Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Gürcü jurnalist Sergey Lavrova rus dilində sual verməkdən imtina edib - VİDEO

Tarix 03.12.21, 14:33

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun keçirdiyi mətbuat konfransında nazirliyin sözçüsü Mariya Zaxarova ilə Gürcüstanın “Rustavi” telekanalının müxbiri Tamara Nutsubidze arasında söz çəkişməsi baş verib.

“Report”un xəbərinə görə, S.Lavrov ötən gün İsveçin paytaxtı Stokholmda ATƏT xarici işlər nazirlərinin iclasında iştirak edib, bir sıra görüşlər keçirib, danışıqlar aparıb, bir sözlə onun sıx qrafiki olub.

Rusiyanın xarici siyasət idarəsinin rəhbəri günün sonunda kameralar qarşısına çıxıb, jurnalistlərin suallarını cavablandırıb. Həmin media nümayəndələrindən bir də “Rustavi” telekanalının müxbiri Tamara Nutsubidze olub. O, S.Lavrova sualı ingiliscə verməyə başlayıb. Bu zaman M.Zaxarova gürcü jurnalistin sözünü kəsərək ona rus dilində danışa bildiyini xatırladıb: “Tamara, zəhmət olmasa, rusca danışaq. Mətbuat konfransında rusiyalı jurnalistlər də iştirak edir”.

Eyni zamanda S.Lavrov T.Nutsubidzedən rusca danışmağın onun üçün çətin olub-olmadığını soruşub. Gürcü jurnalistin cavabı mənfi olub. Bu zaman S.Lavrov deyib: “Mən tərcümə edərəm”.

Nəticədə gürcü jurnalist rus dilinə keçməkdən təkidlə imtina edib və ingilis dilində Rusiyanın Gürcüstanın NATO-ya üzv olmaq istəyinə münasibətini soruşub. S.Lavrov isə ona rusca cavab verib.







Xəbərin oxunma sayı : 931




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap