| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
Hökumətin subsidiya qərarı: Dizel yanacağı yenə bahalaşır?
Tarix 06.12.21, 11:53 |
|
Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası”nı təsdiq edib.
Baş Nazir Əli Əsədovun bununla bağlı imzaladığı qərara əsasən, dizel yanacağının qiymət artımının sərnişindaşıma tariflərinə və sərnişindaşıma ilə məşğul olan daşıyıcılara təsirinin minimallaşdırılması, ictimai nəqliyyatda tarif dəyişikliyinin aparılmaması və sərnişindaşımada nağdsız ödənişlərin stimullaşdırılması üçün ölkə daxilində (şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası) sərnişindaşıma xidmətləri göstərən daşıyıcılara subsidiya veriləcək.
Subsidiyanın məbləği təqvim ayı ərzində dizel yanacağına görə (artan yekun nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25 faizi həcmində, lakin müntəzəm şəhərdaxili (rayondaxili) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 6,7 faizindən; müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 8,3 faizindən; müntəzəm şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 7,5 faizindən çox olmamaqla hesablanır:
Subsidiya "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 4 yanvar tarixli Qərarı qüvvəyə mindiyi tarixdən "İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2018-ci il 30 iyul tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərin qüvvədə olduğu müddəti əhatə edən dövr üzrə verilir.
Xatırladaq ki, Tarif Şurası bu ilin yanvarında dizel yanacağının qiymətini 33 faiz artırarkən bu addımın sərnişindaşımada gediş haqqına təsirini önləmək üçün bu sahədə çalışan şirkətlərə dövlət tərəfindən subsidiya veriləcəyini bəyan etmişdi. Bu, Şuranın qərarında da əksini tapıb. Ondan ötən müddət ərzində daşıma şirkətləri dəfələrlə subsidiya ödənilməsi üçün hökumətə, o cümlədən İqtisadiyyat Nazirliyinə müraciət etmişdilər. Şirkətlər öz mövqelərini həmçinin mətbuat vasitəsilə də ictimailəşdiriblər. Daşıyıcı şirkətlər pandemiya dövründəki hərəkət məhdudiyyəti səbəbindən sərnişin sayında ciddi azalma olduğuna görə böyük zərər çəkdiklərini bildirirlər. Şirkətlərdən bəziləri yanacaqla bağlı külli miqdarda borclarının yarandığını, fəaliyyətlərinin risk altında olduğunu, böyük məbləğdə borca görə məhkəməyə verildiklərini bildiriblər.

Bakıda sərnişindaşımanın 70 faizindən çox hissəsini təmin edən bu şirkətlər belə vəziyyət bir müddət də davam edərsə, avtobusları xəttə çıxarmaqla bağlı ciddi problemlərlə qarşılaşacaqlarını açıqlayıblar: "Tarif (Qiymət) Şurasının qiymət artımı ilə bağlı açıqlamasında dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün kompensasiyanın (subsidiyanın) ödənilməsi və verilməsi mexanizminin cari ilin yanvar ayının sonunadək açıqlanacağı bildirilib. Buna müvafiq olaraq, dizel yanacağına görə subsidiyanın verilməsi üçün tələb olunan müvafiq hesabatlar İqtisadiyyat Nazirliyinə təqdim olunub. Lakin müvafiq hesabatların təqdim edilməsinə baxmayaraq, bu günədək hər hansı bir daşıyıcıya subsidiya ödənişi həyata keçirilməyib”.
Daşıyıcı şirkətlərin verdiyi məlumata görə, Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən 2200-dən artıq avtobusun 70 faizə qədəri dizel yanacağı ilə çalışır.
Nazirlər Kabinetinin son qərarı daşıyıcı şirkətlərin səsinin, nəhayət ki, eşidildiyini göstərir. Qərara əsasən İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara subsidiya verilməsi üçün növbəti illər üzrə tələb olunacaq vəsait barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir, subsidiya ödənilməsini Maliyyə Nazirliyi ilə birlikdə təmin etməli, bu barədə illik icmal hesabatını növbəti il fevralın 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməli, bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Naxçıvan MR-in Nazirlər Kabineti və Bakı Nəqliyyat Agentliyi ilə birlikdə müntəzəm şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə (ödəniş alətlərinə) keçidin sürətləndirilməsi ilə bağlı təkliflərini 15 fevral 2022-ci il tarixinə qədər Nazirlər Kabinetinə təqdim etməlidir. Naxçıvan MR-in Nazirlər Kabineti isə bu qərarla müəyyən edilmiş müddəalar əsasında muxtar respublikada avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsi üçün tədbirlər görməlidir.
Hazırda dünyada dizelin 1 litrinin orta qiyməti 1,88 manatdır. İranda bu qiymət 0,017 manat, Türkmənistanda 0,66 manat, Qazaxıstanda 0,95 manat, Rusiyada 1,40 manatdır. Qazaxıstan və Rusiyada noyabrın əvvəlindən dizelin qiymətində kəskin bahalaşma başlayıb. Rusiyada qış dizeli deyilən yanacaq növü Azərbaycan manatı ilə ifadə etsək, 90 qəpikdən 1,4 manata qədər bahalaşaraq Aİ-95 markalı benzindən daha yüksək qiymətə satılmağa başlayıb. Bahalaşmanın əsas səbəbi hökumətin qarışıq dizel yanacağına tətbiq etdiyi vergi göstərilir. Belə ki, özəl şirkətlər dizelin bir hissəsinə(19 faizə yaxınına) bəzi qatqılar əlavə edərək satırlar. İndiyədək qatqıların əlavə olunduğu yanacaq əlavə vergilərdən azad idi. Lakin bu ildən etibarən hökumət bu yanacağı da vergiyə cəlb edib. Hazırda özəl şirkətlər benzin və dizelin topdansatışına da dempferin tətbiq olunmasını təklif edirlər, onların fikrincə, əks halda, dekabrın sonuna qədər dizel daha 38 faiz bahalaşacaq.
Qazaxıstanda da dizel və benzinin qiymət artımı davam edir. Bu ölkədə artımın əsas səbəbi rolunda yerli istehsalın daxili tələbatı ödəməməsi göstərilir.
Azərbaycan isə nəinki xaricdən dizel idxal etmir, əksinə, özü bu məhsulun ixracatçısıdır. Rəsmi statistikaya əsasən Azərbaycanda dizel (qazoyllarla birlikdə) istehsalı 2019-cu ildə 2 milyon 243,1 min ton, 2020-ci ildə isə 2 milyon 181,2 min ton təşkil edib. Bu ilin yanvar-oktyabrında isə ölkədə 2 milyon 62,7 min ton dizel yanacağı istehsal olunub. Bu, əvvəlki ilin eyni dövründəkindən 21,8 faiz çox deməkdir. İstehsalda ciddi artım olsa da, noyabrın 1-nə ölkədə cəmi 56,5 min ton dizel ehtiyatı olub.
2019-cu ildə Azərbaycandan xaricə 761 min ton, 2020-ci ildə isə 847,7 min ton dizel ixrac olunub. Ölkədə illik dizel(qazoylla birlikdə) istehlakı 2019-cu ildə 1 milyon 428,4 min ton, 2020-ci ildə 1 milyon 260,4 min ton təşkil edib. 2019-cu ildə bunun 1 milyon 20,1 min tonu, 2020-ci ildə isə 878,3 min tonu nəqliyyatda, müvafiq olaraq 304,1 min tonu və 284,9 min tonu kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda sərf olunub.
Nəqliyyat sektorunda dizel istehlakının 2019-cu ildə 981 min tonu, 2020-ci ildə isə 837,1 min tonu avtobusların da daxil olduğu avtomobil nəqliyyatının payına düşüb.
Rəsmi statistikadan da aydın olur ki, 2020-ci ildə pandemiyanın təsiri ilə sərnişindaşımada kəskin azalma olub. Belə ki, Azərbaycanda avtobusla 2019-cu ildə 1 milyard 741 milyon 365 min nəfər, 2020-ci ildə isə 1 milyard 55 milyon 268 min nəfər sərnişin daşınıb.
Hazırda Azərbaycanda sərnişindaşımada mövcud avtobus parkının yarıdan çoxu dizellə işləyir. 2020-ci ildə ölkədə dizellə işləyən avtobusların sayı 17989 ədəd olub. Daha 12 590 avtobus benzinlə işləyib.
Nazirlər Kabinetinin qərarından aydın olur ki, subsidiya Tarif Şurası sərnişindaşıma tariflərində hər hansı dəyişiklik edəcəyi dövrə qədər veriləcək. Və daşıyıcı şirkətlər onu yalnız 2022-ci ilin 1 yanvarına qədər balanslarına qəbul etdikləri avtobuslara görə ala biləcəklər. Çünki Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli qərarı ilə təsdiqlənən "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”inə əsasən həmin tarixdən sonra Azərbaycanda benzin və dizellə işləyən avtobusların istismara qəbulu dayandırılır.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mais Ağayevin dediyinə görə, yanvardan etibarən yalnız sıxılmış maye qaz və elektriklə işləyən avtobusların istismara qəbul olunmasına icazə veriləcək: "Hazırda Bakı şəhərində 27 daşıyıcı şirkətin istismarında 240-dək avtobus var. Onların 1700-dən çoxu dizellə işləyir. Yanvardan dizellə işləyən avtobusları istismara qəbul etməyəcəyik. Hazırda istismarda olan dizel və benzinlə işləyən avtobuslar isə istismar müddəti bitənədək işləyəcəklər”.
Əlavə edək ki, indiyədək ölkəyə maye qazla işləyən avtobusların əsas idxalçısı "BakBus”dur. M.Ağayevin dediyinə görə, bu şirkətin indiyədək gətirmiş olduğu 718 ədəd avtobusun hamısı maye qazla işləyir. Çox maraqlıdır ki, Dövlət Statistika Komitəsi qazla işləyən avtobusların sayını 2019-cu ildə 150, 2020-ci ildə cəmi 178 ədəd olaraq qeydə alıb.(Musavat.com)
Xəbərin oxunma sayı : 415
Sosial
Xəbərlər
-
Moldovada yanacaq böhranı: 30 günlük “həyəcan rejimi“ elan edildi
-
Bakı və Abşeronun bəzi qəsəbələrində iki gün su olmayacaq - Xəbərdarlıq
-
Trampın gündəliyi açıqlandı: Zelenski və Netanyahu ilə görüşəcək
-
XİN-dən Zaxarovaya sərt cavab: “Bu, reallığın təhrif olunmasıdır“
-
Bu şəxslərə 3 il müavinət veriləcək - Deputat açıqladı
-
64 min manatlıq vəzifə fırıldağı - Təqsirləndirilənlərə hökm oxundu
-
“Putindən İrana peyk təsvirləri göndərib-göndərmədiyini soruşacağam“ - Tramp
-
Ev quşları naməlum səbəbdən kütləvi tələf olurlar - ŞİKAYƏT
-
DSMF Aydın Abbasovdan yenə ofis icarəyə götürdü - 540 min manata
-
İranyönlü qruplaşmalar Səudiyyə Ərəbistanını hədələdi - “Sərt cavab veriləcək“
-
“Ailəm dağıldı, depressiyaya düşdüm“ - Əməkdar artist
-
Buzovnanın kanalizasiyası Xəzər dənizinə axıdılır? - VİDEO
-
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
-
Şəmsi Səmədzadə həbsdən azad oldu - Azərbaycana gəlib + FOTO
-
“ABŞ olmasaydı, İsrail mövcud ola bilməzdi“ - Tramp
-
DÇ-2026-nın ən yaxşı qolunun müəllifi müəyyənləşib - VİDEO
-
Rumıniya Rusiya diplomatını qovur - PUA-lar diplomatik gərginlik yaradıb
-
Sumqayıtda yataqxana binası bərbad vəziyyətdədir - VİDEO
-
“Geyimdən çox rahatlığınızı düşünün“ - Nuradan müğənnilərə irad
-
“Razılaşmasaq, hərbi güc tətbiq edəcəyik” - Donald Tramp
-
Şamaxıda 65 ailənin yaşadığı ərazi başqa şəxsə satılıb - VİDEO
-
Moskva Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə hazırdır - Zaxarova
-
Buraxılış imtahanı nəticələrinə görə ən uğurlu və ən zəif BÖLGƏLƏR
-
10 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin bir qrup əməkdaşı işdən çıxarılıblar - ŞİKAYƏT/VİDEO
-
Peskovun arvadı “qara siyahı”dan çıxmaq istəyir - Və 2 milyon tələb edir...
-
Məcnun Məmmədov Faruk Fıratoğlu ilə görüşdü - FOTOLAR
-
Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır - Gedişhaqqı 1 manat 50 qəpik
-
Araik və digərlərinin apellyasiya məhkəməsi: Prokurorların çıxışları davam edir
-
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri kəskin artlb - 200 MİLYONA ÇATIR
-
Böyük Britaniyanın müdafiə naziri: Avropa Trampa təşəkkür etməlidir
-
Azərbaycan su ehtiyatlarına görə son, istifadəyə görə ilk sıralardadır - Siyahı
-
“Toplum TV“ işi üzrə hökm oxunub - 12 ildən 15 ilə kimi
-
Bərdə xəstəxanasında cərrah yoxdur? - TƏBİB-dən sosial şəbəkələrdə yayılan videoya cavab
-
Netanyahu Trampla nəyi müzakirə edəcək? - AÇIQLADI
-
Yeni nazir müavini təyin edildi - Sərəncam imzalanıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Səhər“ və “Mehr“in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir - MEDİA
-
ABŞ və İran hərbi əməliyyatları dayandırdı - Silah ehtiyatı tükənib?
-
100 manata ehtiyacı olanlar necə “milyonçu” oldu? - Çirkli pullar belə yuyulub
-
Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı
-
Xəzərdə 13 yaşlı qız batıb - 3 nəfər isə xilas olunub
-
Mahsun Kırmızıgül və daha 4 məşhur prokurorluğa çağırıldı - Ahbap dərnəyi ilə bağlı
-
“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
-
Tamaşaçılar ən çox hansı kanallara baxırlar? - AzTV və Real TV-nin verilişləri ilk 15-də yoxdur
-
ABŞ-dan Ukrayna müharibəsini bitirmək üçün yeni cəhd - Bu hücumlara son qoyulmalıdır...
-
Dünya çempionatı Bakıda keçiriləcək - Prezident sərəncam imzaladı
-
Prezident bu qanunlara da dəyişikliyi təsdiq edib - DETALLAR
-
Tramp İranla bağlı üç variantı nəzərdən keçirir - “The New York Times”
-
Azərbaycanın İstanbul və Qars baş konsulları geri çağırıldı - Yeniləri təyin edildi
-
Binəqədi-Novxanı-Mehdiabad yolunda obyektdə yanğın olub - VİDEO
-
Kredit borcu problemi həll olunur? - Yeni qaydalar hazırlanır
-
Sumqayıtda aylar öncə qazılan yol niyə hələ də bərpa edilmir? - VİDEO
-
Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi
-
Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi”: Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi
-
Şahin Bağırov baş idarəyə rəis təyin etdi - FOTO
-
DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi - VİDEO
-
Abşeronda külək elektrik enerjisini kəsdi: Qatarların hərəkəti yubandı
-
15 ildir qaz xətti keçən kəndin niyə qazı yoxdur? - VİDEO
-
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
-
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
Havada tozun miqdarı normadan 1,7 dəfə artıqdır - Nə qədər davam edəcək?
-
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
-
Xırdalan-Novxanı yolunda niyə yerüstü piyada keçidi yoxdur? - VİDEO
-
“ABŞ İsrail ordusunun Qəzza, Suriya və Livandan çıxarılmasını tələb edir“ - Netanyahu
-
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
-
Müdir maaşa görə etiraz edən işçini döyüb? - VİDEO
-
B kateqoriyalı sürücülük vəsiqəsi ilə avtomobil idarə edənlərə xəbərdarlıq - VİDEO
-
Qadın alimenti ödəmədikdə qanun hansı tədbirləri nəzərdə tutur? - VİDEO
-
Antarktidada nəhəng əraziyə heç bir ölkə iddia etmir: Səbəbi nədir?
-
““Hizbullah“ın müdafiəsi İranın strateji siyasətidir“ - Xamenei
-
Bakıda və Abşeronda temperatur 3-4 dərəcə enəcək - Sabahın havası
-
Türkiyə millisindən tarixi zəfər - ÇEMPİON OLDU!
-
“Fantastik qiymətdir“ - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
İyulun 27-si və 28-də dənizə girmək təhlükəlidir - Fövqəladə Hallar Nazirliyi
-
Səbaildə torpaq sürüşməsinə görə bağlanan yolda təmir işləri niyə aparılmır? - VİDEO
-
Rusiya miqrantlara yeni şərtlər qoydu: Gəliri az olanlar ölkəni tərk edə bilərlər
-
Azərbaycanda ən çox bazar bu bölgədədir - SİYAHI
-
“Hücumlar davam etsə, müharibənin coğrafiyası genişlənəcək“ - İran ordusu
-
“Putin şəhər və mobil telefonlarından istifadə etmir“ - Peskov
-
Biləcəridə yol çöküb, hərəkət iflic olub - VİDEO
-
Avropa alov içində: 250 mindən çox insan təxliyə edildi
-
İnternetdə dələduzluq dalğası: Kibertəhlükələrin qarşısı necə alınır?
-
Zelenski kəşfiyyat məlumatlarını açıqladı - Rusiya yeni səfərbərliyə hazırlaşır
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
“İranın hədəfi qonşu ölkələr deyil, ABŞ-dir“ - Əraqçı
-
Dənizdə batan şəxs prokurorluqda müstəntiq işləyirmiş - FOTO
-
Tbilisi-Bakı qatarına niyə bilet tapılmır? - VİDEO
-
Azərbaycanda futbol klubu satıldı - 400 min manata
-
“Sursat ehtiyatlarımız tükənir“ - Pentaqon rəhbərliyindən Trampa xəb
-
Xəzərin sahilində 10 yeni ictimai çimərlik yaradılıb - VİDEO
-
40 dərəcə isti olacaq - Sabahın hava proqnozu
-
İlham Əliyev Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb - MƏTN
-
Bağlanacağı deyilən Bakı Qızlar Universitetinin rektoru danışdı - VİDEO
-
Parisdə terror aktının qarşısı alındı - Xüsusi əməliyyat
-
Naxçıvanda təcili tibbi yardım maşını aşdı - 4 nəfər xəsarət aldı
-
Azərbaycanın bəzi rayonlarında 39 dərəcə isti qeydə alınıb - Faktiki hava
-
İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO
-
“SK Servis“ yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur
-
Nizami rayonunda yeni tikilən çoxmərtəbəli binanın yaratdığı problem - VİDEO
-
Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurub - Ölən və yaralananlar var
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“Yeni nəsə icad etməyəcəyəm, amma...“ - Yürgen Klopp
-
“Zolotaya Korona” bu ölkələrə pul köçürə bilməyəcək - Azərbaycan da siyahıda varmı?
-
Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR
-
İran Hörmüz boğazında öz hüquqlarını müdafiə etməyə davam edəcək - Əraqçi
-
Masazırda torpaq qalmaqalı: “Anamın adına olan sahəni başqalarına satıblar“
-
Bakıətrafı qəsəbələrin dəmir yolu şəbəkəsi genişləndirilir - VİDEO
-
49 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlanıb - AQTA
-
“Si Cinpin və Putin İrana silah satmayacaqlarına söz veriblər“ - Tramp
-
Nazirlik səhvini başa düşdü və bizdən üzr istədi - Anar
-
8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub - 2 nəfər vəzifədən azad edilib
-
Arayikgilin məhkəməsində prokurorlar çıxış etdi - FOTOLAR
-
PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üzrə qəbul günləri - CƏDVƏL
-
Tramp və Zelenski Vaşinqtonda görüşəcəklər - Vaxtı məlum oldu
-
Avtobusda sərnişinin çantasından 440 manat oğurladı - Həbs olundu
-
“Bütün məsuliyyət Vado Korovinin üzərinə düşür...“ - SPACE TV rəsmi açıqlama yaydı
-
1 həftədə 19 min manatdan çox ziyan dəyib - Dövlət Xidməti
-
Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları - TAM SİYAHI
-
Pakistanda nəzarət-buraxılış məntəqəsinə hücum - 14 nəfər həlak oldu
-
Moskvadan getdi, indi oranı dronla vuranların başındadır - TƏFƏRRÜAT
TOP 10
ARXİV






