlilov "Standard Sığorta" ASC-də İdarə Heyətinin sədri vəzifəsini icra edib. 2020-ci ildə qısa müddət Dövlət Məşğulluq Agentliyində sədrin müşaviri kimi də fəaliyyət göstərib.

Mobil rabitə və texnologiya sektorunda da təcrübə qazanan Fuad Xəlilov 2017–2021-ci illərdə “Bakcell”də B2B satış və Məhsul Marketinq Departamentinin rəhbəri olub.

Daha sonra “Azerconnect” Qrupunda 4 ildən artıq müddətdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, həm B2B şöbəsinin müdiri, həm də B2B və FIXED məhsulların satışı şöbəsinin rəhbəri olub.

2023-cü ilin avqust ayından etibarən isə “EasyCep Azərbaycan” şirkətində İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.






Xəbərin oxunma sayı : 745




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap