“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Futbol millimiz Minskdə əzmkar qələbə qazandı - VİDEO

Tarix 02.06.21, 22:12

Font ölçüsü : - / +
bitmap-img6


Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib. Canni De Byazinin baş məşqçi olduğu kollektiv Minskdə Belarus yığması ilə üz-üzə gəlib.

"Dimamo" Milli Olimpiya Stadionundakı qarşılaşma Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb. Meydan sahiblərinin heyətində Maksim Skaviş 56-cı dəqiqədə hesabı açıb. Qoldan sonra oyuna Azərbaycan millisi nəzarət etməyə başlayıb. 73-cü dəqiqədə Bədavi Hüseynov tarazlığı bərpa edib. 90+1-ci dəqiqədə isə Ramil Şeydayev qələbə qolunu vurub.

Qarşılaşma yığmanın bir neçə futbolçusu üçün əlamətdar olub. Start heyətdə meydana çıxan "Sumqayıt"ın müdafiəçisi Höccət Haqverdi və ikinci hissədə oyuna daxil olan Ukrayna "Minay"ından Rüstəm Əhmədzadə millidə debüt edib.

Kapitan Maksim Medvedev isə 69-cu dəfə yığmanın formasını geyinib. 32 yaşlı müdafiəçi hazırda "Qarabağ"ın baş məşqçisi olan yığmanın sabiq hücumçusu Qurban Qurbanovu geridə qoyaraq ən çox oyun keçirən futbolçuların siyahısında 7-ci yeri ələ keçirib. 65-ci dəfə meydana çıxan yarımmüdafiəçi Qara Qarayev isə Emin Ağayevə çataraq, ən çox oyun keçirən futbolçuların sıralamasında 9-cu pilləyə şərik çıxıb.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl yoldaşlıq matçında Türkiyəyə 1:2 hesabı ilə uduzub. Komanda iyunun 6-da Kişineuda Moldova ilə üz-üzə gələcək.








Xəbərin oxunma sayı : 1069




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap