Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Gürcüstan müsəlmanlarına yeni şeyx seçildi: o kimdir? - DOSYE

Tarix 01.12.23, 18:20

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Gürcüstan Müsəlmanlar İdarəsinin Ali Şurası yeni şeyx seçib.

Ölkə.Az xəbər verir ki, namizədlər “Alul Beyt” təşkilatının rəhbəri Hacı Faiq Nəbiyev, Marneuli Qızılhacılı İmam Həsən məscidinin axundu Hacı Qurban Murquzov və Muslimmedia-nın rəhbəri Hacı Vidadi Qurbanov olub.

Üç namizədin iştirak etdiyi səsvermədə Hacı Faiq Nəbiyev şeyx seçilib.

Gürcüstanın yeni Şeyxi Hacı Faiq Nəbiyev kimdir?

Faiq Teymur oğlu Nəbiyev 11.04.1977-ci ildə Gürcüstanın Marneuli şəhərində anadan olub.

Təhsilini Marneulinin 4 saylı məktəbində rus dilində başlayıb, elə bu məktəbdən 1994-cü ildə məzun olub.

Azərbaycanın Gəncə şəhərində, “Gəncə Mədrəsəsi”ndə, həmçinin Beynəlxalq Əl-Mustafa Universitetində 5 il müddətində təhsil alıb.

2001-ci ildə “Alul Beyt” Dini Mədəni Maarif Mərkəzi təsis olunduqdan sonra bu günə kimi mərkəzdə müdir vəzifəsində çalışıb.

Bütöv Gürcüstan Müsəlmanları İdarəsinin Ali və Elmi Şurasının üzvüdür. 

Ərəb, fars, rus dillərini bilir. 

Evlidir, üç övladı var.

Qeyd edək ki, Faiq Nəbiyev Marneulinin Baş Axundu Hacı Əziz Nəbiyevin qardaşıdır.



Xəbərin oxunma sayı : 940




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap