“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Hacı Şahinin yerinə gələn imama qarşı sui-qəsd cəhdi: Özü şok detalları açıqladı

Tarix 31.07.24, 19:59

Font ölçüsü : - / +
bitmap-img6


"Bir nəfər olub, gəlib məscidə məni axtarıb, istəyib ki, xətər yetirsin, qəsd etsin. Ancaq əli mənə çatmayıb, məscidin xidmətçilərindən birinə xətər yetirib. Hansısa dini dözümsüzlükdəndir, nədəndir, səbəbini bilmirəm".

Bu sözləri Teleqraf.com-a Məşədi Dadaş məscidinin imamı Əli Şərbətov ona qarşı edilən sui-qəsd cəhdi ilə bağlı danışarkən deyib.

Əli Şərbətov ona qarşı qəsdə cəhd edən şəxsi tanımadığını söyləyib:

"Məhkəmə istintaqında hər şey aydınlaşacaq. Həmin şəxsi heç vaxt tanımamışam. Şübhələndiyim də kimsə olmayıb. Heç kimlə ədavətim, düşmənçiliyim yoxdur. Mən sadə din xadimiyəm. İnsanlar fərqli dünyagörüşlərinə malikdirlər. Şükür, məsciddə sakitlikdir. Vaxtlı-vaxtında dini ayinlər icra olunur, sabitlikdir".

Qeyd edək ki, 2023-cü il dekabrın 30-da Məşədi Dadaş məscidinin imamı Əli Şərbətova sui-qəsdə cəhd edilib. Həmin tarixdə Elşən Hüseynov adlı şəxs məsciddə Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənliyə çoxsaylı bıçaq xəsarəti yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqavimət göstərməsi səbəbindən Əli Şərbətovun xidməti otağına girə və sui-qəsd istəyini reallaşdıra bilməyib.

Elşən Fəxrəddin oğlu Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.6, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 və 277-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.



Xəbərin oxunma sayı : 877




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap