Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO) “Keçmişlərini unudublar“ - Afaq Gəncəli “Anasına bax, qızını al“ - Fotolar
Axtar
 
  • / Maqazin / — 25 Noyabr 2021

    Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO

  • / Maqazin / — 19 Noyabr 2021

    Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO)

  • / Maqazin / — 04 Noyabr 2021

    “Keçmişlərini unudublar“ - Afaq Gəncəli

  • / Maqazin / — 01 Noyabr 2021

    “Anasına bax, qızını al“ - Fotolar

  • / Maqazin / — 24 Oktyabr 2021

    “Onu görəndə utanırdım“ - İlk məhəbbətindən danışdı

  • / Maqazin / — 21 Oktyabr 2021

    Rəqqasə Aygün bədənini belə titrətdi - VİDEO

Hər üçüncü uşağa görə 1 milyon... - Əyalətlərdə demoqrafik böhran aradan qalxacaqmı?

Tarix 19.10.21, 16:11

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya prezidenti Vladimir Putin Uzaq Şərq federal dairəsində yaşayan ailələrə hər üçüncü və ondan sonra doğulan uşaqlar üçün hər birinə 1 milyon rubl (14 min dollar) mükafat verilməsini təklif edib.

Kremldən verilən rəsmi açıqlamaya görə, o hökumətə noyabrın 1-dək bu birdəfəlik sosial ödənişin edilməsi məsələsinə baxılmasını tapşırıb. Bu müavinəti uşağın doğulmasını VVAQ-da (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsi) qeydiyyatdan keçirən ailələr ailə biləcək.

Vəsaiti regionda yaşayış sahəsinin alınmasına və ya tikintisinə yönəltmək olar. Prezidentin bu tapşırığı üzrə məruzəni baş nazir Mixail Mişustin etməlidir.

Bundan başqa hökumətə noyabrın 3-dək Uzaq Şərq dairəsindəki tibb müəssisələrinin vətəndaşların, o cümlədən COVID-19-a yoluxmadan sonra tibbi reabilitasiyası üçün proqrama cəlb edilməsi tapşırılıb.

Bundan başqa ucqarlarda və əhalinin seyrək yaşadığı regionlarda dövlət tibb müəssisələrinin maliyyələşdirmə mənbələrinin formalaşdırılması üçün xüsusi tədbirlər həyata keçirilməlidir.

Belə tibb müəssisələrinin kreditlər üzrə borclarının silinməsi üçün federal büdcədən əlavə vəsaitin ayrılması nəzərdə tutulur. Bu barədə bütün məruzələr Putinə noyabrın 1-dək edilməlidir. Rusiyanın əhalisi dalbadal iki ildir ki, azalır və miqrant axını bu azalmanın qarşısını ala bilmir.

Rusiya Statistika İdarəsinin (Rosstat) məlumatına görə, əhali azalması 2026-cı ilədək artan xətlə davam edəcək. Rosstatın məlumatında deyilir ki, 2020-ci il, yanvarın 1-ə olan məlumata görə Rusiyanın əhalisi 146 milyon 745 min nəfərdir. 2018-ci ilin əvvəli ilə müqayisədə əhali 35 min 622 nəfər azalıb. Bu il azalmanın artacağı gözlənilir.

2009-cu ildən 2017-ci ilədək Rusiya əhalisi artmaqda idi. Lakin 2018-ci ildə son on ildə ilk dəfə olaraq əhali 99 min nəfər azalıb.2016-cı ildən sürətlənmiş əhali azalmasının əsas səbəbi olaraq təbii artımın azalması göstərilir.



Xəbərin oxunma sayı : 742

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda