“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Gəncə terrorunun qurbanları acınacaqlı durumda: İcra başçısı da müraciətə cavab vermir

Tarix 17.09.21, 15:44

Font ölçüsü : - / +
bitmap-img6


44 günlük Vətən müharibəsi dövründə ermənilərin 2020-ci il oktyabrın 17-də Gəncəni raket atəşinə tutması nəticəsində evləri dağılan sakinlər hələ də acınaqlı vəziyyətdədir. Evləri dağılan zərərçəkənlər hələ də nə ev əşyalarına görə kompensasiya alıblar, nə də evləri tikilib təhvil verilib.

Bizimyol.info xəbər verir ki, bununla əlaqədar həmin sakinlərdən bir neçəsinin hüquqlarını müdafiə edən vəkil Əziz Qənbərov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova müraciət edib. Vəkilin sözlərinə görə, icra başçısına sözügedən müraciətin ünvanlanmasından bir aydan çox vaxt keçir, amma qarşı tərəfdən heç bir reaksiya yoxdur: "İcra başçısına məktubu avqusun 13-də göndərmişəm. Hüquqlarını müdafiə etdiyim şəxslərin evləri erməni qəsbkarlarının raket hücumu nəticəsində tamamilə dağılıb, ev əşyaları tamamilə məhv olub. Üstündən bir ilə yaxın vaxt keçir. Ev əşyalarına görə kompensasiya verilməsi, evlərinin tikintisi tamamilə dayandırılıb. Hüquqlarını müdafiə etdiyim şəxslər kirayədə dözülməz vəziyyətdə yaşayır".

Açıklama yok.
Niyazi Bayramov

Vəkil deyir ki, müraciətinin nəticəsilə maraqlanmaq üçün üç dəfə Gəncəyə gedib, icra hakimiyyətində olub. Amma icra hakimiyyətindən cavab ala bilməyib: "İcra Hakimiyyətindən məktubun taleyi ilə bağlı bir söz deyə bilmədilər. Bu işlə bağlı ilk iki dəfə Gəncəyə gəlməyimi ictimailəşdirməfim. Bunun da səbəbi Niyazi müəllimin əvvəllər vəkillik fəaliyyəti göstərməsinə hörmət əlaməti idi. Niyazi Bayramov Vəkillər Kollegiyasının üzvü olmuş şəxs kimi, vəkilin müraciətinə bu cür biganə yanaşırsa, sadə Gəncə sakinlərinin durumu haqda nə düşünək?"

Açıklama yok.
Əziz Qənbərov

Vəkil Əziz Qəmbərov bir daha media vasitəsilə Gəncənin icra başçısına müraciət edərək, onu qəbul etməsini istəyib.






Xəbərin oxunma sayı : 502




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap