“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Güney Azərbaycanda yeni həbslər: İran rejiminin məqsədi nədir? - VİDEO

Tarix 10.02.24, 21:35

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər İran təhlükəsizlik orqanları tərəfindən Güney Azərbaycan milli fəallarının həbs edilməsi ilə bağlı xəbərlər yayılmaqdadır.

“Azad İran” “YouTube” kanalında yayımlanan süjetdə qeyd olunur ki, müşahidəçilər bu prosesi Güney Azərbaycanda milli fəalların kütləvi həbsinin ikinci dalğası adlandırırlar. 

Həbslərin birinci dalğası ötən ilin payız aylarında baş verib. Əsasən İran Kəşfiyyat Nazirliyi, yəni “Ettelaat” tərəfindən həyata keçirilən bu repressiyada milli fəallardan Armita Pavir, Röya Zakiri, Mürtəza Nurməhəmmədi, Davud Şiri, Əli Babayi, Əmirhüseyn Ağayi, Məhəmmədrza Müvəhhid, Hüseyn Azadi, Nasir Rəzmcu, Yürüş Mehrəlibəyli, İbrahim Rəşidi və bir çox digərləri  Tehran, Təbriz, Ərdəbil, Meşkinşəhr, Sufiyan, Gərgər şəhərlərində saxlanıblar.
Birinci dalğada tutulanların bəziləri sonradan azadlığa buraxılsa da, Güney Azərbaycan milli hərəkatının Yürüş Mehrəlibəyli  və İbrahim Rəşidi Savalan  kimi önəmli simaları hələ də həbsdə saxlanmaqdadır. 

Qeyd edək ki, İran rejiminin ölkədə yaşayan xalqların milli-mədəni haqlarını tələb edən fəallara qarşı amansız davranışı yeni məsələ deyildir. İran İnsan Haqları Fəalları Təşkilatının hesabatına  görə, təkcə 2023-cü ildə etnik hüquqları müdafiə edən 324 nəfər İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. Lakin son vaxtlar rejimin daha çox Güney Azərbaycan milli fəallarına fokuslanması diqqəti çəkir ki, bu da, əlbəttə, səbəbsiz deyildir. Yayılan hesabatlara görə, fevralın 5-dən başlayaraq üç gün ərzində azı 11 azərbaycanlı fəal müxtəlif şəhərlərdə heç bir izahat verilmədən rejim təmsilçiləri tərəfindən saxlanılıb.





Xəbərin oxunma sayı : 646




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap