“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Göygölün həkimsiz, dərmansız, təmirsiz qalan tibb məntəqəsi - VİDEO

Tarix 24.05.22, 12:45

Font ölçüsü : - / +
bitmap-img6


Göygölün Hacıməlik qəsəbəsindəki tibb məntəqəsi uzun illərdir baxımsız haldadır. Burada hər-hansı tibbi yardımdan söhbət gedə bilməz. Məntəqə odun parçaları ilə dolub-daşır, tibbi avadanlıqlar isə haraya gəldi atılıb.

Bina tibb müəssisəsinə uyğunlaşdırılıb. Dərmanların saxlanması üçün nəzərdə tutulan soyuducular tamamilə boşdur. Ən ciddi məsələ isə burada ixtisaslı həkimin olmamasıdır.

Hacıməlik qəsəbəsi Göygölün ən iri yaşayış massivlərindən biri hesab edilir. Burada beş minə yaxın sakin yaşayır. Onlara yaxın ərazidə tibbi xidmət göstərən yeganə həkim məntəqəsi isə məhz bu tikilidir.

Rəsmi statistikaya görə, hazırda Göygöl rayonunda 33 tibb məntəqəsi var. Rayonun Mərkəzi Xəstəxanasından isə bildirilib ki, təmirə ehtiyacı olan tibb məntəqələri bu il siyahıya salınacaq.

Tibb məntəqəsində ixtisaslı həkimlərin olmamasına gəlincə, cari ildə bu problem də aradan qaldırılacaq və Göygöl rayonunun kəndlərində fəaliyyət göstərən tibb və həkim məntəqələrinə tam ixtisaslı həkimlər ayrılacaq.

Daha ətraflı Baku TV-nin süjetində:






Xəbərin oxunma sayı : 652




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap