Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Həbsdə ola-ola cinayət törətmişdi - Daha 5 il cəza aldı

Tarix 03.10.24, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Cəzaçəkmə müəssisəsində məhkum yoldaşının boğazını kəsərək ağır xəsarət yetirməkdə ittiham olunan Azər Şaliyevin məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib.

Müttəhim Şalıyev Cinayət Məcəlləsinin 29 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə mühakimə edilirdi. Prokuror da onun həmin sanksiya həddində cəzalanmasını istəyib.

Faiq Qəniyevin sədrlik etdiyi hakimlər işin halları ilə hərtərəfli tanış olduqdan sonra təqsirləndirilən şəxsin əməlini daha yüngül maddəyə (127.2.3-cü-qəsdən sağlamlığa az zərər vurma) tövsif ediblər.

Hökmə əsasən, A.Şalıyevə əvvəldən çəkilməmiş qalan 1 illik cəzası da birləşdirilməklə 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, həm Azər Şaliyev, həm zərərçəkmiş Şəhriyar Baxışəliyev 10 il əvvəl 13 il azadlıqdan məhrum ediliblər. Onlar bir təcridxanada cəza çəkiblər. Aralarındakı davaya səbəb isə Şəhriyarın Azərin istifadə etdiyi dolabda saxladığı şəxsi kitabçaya icazəsiz baxması olub. Azər məhkum yoldaşını öldürmək məqsədilə boğaz nahiyəsini arxa tərəfdən ülgüclə kəsib. Sonuncu xəstəxanaya yerləşdirilib.





Xəbərin oxunma sayı : 289




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap