“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Həbsdə olan Tağı İbrahimovun tikinti şirkəti çökür - Maaşlar verilmir, vergi borcu var

Tarix 07.02.25, 18:04

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda həbsdə olan Tağı İbrahimovun tikinti şirkətinin dövlətə vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, "Nehrəm" Mənzil-Tikinti Kooperativinin (MTK) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 10070.4 AZN borcu var. 

Əldə etdiyimiz məlumata görə, Tağı İbrahimovun həbsindən sonra təsisçisi olduğu şirkətdə bütün işlər dayandırılıb. Xeyli sayda işçinin maaşları belə verilmir.

Qeyd edək ki, "Nehrəm" MTK-nın qanuni təmsilçisi hələ də 2020-ci ildə vəfat etmiş İbrahimov Həmid Kazım oğludur. O, Tağı İbrahimovun yaxın qohum olub.
Həmid İbrahimov

Onu da qeyd edək ki, ötən ilin yanvar ayında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayış və yanğının baş verdiyi "Bakı Ağac Emalı" ASC-nin də qanuni təmsilçisi Həmid İbrahimov olsa da, təsisçisi Tağı İbrahimovdur. Məhz bu səbəbdən elə həmin vaxt baş verən partlayışa görə "Bakı Ağac Emalı" ASC-nin sahibi Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayev həbs ediliblər. 

Tağı İbrahimov ilkin olaraq Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), Toğrul Rzayev isə həmin Məcəllənin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.

Onu da bildirək ki, Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.



Xəbərin oxunma sayı : 787




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap