Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Hadrutda düşmən qüvvələri necə məhv edildi? - İlk dəfə açıqlandı + Video

Tarix 11.10.22, 8:53

Font ölçüsü : - / +
bitmap-img6


Şanlı zəfərə addımlayan yolda qalan son 1 ay. Vətən müharibəsinin 14-cü günü. Düşmən Hadrutu əldən verdiyini həzm edə bilmir və qəsəbəyə əks-hücumlarını artırır. Düşmənin son çarəsi olan, Füzulidən Hadruta gedən təminat yolu, silahlı qüvvələrimiz tərəfindən nəzarətə götürülür. Elə bu zaman həmin yoldan rahatlıqla istifadə edəcəyinə inanan və pusquya düşəcəklərini ağlına belə gətirməyən düşmən, xüsusi təyinatlı bölmələrimiz tərəfindən məhv edilir.

AzFakt.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, müharibənin 14-cü günü məğlubiyyəti həzm etmək istəməyən Ermənistan silahlı qüvvələri həmişəki kimi, vədinə sadiq qala bilmir. Müharibəni qaydalarına görə oynayan Azərbaycan ordusu humanitar atəşkəs rejiminə riayət etsə də, qarşı tərəf buna əhəmiyyət vermir. Bu isə bir neçə hərbi qulluqçumuzun şəhid olması ilə nəticələnir.

Düşmən Hadruta Azərbaycan bayrağının sancılmasını həzm edə bilmir. Ona görə də əks-hücumlarla qəsəbəni geri almağa çalışır. Düşmən Tuğ kəndi istiqamətindən Hadrut qəsəbəsi, Aragül və Banazur istiqamətlərindən Cəbrayıl istiqamətində hücuma cəhd göstərir. Nəticədə şiddətli döyüşlər yaşanır. Ordumuz isə planlı şəkildə tapşırıqlarını uğurla yerinə yetirməyə davam edir. Füzulidən Hadruta gedən təminat yolu xüsusi təyinatlı bölmələrimiz tərəfindən nəzarətə götürülür. Hadrut yolu ilə irəliləyən düşmən texnikası və canlı qüvvəsi yerindəcə məhv edilir.

Bundan başqa, düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını sıradan çıxarılır. Həmçinin, rəşadətli Azərbaycan ordusu düşmənin bütövlükdə havadan müdafiə sistemini idarə edən və Xocalıda yerləşən ən bahalı "19J6" radiolokasiya stansiyasını, həmçinin Qubadlıdakı "S-300" idarəetmə sistemini məhv edir.







Xəbərin oxunma sayı : 673




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap