![]() |
|














Gəncədə Kommunalın işçilərinə geyim verilmir: Büdcədən ayrılan vəsaiti kimlər yeyib?
Tarix 30.01.23, 22:37 |
|

Azərbaycanın ikinci böyük şəhərinin sakini Orxan İsmayılov Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə iradından sonra hədələndiyini iddia edir. O, Birliyin tenderlərində qalib gələn iki şirkət üçün eyni VÖEN-in göstərildiyini üzə çıxarıb. Qısası, tenderlərdə qalib şirkətlər ayrı-ayrı adlardadır, lakin VÖEN birdir. Bu fakt bir qanuni şirkətin müxtəlif saxta adlar altında tenderlərdə qalib elan edildiyi barədə şübhələr yaradır.
Orxan İsmayılov bildirib ki, araşdırması zamanı, tenderlərdə qalib elan edilən "LK Machinery” MMC üçün göstərilən VÖEN-in (1503554731) əslində "Abşeron Tekstil” MMC-yə məxsus olduğunu aşkar edib.
Qeyd edək ki, Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına "LK Machinery” adı ilə sorğu etdikdə "Bu ada uyğun VÖEN müəyyən edilmədi”, "Məlumat tapılmadı!” cavabları verilir. 1503554731 VÖEN-i ilə sorğu etdikdə isə "Abşeron Tekstil” MMC haqqında bəzi məlumatlar göstərilir.
Orxan İsmayılov müraciətində yazıb:
"Mən vətəndaş olaraq "Facebook” sosial şəbəkəsində Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (Gəncə MKTİB) "facebook” səhifəsinə yazaraq Gəncədə MKTİB-in küçə təmizliyi ilə məşğul olan işçilərinin isti qış geyimləri ilə hansı səbəbdən təmin olunmadıqları, soyuqda həmin işçilərin necə gəldi geyindiklərini irad tutdum. Bu iradıma cavab olaraq Gəncə MKTİB tərəfindən mən barəmdə hüquq-mühafizə orqanlarının ölçü götürəcəyi ilə bağlı hədələndim və səhifəyə girişim bloklandı. Mən Gəncə MKTİB tərəfindən işçilərinin geyim təminatı ilə bağlı müstəqil araşdırma apardım və www.etender.gov.az portalı üzərindən sorğu verərək Gəncə MKTİB-in keçirdiyi tenderlərə baxdım. Maraqlı məlumatlar əldə etdim və onları ölkə ictimaiyyətinə sizin sayt vasitəsi ilə təqdim edirəm.
Tender məlumatlarına baxdıqda məlum olur ki, işçilərin xüsusi geyimlərlə təminatı ilə bağlı Gəncə MKTİB 2020-ci ildən bu günə qədər 3 dəfə – 31.12.2020, 31.03.2022, 31.12.2022 tarixlərində – tender keçirdib. İki tenderdə "LK Machinery” MMC, bir tenderdə isə "Abşeron Tekstil” MMC qalib olublar.
Sual doğuran məqamlardan biri odur ki, hər iki şirkətin VÖEN-i eynidir – 1503554731. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında 1503554731 VÖEN üzrə axtarış etdikdə "Abşeron Tekstil” MMC-nin məlumatları çıxır, halbuki, tender sənədlərində həmin VÖEN hər iki şirkət üçün eynidir.
2017-ci ildə dövlət qeydiyyatına alınmış "Abşeron Tekstil” MMC-nin hüquqi ünvanı, Bakı şəhəri, Nərimanov rayonu, akademik Həsən Əliyev, ev 79/2, m.50, qanuni təmsilçisi Məmmədova Ziyafət Əkbər qızıdır.
İkinci sual doğuran məqam isə tenderlərdə qalib olan iki şirkətə xüsusi geyimlər üçün ödənilən məbləğlərdir. Müvafiq olaraq 284757.60 AZN (iki yüz səksən dörd min yeddi yüz əlli yeddi manat altmış qəpik), 316862.57 AZN (üç yüz on altı min səkkiz yüz altmış iki manat əlli yeddi qəpik), 105521.5 AZN (yüz beş min beş yüz iyirmi bir manat əlli qəpik), cəmi 707141.67 AZN (yeddi yüz yeddi min yüz qırx bir manat altmış yeddi qəpik) bütün məlumatları eyni, sadəcə adları fərqli mahiyyətcə eyni şirkətin hesabına köçürülüb. 707141.67 AZN-ə alınan xüsusi geyimlər ilə, yəqin ki, ölkənin MKTİB işçilərinin xeyli hissəsini il boyu geyindirmək olar və həmin geyimlər dünya brendlərinə məxsus olar. Həmin geyimlər həqiqətən də alınıbmı və iki ildə həmin geyimlər necə istifadə olunub?
Tenderlər üzrə alınmış xüsusi geyimlərin miqdarı belədir:
630 dəst xüsusi geyim (gödəkçə, pencək, şalvar)
1050 ədəd jilet
485 ədəd xalat
500 cüt çəkmə
800 c
üt bot
830 ədəd kombinezon
950 ədəd plaş
960 ədəd xüsusi geyim dəsti (gödəkçə, pencək, şalvar)
1400 ədəd jilet
550 cüt bot
1050 cüt rezin çəkmə
1400 ədəd xüsusi geyim forması
950 ədəd xalat
16800 cüt əlcək
Mən Gəncə şəhəri sakini kimi Gəncənin küçələrində işləyən MKTİB işçilərinin əynində qış fəslində sadalanan xüsusi geyimlərdən yalnız mavi rəngli yay mövsümü xalatları nadir hallarda görürəm, son çəkdiyim fotoşəkildə də iki nəfər MKTİB işçisi öz paltarlarını geyiniblər. Gəncə MKTİB-in rəis müavininin qəbulunda olarkən mən ona birlikdə Gəncə MKTİB-in anbarında həmin geyimləri saymağı təklif etdim. Cavab almadım.
Hörmətli marja.az redaksiyası, vətəndaşların dövlət vəsaitinin necə və hara xərclənməsinə ictimai nəzarətinin effektiv olması üçün sizə sənədlərin surətində əks olunan iddia və şübhələrimi əlavə etməklə mövqeyimi dərc etməyinizi sizdən xahiş edirəm.
Tenderlərdə mənə şübhəli gələn məqamlara aidiyyatı dövlət qurumlarının cavab verəcəyinə ümid edirəm”.
Mənbə: Marja











Xəbərin oxunma sayı : 550
Sosial
Xəbərlər
-
Meyvə götürüb tanışlığa gedib -
-
Bakıda zibili eşşək arabası ilə daşıyırlar: “Beş manatdan pul yığırıq“ (VİDEO)
-
Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? - FOTOLAR
-
“Qızıl top”un favoritləri açıqlandı - Yeni siyahı
-
Attestat qiymətləri əla, nəticə sıfır: Valideyn-müəllim anlaşması olub?
-
Bu il banklar nə qədər pul qazanıblar? - SİYAHI
-
Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu - ŞOK TƏFƏRRÜAT
-
“Çin rəhbərliyi Rusiyaya dəstəyini daha da gücləndirəcəyini bəyan edib“ - “The Telegraph“
-
Bu şəxslərin maaşından vergi tutulacaq - Tarix bəlli oldu
-
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb - 239 min ayrıldı
-
Zərərçəkənlər ifadə verdi - Vardanyanın məhkəməsi+Fotolar
-
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
-
“Xalq artisti adını sənə sponsorun da verdirə bilir“ - VİDEO
-
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
-
15 iyulda xalqın mübarizəsi həm də işğalın qarşısını aldı - Ərdoğan
-
“Tramp NATO və Aİ-nin nalayiq təzyiqi altındadır“ - Lavrov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bəzi rayonlarda 40 dərəcə isti var, bəzilərində yağış yağır - FAKTİKİ HAVA
-
Vətəndaşların şəxsi məlumatlarını xaricə ötürən ötürən qrupu aşkarlandı - Saxlanılan var
-
ABŞ silahları Ukraynaya illərlə gecikə bilər - Şok xəbərdarlıq
-
“Qafqaznet“ kondisioner də satırmış - Nazirə məxsus olduğu deyilən şirkətlə daha bir müqavilə
-
İnam Kərimov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfər edəcək - Bu tarixdə
-
Tramp Zelenskidən niyə Moskvanı vurmadıqlarını soruşub - “The Washington Post”
-
Azərbaycanda buğda istehsalı niyə azalır - Araşdırma
-
Sədrin şikayətçi olduğu şəxs məhkəmə zalında həbs edildi - SƏBƏB
-
Ukraynaya göndərilən silahların sayı açıqlanmayacaq - Nazirlər razılıq əldə edib
-
Xalq torpaq amnistiyası gözləyir - Kupça əlçatan olacaq?
-
Sabah 40 dərəcə isti olacaq: Çimərliklər üçün tempratur...
-
Kamran Əliyev üç rayona prokuror təyin etdi - FOTO
-
Avropa İttifaqından Gürcüstana ultimatum: vizasız rejim dayandırıla bilər
-
Ruben Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmiş şəxslər ifadə veriblər
-
Piyadanın öldüyü qəza ilə bağlı hökm - Sürücülük vəsiqəsi yox imiş
-
İlham Əliyev Ərdoğana məktub göndərib: “Əziz qardaşım...“
-
Azərbaycan Premyer Liqası: Yayın ən bahalı futbolçusunu kim transfer edib?
-
Deputatların yay tətili başladı - 41 günlük sükut dövründə nə qədər qazanacaqlar?
-
Bu ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə - Müraciət
-
Şirkətlərin “Premium Bank“a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
-
Masallıda arı təsərrüfatları tələf oldu - Sahibkarlar ziyanda (VİDEO)
-
Probleminlə bağlı polis rəisinə müraciət et - DİN nəzarət edir + Video
-
Səbail rayonunda bina yararsız vəziyyətdə - VİDEO
-
Bu ölkədə azərbaycanlı deputat seçiciyə çaynik atdı - VİDEO
-
Xatirə İslamın dəniz istirahəti - FOTOLAR
-
Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır - Viktor Orban
-
Bu dərmanlara boşuna pul xərcləməyin - Dövlət pulsuz verir
-
Zaqatalada ağaclar kəsilib - Sakinlərdən ŞİKAYƏT
-
“Almaniya və Norveç Ukrayna üçün “Patriot“ alacaq“ - Zelenski
-
Sürücülərin maşında gəzdirdiyi, amma istifadə etmədiyi “apteçka” - ARAŞDIRMA
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“ABŞ Ukraynada əbədi sülhü təmin etmək istəyir“ - Tramp
-
“İşgəncələr nəticəsində övladımın adını da yadımdan çıxartmışdım” - MƏHKƏMƏ
-
“ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib“ - Tramp
-
Pensiya kartına görə anasını döyərək öldürdü - TƏFƏRRÜATLAR
-
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
-
Bakıda “abadlıq işi“ elanından sonra ərazidə obyekt tikildi - FOTOFAKT
-
Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkələr - SİYAHI
-
“Çox güman ki, Azərbaycan-Ermənistan dialoqu uğurla nəticələnəcək“ - Tramp
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
-
Salyan rayonunda ağır qəza hadisəsi: 3 nəfər ölüb
-
İnsanlar isti hava səbəbindən çimərliklərə axın edirlər - VİDEO
-
Qardaşı oğlunu öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - Şərurda
-
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” - Putin
-
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
-
Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı - Şantaj olunub
-
Rüşvət alanlar tutuldu: Rüşvəti verən bu iş adamları necə olacaq?
-
Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik - Ərdoğan
TOP 10
ARXİV