Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Hadisənin 3 milyonluq üzük şousu - Gündəmə damğa vurdu

Tarix 22.09.22, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Bu yaxınlarda boşanmağa qərar verən Hadisənin konsert zamanı səhnəyə atdığı üzük gündəmə damğasını vurub.

Günlərdir sosial media və şou-biznes aləmində müzakirələrə səbəb olan mövzu ətrafında söz-söhbət səngimək bilmir. 3 milyon lirə dəyəri olduğu deyilən üzüyün aqibəti hər kəsi maraqlandırır.

Bəs, doğrudanmı Hadisə Mehmet Dinçərlərin hədiyyəsi olan 3 milyon lirəlik üzüyü atıb? Bahalı üzük haradadır?

Hadisənin barmağından çıxarıb atdığı üzüyün feyk olduğu üzə çıxıb. Müğənninin stilisti həmin üzüyü sadəcə sənətçinin geyiminə uyğunlaşdırıb. Üzüyün heç bir maddi dəyəri yoxdur.

Sənətçinin boşanma ərizəsi mövzusuna belə daxil olan sözügedən üzüyü evindəki seyfdə saxladığı öyrənilib.

Xatırladaq ki, Mehmet Dinçərlər ilə 4 aylıq evliliyini sonlandırmağa qərar verən Hadisə hər kəsi təəccübləndirmişdi. Öz növbəsində Hadisədən toya aldığı zinət əşyalarını geri istəyən Mehmet Dinçərlər sosial media istifadəçilərinin qınağına tuş gəlib. Dinçərlər hətta şərhlərin nəticəsində hesabını bağlamaq məcburiyyətində qalmışdı.

Qeyd edək ki, cütlüyün boşanma xəbərlərinin ardından söz-söhbət səngimək bilmir. Hadisənin psixoloji şiddət və sənət həyatına maneə törətdiyinə görə dözə bilməyib Dinçərlərdən boşanma qərarına gəldiyi deyilir. Dərhal ardından Mehmet Dinçərlərin sosial media fenomeni Kerimcanla münasibəti haqqında xəbərlər mediaya yayıb. İkilinin bir-birini öpən yerdə poz verib çəkdirdikləri şəkil gündəm olub.



Xəbərin oxunma sayı : 1132




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap