Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Günün transfer xəbərləri: “Benfika“nın yeni baş məşqçisi bəllidir

Tarix 28.04.22, 21:08

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"SVPressa" saytı: “Rostov”un müdafiəçisi Bartolomeu Bastosun agenti Federiko Pastorello bildirib ki, anqolalı futbolçu karyerasını BƏƏ-nin “Əl-Əyn” klubunda davam etdirəcək".

"AS" nəşri: "Barselona" bu yay Alessio Romanyolini transfer edə bilər. Kataloniya klubu uzun müddətdir ki, "Milan"ın müdafiəçisini izləyir və nəhayət onun transferi üçün danışıqlara başlayıb. "Barselona" rəhbərliyi 27 yaşlı futbolçunu Ronald Arauxo üçün ideal tərəfdaş kimi görür".

Maqomed Adiyev "Vseprosport"a: “Bəli, yaza bilərsiniz ki, mən Qazaxıstan yığmasına rəhbərlik edirəm. Müqavilə imzalanıb? Hələ yox. Amma elə bir razılaşma var ki, sabah federasiya nümayəndələri ilə görüşdə imzalayacağam. Karaqanda "Şaxtyor"unda qalacağam? Müqavilə imzalanandan sonra bu barədə daha ətraflı danışacağıq. Bunu “Şaxtyor”un rəhbərliyi və Qazaxıstan Futbol Federasiyası ilə müzakirə edəcəyik”.

"A Bola" saytı: "Benfika" gələn mövsümdən klubun baş məşqçisi postuna Rocer Şmidtin təyin olunması ilə bağlı onunla prinsipial razılığa gəlib. Hazırda Şmidt PSV klubunu çalışdırır".

"Mundo Deportivo" "İnter" Miralem Pyaniçi Arturo Vidalın əvəzləyicisi kimi nəzərdən keçirir. Hazırda "Barselona"nın futbolçusu icarə əsasında Türkiyənin "Beşiktaş" klubunda çıxış edir.

"L`Equipe" nəşri: "PSJ Tilo Kerer, Yulian Draksler, Paredes və Kurzavadan qurtulmaq istəyir. Komandanı növbəti mövsüm üçün yeniləmək məqsədi ilə heyətin boşaldılması yay transfer pəncərəsində baş verə bilər".



Xəbərin oxunma sayı : 385




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap