Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Futbolçumuzun Türkiyə klubuna keçidində menecer oyunu - 100 min avroluq qalmaqal

Tarix 02.08.21, 23:42

Font ölçüsü : - / +
bitmap-img6


"Neftçi"nin və millimizin futbolçusu Namik Ələsgərovun Türkiyənin "Bursaspor" klubuna keçidinin baş tutmamasının səbəbi açıqlanıb.

Fanat.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Bursa təmsilçisi futbolçumuzla ilkin razılıq əldə edib. Lakin sonradan danışıqlarda yer almayan iki menecer ortaya çıxıb. Onlar "Bursaspor" klubundan 100 min avro pul tələb edib. Bu səbəbdən də transfer baş tutmayıb.

Xəbəri "Bursaspor”un İdarə Həyətinin sədri Emin Adanur təsdiq edib: "Namikin transferində bu pisliyi skaut heyətimizdən Gökhan bəy üzə çıxardı. O, mənə yaxınlaşaraq "Bu futbolçunu biz tapdıq, araya menecerlər girdi" dedi. Bu səbəbdən transfer ləğv edildi". 

Qeyd edək ki, 2017-ci ildən "Neftçi"də çıxış edən Ələsgərov ötən mövsüm Premyer Liqanın bombardiri olub (19 qol). Əvvəllər "Bakı", "Qarabağ" və "Kəpəz"də top qovan 26 yaşlı yarımmüdafiəçi Azərbaycan millisində 24 oyun keçirib. Namik iki dəfə Azərbaycan çempionu və iki dəfə ölkə kubokunun qalibi olub.



Xəbərin oxunma sayı : 961




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap