Aygün Kazımova imicini dəyişdi - FOTO Röyadan açıq-saçıq paylaşım – FOTO “Səhvlərimə görə bu yerə çatmışam“ - Aygün Kazımova Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 15 İyun 2021

    Aygün Kazımova imicini dəyişdi - FOTO

  • / Maqazin / — 07 İyun 2021

    Röyadan açıq-saçıq paylaşım – FOTO

  • / Maqazin / — 13 May 2021

    “Səhvlərimə görə bu yerə çatmışam“ - Aygün Kazımova

  • / Maqazin / — 09 May 2021

    Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - VİDEO

  • / Maqazin / — 01 May 2021

    “İndi evlərdə məclislər təşkil olunur“ - Xuraman Şuşalı

  • / Maqazin / — 24 Aprel 2021

    “Anarı hələ də sevirəm” - Röya ağladı

“İskəndər M”i qeyri-qanuni yollarla terrorçu qruplar da əldə edə bilər” - VİDEO

Tarix 07.04.21, 23:37

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin nüfuzlu "Haber Global” media şirkəti Ermənistanın Şuşaya atdığı və ixracı qadağan olunan "İskəndər M” raketlərini necə əldə etməsi barədə süjet hazırlayıb.

Süjetdə bildirilir ki, Şuşadan tapılan raket qalıqlarının üzərindəki nişanlar onun Rusiya Silahlı Qüvvələrinə aid olduğunu göstərir. Lakin ixracı qadağan olunan "İskəndər M” raketlərinin Azərbaycan şəhərinə necə və haradan atılması ciddi suallar doğurur.

Videomaterialda, həmçinin sözügedən operativ taktiki raket kompleksinin "E” və "M” variantları arasındakı fərq izah edilir, ikincinin yalnız Rusiya ordusunun ehtiyacları üçün istifadə edildiyi bildirilir.

Süjet müəlliflərinin fikrincə, əgər bu silahları Rusiya tərəfi Ermənistana verməyibsə və onlar qarşı tərəfə qaçaq yollarla aparılıbsa, o zaman bütün dünya təhlükədədir. Belə ki, digər ölkələrdə olan terrorçu qruplar da bu ölümcül silahı qeyri-qanuni vasitələrlə əldə edə bilər.









Xəbərin oxunma sayı : 385

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda