“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Günün transfer xəbərləri: Messiyə görə danışıqlar başladı

Tarix 08.08.22, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Xavi Kampos, insayder: "Barselona"nın prezidenti Joan Laporta 35 yaşlı Lionel Messini Kataloniya təmsilçisinə qaytarmaq üçün bütün gücünü səfərbər edib. Laporta  argentinalı ulduzun 2023-cü ilin yayında yenidən "Barsa"ya dönəcəyinə əmindir". 

Fabritsio Romano, insayder: "İnter"in hücumçusu Aleksis Sançes "Olimpik Marsel"lə razılığa gəlib. Onun keçidi yaxın günlərdə elan olunacaq".

Canluka Di Martsio, insayder: "Laypstsiq"in futbolçusu Anxelinyo "Hoffenhaym"a  icarəyə veriləcək. Futbolçu sabah tibbi müayinədən keçəcək".

Nikolo Skira, insayder: "Vest Hem"in yarımmüdafiəçisi Nikola Vlaşiç icarə əsasında "Torino"ya keçməyə yaxındır. Bu gün Turin təmsilçisinin nümayəndələri 24 yaşlı xorvatın agenti ilə görüşəcəklər".

"Matç TV": "Sebiyanın "Voyvodina" klubu yarımmüdafiəçisi Velko Şimiçi Rusiya Premyer Liqasında mübarizə aparan klublara satmaqdan imtina edib".

"The Guardian": "Çelsi"nin vingeri Kallum Hadson-Odoini iki İPL təmsilçisi istəyir. Bunlar "Lester Siti" və "Sauthempton"dur. Futbolçu özü "Çelsi"dən ayrılmaq, daha çox forma şansı qazanacağı klubda oynamaq istəyir".

Baş tutmuş transfer: 

Anqola millisinin və "Vulverhempton"un 28 yaşlı futbolçusu Elder Kosta "Əl İttihad"a keçib. O, mövsümün sonuna qədər icarə əsasında Səudiyyə Ərəbistanı təmsilçisinin formasını geyinəcək.



Xəbərin oxunma sayı : 619




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap