“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Həbsdə olan deputatdan xəbər var - Vəziyyəti yaxşıdır

Tarix 23.09.21, 19:54

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin həbsdə olan deputatı Eldəniz Səlimovun vəziyyəti yaxşıdır.

AzFakt.com modern.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili İlqar Əliyev məlumat verib. Vəkil ötən həftə Eldəniz Səlimovla görüşdüyünü bildirib:

"Bu həftə hələlik görüşməyə vaxtım olmayıb. Ötən həftə görüşmüşəm. Dedi ki, səhhəti normaldır və saxlanma şəraitindən razıdır”.

Son günlər cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma hallarının aşkarlanmasına gəlincə, vəkil Eldəniz Səlimovun belə bir problemlə üzləşmədiyini söyləyib: "Təcridxanada koronavirus yoxdur”.

Xatırladaq ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib. Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib. Eldəniz Səlimov Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.



Xəbərin oxunma sayı : 1267




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap