“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb

Tarix 26.07.21, 18:46

Font ölçüsü : - / +
bitmap-img6


Cənab Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərləri Dövlət Proqramlarının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin
həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan verir.

Prezident İlham Əliyevin Daşkəsənə, Naftalana, Goranboya səfərlərinə bu kontekstdə yanaşmaq lazımdır. Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ölkəmizin regionlarının da davamlı inkişafında mühüm rola malikdir. Prezident İlham Əliyev bu səfərləri ilə həm verdiyi tapşırıqların
yerlərdə icrasının vəziyyəti ilə tanış olur, həm hər səfərində sahibkarlara, sərmayədarlara çağırışlar edir, rayonların inkişafının, insanların yaşayış şəraiti özü yoxlayır. Bu gün ölkədəki sabit ictimai-siyasi mühitdən, demokratik ab-havadan sui-istifadə edən bəzi özünə müxalifət deyənlər hərdən obyektiv müqayisələr aparsınlar. Özlərinin idarəçilik dönəmində nəinki yol, qaz xətti çəkilişi, ümumiyyətlə bir məktəb belə təmir etdirməyənlər, ölkənin xəzinəsini, qızıl fondunu amansızcasına tar-mar edənlər bu hansı haqla görülən işlərə qara yaxmağa cəhd edirlər?

Dünyada gedən prosesləri də, Azərbaycanda həyata keçirilən siyasətin praqmatikliyini də təhlil edib görə bilərlər ki, pandemiyanın mənfi təsirlərinə, müharibəyə, müharibədən sonrakı vəziyyətə
baxmayaraq, Azərbaycan iqtisadiyyatı tənəzzüldən xilas olub. Bu ilin 6 ayı ərzində iqtisadiyyatımızın 2 faiz artması, qeyri-neft sektorumuzun 5 faizlik, qeyri-neft sənayesinin 16,6 faizlik, kənd təsərrüfatının
5,6 faizlik, ixracın 15 faizlik, o cümlədən qeyri-neft ixracının 27 faizlik artımı iqtisadiyyatımızın inkişafının uğurlu perspektivlərindən xəbər verir. Bütün bunların da əsasında Azərbaycan Prezidentinin düzgün, çevik, qətiyyətli və milli mənafelərimizi prioritet kimi dəyərləndirən dövlət quruculuğu siyasəti və dərin düşünülmüş iqtisadi islahatların uğurla reallaşdırılması durur.

Zəfər Əlizadə



Xəbərin oxunma sayı : 361




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap