![]() |
|














General Rövşən Əkbərovun 20 il əvvəlki ifadəsi - Qətllə bağlı dedikləri, Nazim İbrahimovla oteldəki mübahisəsi
Tarix 11.08.21, 16:50 |
|
7.jpg)
General Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. İllər öncə Ukraynada adam öldürməkdə ittiham olunan general susur, ifadə verməkdən imtina edir. Sonuncu dəfə Bakıda həbs ediləndə də təqsirləndirilən şəxs qismində ifadə verməkdən imtina edib. Amma onun hadisə baş verəndən bir müddət sonra- 2001-ci ildə şahid qismində verdiyi ifadə var.
General həbs ediləndə həmin ifadəsini təsdiqləyib. Rövşən Əkbərov həmin ifadəsində nələr deyib?
Musavat.com general Rövşən Əkbərovun 20 il əvvəl verdiyi həmin ifadəni əldə edib. İfadədə qətl hadisəsi ilə bağlı yaranan söz-söhbətin bilinməyən təfərrüatı üzə çıxıb. Rövşən Əkbərov qətlə yetirilən Elçin Əliyevi necə tanıması, hadisədən sonra Nazim İbrahimovun Ukraynaya gəlməsi, aralarında baş verən mübahisə və digər məsələlər haqda danışıb. Əvvəlcə qısa olaraq Rövşən Əkbərovun ittiham olunduğu qətl hadisəsi haqda xatırlatma edək.
Rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanında yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Qeyd edək ki, R.Əkbərov ittihamları qəbul etmir. Qayıdaq Rövşən Əkbərovun ifadəsinə...
R.Əkbərov həmin ifadəsində əvvəlcə özü haqda məlumat verib. Hərbidəki xidmətindən başlayaraq, Milli Qəhrəman adı alması, Ukraynaya nə məqsədlə getməsindən danışıb. General deyib ki, 1999-2002-ci illərdə Ukraynanın Milli Müdafiə Akademiyasında “operativ strateji” ixtisası üzrə təhsil alıb. 2001-ci ilin mart ayından iyul ayının 4-nə kimi Kiyev şəhərində olub. Rövşən Əkbərov bu işdə adı keçən və Elçin Əliyevin qətlinə görə bir ilə yaxın həbsdə saxlanılan Qüdrət Əhmədovla tanışlığı barədə də danışıb. Bu hissədə onu qeyd etmək lazımdır ki, Qüdrət Əhmədov mərhum Elçin Əliyevin atasına da oğlunun Rövşən Əkbərov tərəfindən qətlə yetirildiyini deyib. Rövşən Əkbərov ifadəsində bildirib ki, Qüdrət Əhmədovu Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndəsi kimi tanıyıb. Belə ki, 2000-ci ildə növbəti dəfə Kiyev şəhərinə gələn zaman Qüdrət Əhmədov onu səfirliyin xidməti avtomobili ilə qarşılayıb. Qətlə yetirilən Elçin Əliyevlə isə təxminən 2001-ci ildə səfirlikdə tanış olduğunu deyən general bildirib ki, mərhumla hansı şəraitdə tanış olmasını xatırlamır. "Birdəfəlik təsadüfi tanışlıq idi. Aramızda hər hansı bir münasibət olmayıb",- deyə general əlavə edib.
Rövşən Əkbərov ifadəsində bu cinayət işi ilə bağlı söz-söhbətdə adı çəkilən İsaxan Əliyev və Məzahir Şxaliyevi tanımadığını bildirib. "Qüdrət Əhmədov Azərbaycan səfirliyinin nümayəndəsi olmaqla Kiyev şəhərində yaşayırdı. Elçin Əliyevlə Qüdrət Əhmədovun tanış olmalarından xəbərsizəm. Elçin Əliyevin öldürülməsi barədə də heç bir məlumatım yoxdur",- general belə deyib.
General qətl hadisəsi baş verən gün harada olması, nə etməsi ilə bağlı suallara belə cavab verib: "2001-ci ilin may ayının sonlarında Ukraynada Azərbaycan günləri adlı tədbir keçirilirdi. Həmin konsertdə təsadüfən dostu Oqtay Rəhimzadə ilə də ortaq bir dost kimi Elxan Cəbiyevi görüb. Həmin vaxt onunla görüşüb, hal-əhval aldıqda sonuncu Fövqəladə Hallar Nazirliyinin xətti ilə tədbirə gəldiyini və bir-iki gün sonra Bakıya qayıdacağını bildirdi. Mən də Elxan Cəbiyevə bir-iki sənədi Müdafiə Nazirliyinə çatdırması üçün ona verəcəyimi dedim. Buna görə də onu Ukraynadakı Səfirliyə dəvət edəcəyimi söylədim.
31 may 2001-ci il tarixində səfirliyin həyətində dostlarımın iştirakları ilə yığıncaq təşkil etdik. Yığıncaqda ailə üzvlərim, səfirliyin bir neçə əməkdaşı, dostlarım və onların ailə üzvləri iştirak ediblər. Həmin tədbirə Elxan Cəbiyevi də dəvət etmişdim. Tədbir saat 20 radələrində başladı və saat 24 radələrində bitdi. Saat 22-22:30 radələrində qapıdan iki nəfər şəxsin gəlməsi barədə məlumat verildi. Masa arxasında əyləşən tanışım Rövşən Qaradağlı giriş qapısı istiqamətinə getdi. Rövşən Qaradağlı həmin vaxt tanımadığı, biri hündür boylu, digəri isə orta boylu şəxslərlə görüşdü və qısa bir müddət ərzində onlarla söhbət edib həmin şəxsləri çıxışa tərəf aparıb, yola saldı. Səhəri günü artıq Elçin Əliyevin öldürülməsi barədə xəbərlər yayıldıqdan sonra bildim ki, səfirliyə gələn şəxslər Elçin Əliyev və Məzahir Şıxaliyev imiş. Həmin gecə o şəxslər səfirlikdən gedəndən sonra Elxan Cəbiyev də getmək istədiyini bildirdi və masa arxasından qalxdı. Mən Elxan Cəbiyevi maşınla səfirliyin yaxınlığındakı taksi dayanacağında düşürərək geri qayıtdım".
Rövşən Əkbərov qeyd edib ki, səfirliyə qayıtdıqdan sonra dostları və ailəsi ilə birlikdə bir az da söhbət edib. Daha sonra həyat yoldaşını və övladlarını götürərək evə qayıdıb və səhərə qədər də evdə olub.
Elçin Əliyevin ölüm xəbərini necə alması haqda isə general bunları deyib: "Səfirlikdən qayıtdığım gecə idi. Səhər saatlarında hazırda dəqiq xatırlamadığım şəxs ev telefonuna zəng edib, təcili səfirliyə gəlməyimi istədi. Səfirliyin binasına çatdıqda orada Yalçın, Qüdrət, Rövşən Qaradağlı, Zeynal Ağazadə və səfirliyin digər bir neçə əməkdaşı var idi. Onda Elçin Əliyev adlı şəxsin öldürülməsi xəbərini eşitdim. Dedilər ki, əvvəl səfir vəzifəsində işləmiş Nazim İbrahimov hadisə ilə bağlı Kiyevə gəlir. Qüdrət Əhmədova Nazim İbrahimovu qarşılamaq tapşırılmışdı. Bundan sonra yenidən evə qayıdıb, əynimi dəyişib Akademiyaya getdim. Sonra səfirliyə qayıtdım. Orada Qüdrət Əhmədov mənə Nazim İbrahimovun Kiyev şəhərinə gəldiyini, hava limanında qarşıladığını dedi".
Bu ifadənin ən maraqlı hissəsi isə Nazim İbrahimovun Ukraynaya gəlişi və sonra baş verənlərlə bağlıdır. Rövşən Əkbərov ifadəsinə əlavə edib ki, Qüdrət Əhmədov ona deyib ki, Nazim İbrahimov Kiyevdən Bakıya zəng edərək Elçini onun öldürdüyünü deyib: "Qüdrət dedi ki, Nazim İbrahimov Bakı ilə danışıb və Elçin Əliyevin Rövşən adlı general tərəfindən öldürüldüyünü deyib. Qüdrət Əhmədovun bu sözlərinə əsəbləşdim. Nazim İbrahimovla görüşmək üçün “Dnepr” otelinə getdim. Orada Nazim İbrahimovdan başqa 20-25 nəfər azərbaycanlı da var idi".
Generalın ifadəsindən aydın olur ki, həmin zaman Nazim İbrahimovla arasında mübahisə də olub: "Həmin şəxslərə yaxınlaşıb yüksək səslə Nazim İbrahimova dedim ki, bilmədiyin məsələlər barədə niyə şayiələr yayırsan? Nazim belə bir söz demədiyini söylədi. Nazim İbrahimov Elçin Əliyevin ölümündə mənim günahımın olmasını anama da demişdi. Buna görə iradımı bildirdim. Nazim isə söylədi ki, bütün bu söhbətləri Qüdrətdən eşidib. Qüdrət isə Nazimin bu sözlərini eşitdikdə, onun ünvanına nalayıq ifadələr işlətdi. O da belə bir söz demədiyini bildirdi. Bu söz-söhbətdən sonra Nazim İbrahimov səfirliyə gəlib, orada olan evdə qalmaq istəyəndə Qüdrət onu səfirliyin qonaq evinə buraxmamışdı".
General ifadəsinin sonlarında qeyd edib ki, eşitdiyinə görə Elçin Əliyevin qəsdən öldürülməsi ilə bağlı hadisənin yeganə şahidi hadisə yerində saxlanılan Məzahir Şıxaliyevdir. Rövşən Əkbərov bildirib ki, Məzahir Şıxaliyev daha sonra Nazim İbrahimovun köməkliyi ilə polisdən buraxılıb və dərhal da Türkiyə Respublikasına yola salınıb: "Sonradan isə eşitdim ki, Elçin Əliyevin ölümünə görə Qüdrət Əhmədov həbs edilib, bir müddətdən sonra da həbsdən azad edilib". General əlavə edib ki, sonra həmin qətllə bağlı onun barəsində cinayət işi başlayıb və Bakı şəhərinə göndərilib. Daha sonra isə barəsində olan hissədə cinayət işinə xitam verilib.
Qeyd edək ki, bu işdə adı keçən Nazim İbrahimov Diaspora üzrə Dövlət Komitəsinin sabiq rəhbəridir.Həmçinin Fövqəladə Hallar Nazirinin müavini Orucəli Hacıyevin də bu işdə adı keçir və ifadələri var. Növbəti yazıda həmin ifadələri təqdim edəcəyik.
Xəbərin oxunma sayı : 967
Kriminal
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV