Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“Prezident Administrasiyasının məsul işçisi Arif Novruzovla əlbir olan kürəkəni oğlumu aldadıb”

Tarix 03.05.21, 16:10

Font ölçüsü : - / +
bitmap-img6


Zərərçəkmişlər Prezident İlham Əliyev və daxili işlər naziri Vilayət Eyvazova müraciət edib 
 
Prezident Administrasiyasının məsul işçisi Arif Novruzovun kürəkəni Azər Əsgərov həbs edilib.

"24 saat” xəbər verir ki, bir neçə milyon manatlıq dələduzluqda ittiham edilən Əsgərov Azər Cavanşir oğluna Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Azər Əsgərovun əməllərindən zərər çəkənlərdən biri də Namazov Rasim Məcid oğludur.

Onun atası Məcid Namazov Prezident İlham Əliyev və daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

M.Namazov müraiətində bildirib ki, A.Əsgərov Prezident Administrasiyasında mühüm vəzifə tutan qaynatası Novruzov Arifin adından istifadə edərək oğlu Rasim Namazovu aldadaraq 25000 (iyirmi beş min) manat pulunu ələ keçiib: "Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Oğlum Namazov Rasim Məcid oğlunun aldanmasına Əsgərov Azər Cavanşir oğlunun qayınatası Novruzov Arif yüksək vəzifədə işləməsi rəfaq vermişdir. Oğlum tanışı Azərin qayınatası məhz bu vəzifədə işlədiyinə görə ona inanmış və əmlakını ona etibar etmişdir. Azər qayınatası ilə milyonlarla dövriyyəsi olan şərikli işlər gördüyünü bildirmişdir. Mən əminəm ki, Arif Novruzov oğluma qarşı olan dələduzluq cinayətində Azər Əsgərovla əlbirdir. Ona görə də, Arif Novruzovun cinayət işi üzrə məsuliyyətə cəlb olunmasına dair müvafiq instansiyalara göstəriş verməyinizi xahiş edirəm”, – deyə M.Namazov müraciətində qeyd edib.

Məsələ ilə bağlı müvafiq qurumların cavabını da dərc edəcəyik.



Xəbərin oxunma sayı : 1003




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap