Nigar Camal dərin sinə dekoltesi ilə diqqət çəkdi - FOTO Səmranın bu şəkilinə söyüş yağdırdılar - FOTO Afaq Aslanın Dubayda toyu oldu – VİDEO “Mənim üçün ən yaxşısı hələ qarşıdadır” - Aysel Teymurzadə
Axtar
 
  • / Maqazin / — 30 Avqust 2021

    Nigar Camal dərin sinə dekoltesi ilə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 29 Avqust 2021

    Səmranın bu şəkilinə söyüş yağdırdılar - FOTO

  • / Maqazin / — 03 Avqust 2021

    Afaq Aslanın Dubayda toyu oldu – VİDEO

  • / Maqazin / — 29 İyul 2021

    “Mənim üçün ən yaxşısı hələ qarşıdadır” - Aysel Teymurzadə

  • / Maqazin / — 26 İyul 2021

    Səmra lüt bədənini 1000 dollara satışa çıxardı – FOTO

  • / Maqazin / — 25 İyul 2021

    Nigarın geyimi müzakirələrə səbəb oldu - FOTO

Həbsdəki icra başçısının dəstəsi Şəmkirdə su üsyanı hazırlayır – 5 gündür ki, 350-dən artıq ailə susuzdur...

Tarix 28.07.21, 12:52

Font ölçüsü : - / +
bitmap-img6


Şəmkirdə yenə ara qarışıb. Bu dəfə əhali susuzluğa etiraz etmək üçün hərəkətə keçib. 

AzFakt.com xəbər verir ki, bununla bağlı “Yeni Müsavat”a bir qrup ayon sakini müraciət edib.

Onlar bildirirlər ki, artıq 5 gündür ki, 350-dən artıq ailə susuzdur. Bunun səbəbi isə artezianlarda quraşdırılan nasoslara cərəyanın verilməməsidir.

Sakinlər deyir ki, Şəmkir subartezian quyularının istismarı idarəsinin rəisi Mehdi Həsənov bütün məsuliyyəti Şəmkir Elektrik Şəbəkəsinin yeni rəisi Elnur Həsənovun üzərinə qoyur.

“Şəmkirdə 25 artezian quyusu var. Hər quyudan da azı 15 ailə istifadə edib əkin-biçinlə məşğuldur. Əkin-biçin olmasa, biz batarıq, ac qalarıq. Ağaclarımız, sahələrimiz susuzluqdan yanır. Sahələrimizdə kələm, kök, bibər, xiyar və digər məhsullar susuzluqdan məhv olur. Deyirlər ki, işıq pulu ödənməyib. Halbuki biz pulumuzu ödəmişik. 25 artezianın işığını kəsiblər, nasoslar işləmir, su da yoxdur. Dərdimizi deyəcək yer də yoxdur” - Şəmkir sakinlərindən biri belə deyib.

Digər bir sakin isə deyir ki, baş verənlərdə həbsə alınan icra başçısı Alimpaşa Məmmədovun dəstəsinin rolu böyükdür: 

“Bu adamlar Şəmkiri ayağa qaldırmaq istəyirlər. Alimpaşa Məmmədov həbsdədir, adamları isə Şəmkirdə iş başındadırlar. Orxan Mürsəlovdur onların başında duran. İcra başçısı əvəzi Fəxrəddini işləməyə qoymurlar. Biz də gedirik, deyirik imkan edib işığı verin, biz batıb gedirik. Əlimizdə nə var əkin-biçinə qoymuşuq, indi də həmin əkin-biçin gözümüzün qabağında susuzluqdan yanıb gedir. Prezidentdən kömək istəyirik. Seyfəli gölündən də bizə su verilmir ki, birtəhər vəziyyətdən çıxaq. Alimpaşa Məmmədov sənəd üzərində bizə guya oradan su verildiyini yazıb pul silirdi. İndi də artezianların işığını kəsib bizi susuz qoyublar. Yayın ortasında artezianların işığını kəsmək nə deməkdir? Əkin-biçini atıb gedib yol kəsək?”

Sakinlər deyir ki, əkin-biçin olmasa, vəziyyətləri olduqca ağır olacaq: 

“Prezident bizə kömək etsin. Yerdəki məmurların istəyi budur ki, camaat ayağa qalxsın. Biz də istəmirik ayağa qalxaq. İstədiyimiz odur ki, artezianlara cərəyan verilsin, biz də əkin-biçinimizi yola verək ki, ailəmizi dolandıraq. Oğlum Kəlbəcərdə vətənin xidmətindədir. Mən də burada çətin vəziyyətdəyəm, ağaclarım, meyvə-tərəvəzimiz əlimizdən çıxır”.

Xatırladaq ki, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov 2021-ci ilin aprelində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri çərçivəsində saxlanılıb.  Barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.






Xəbərin oxunma sayı : 577

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda